Hikmət bağçası/Kəlamlar

Məhəbbət, məhəbbət, yaxşı ki, varsan,
Əlində sevincə dönür qəm sənin.
Məni hara çəksən, hara aparsan,
İnan ki, ardınca gələrəm sənin.
Gələrəm ardınca heç düşünmədən,
Gələrəm kor kimi gözüyumulu.
Bilirəm, səninlə zülmətdə də mən
Taparam işığı, taparam yolu!
Ə.Kürçaylı

~Üç nöqtə eşqdir, hər nöqtə gizli bir əzabdır…
Səni sevirəm deyib hayqırmamaqdır…
Boğazda düyünlənən iki cüt sözdür.
Dilin lal, qəlbin kədər dolu andır…

Gözlərdən süzülməyən iki damla gözyaşıdır…
Hiss olunur, amma yazıla bilməz …
Sözlərin bitdiyi andır …
Üç nöqtə – bitməyəndir, bitməyən ….
Hz. Mövlana

~ Tənqid edə bilmədiyin adamı tərif etmək ən böyük şərəfsizlikdir.
Karl Marks

~ Bir xalqı məhv etmək üçün onu xırda ticarətə, çalıb oxumağa, əyləncəyə alışdırmaq kifayətdir.
Yuli Sezar– Yuli Sezar (e.ə 100-e.ə 44) Qədim Roma imperiyasında siyasi xadim, sərkərdə

~ Dünya zalımların yox, onlara səsini çıxartmayanların ucbatından təhlükəli bir yerdir.
Albert Eynşteyn

– Hərdən sən qaçmalısan , arxanca kimin qaçdığını bilmək üçün…
-Hərdən sakit danışmalısan , sənə kimin qulaq asdığını görmək üçün…
– Hərdən geriyə addım atmalısan , sənin tərəfində kimin olduğunu bilmək üçün…
-Hərdən səhv qərar verməlisən , hər şey dağılanda sənin yanında kimin qalacağını öyrənmək üçün…
Paulo Koelo , braziliyalı yazıçı

Heç bir insanı öldürməsə də, qatildən də qəddar insanlar gördüm, ümidləri öldürənlər gördüm…
F.Dostoyevski

~ Dünyadakı ən güçlü insanlar kimlərdir deyə soruşsalar, öz başının çarəsinə özləri çarə qılmağı öyrənmiş qadınlardır deyərəm….”
Camal Sürəya

~ Bütün hindli kişilər analarını ilahə gözündə görür, arvadlarına isə nifrət bəsləyirlər.
~Ailə həyatının əsas mənası və məqsədi uşaq böyütməkdir.
~Uşaq tərbiyəsi üçün əsas məktəb ər-arvad arasındakı münasibətlərdir.
V. A. Suxomlinski

~Böyük şeylər bir gecədə baş vermir.
Sofokl





Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.