Təbriklər

Yoxdur vəzifənin, işin, sənətin,
Böyüyü, kiçiyi inan ki bizdə.
Vəzni, dərəcəsi hər bir hörmətin,
Zəhmətlə ölçülür vətənimizdə.
B.Vahabzadə

Aysel, Aynur, Aygül, Aylin, Aysəfa, Aybəniz… Aya bənzədilən nəqədər qızlarımız var. Hansı evdədirsə, hansı ailədədirsə, hansı ürəkdədirlərsə, Ay işığı nur seli kimi o məkanı çıraqban edir… Bu adların hər biri ədəbi termindir: misraya, məzmuna, ideyaya bir emosionallıq, canlılıq gətirir.
Ona görə də valideynlər qız körpələrinə ad seçərkən, ayla əlaqəli, yəni, “aya bənzər” gözəlliyi xatırladan adlara üstünlük verirlər.
Belə adların birini də bizim dostumuz, illərdir işlədiyi kitabxanadakı kitabların səhifələrindəki məna yükünü nöqtəsinə, vergülünə toxunmadan hafizəsinə köçürən və sonra oxucularına ötürən Aytən Xanım Məhyəddinova daşıyır. Marka təşəkkür edirəm. Onun sayəsində bu xanımla dost olduq. Əksər yazılarım üçün lazım olan məlumat və göstəricilər haqqında dərhal ona müraciət edirəm. Hamısını da məni qane edən şəkildə hazırlayıb göndərir.
Amerikalı yazıçı, televiziya və radio xadimi, aktyor, komediyaçı bu nəcib peşə sahiblərinin dəyərini çox gözəl verib: “ Kitabxanaçılar həmişə ən düşüncəli və yardımsevər insanlar arasında olublar. Onlar sinif otağı olmayan müəllimlərdir”. Hansı auditoriyada, hansı məqamda lazım olsa, onlar “müsəlləh əsgərdir”…
Mən Qax rayonunda yaşamasam da, sanki Aytənin işlədiyi kitabxananın oxucusuyam.Onun işlədiyi kitabxananın fondunda nə qədər kitab var, bilmirəm. Amma bilirəm ki, orada Aytən Məhyəddinova var. Aytən Məhyəddinova xidmət etdiyi oxuculara bir kitabxana dəyərindədir.
Aytən xanım hörmətli bir ailənin qadınıdır, Anadır: Əsgər anası. Oğlu bir postda keşikdə, anası tamam başqa bir postda…

Aytən xanım, bütün əsgər balalarımız dualarımızdadır. Bir duamız da bu ki, Əsgər balalarızıa toyə çadırları quraq bu Vətənin ngeniş sinəsində.

🌸 Ad gününüz mübarək, Aytən xanım! 🌸
Sizə möhkəm can sağlığı, ailənizlə birlikdə xoşbəxt günlər, ömrünüzə bərəkət və uğurlar arzulayırıq.
Hər yeni yaşınız sevinclərlə, həyatınız isə gözəl xatirələrlə dolsun. 🌙✨
