Nostalji

İndi payızsan, gözəlim.
Mən səndən qoparılan yarpağam.
İndi sən ən sevimlisən, gözəlim.
Mən artıq qara torpağam.
Ülkər Yurddaş

Payız fars mənşəli (“پاییز” – pāyīz ) sözdür və mövsüm adıdır:ilin yaydan sonra gələn fəslidir.
Şimal yarımkürəsində sentyabr, oktyabr və noyabr aylarını əhatə edir.
Astronomik baxımdan payızda gecə və gündüz bırabərləşir və qış gündönümünə qədər olan davam edir.


Meteoroloji cəhətdən isə payız orta gündəlik temperaturun 0 ilə 10°C arasında olduğu və düşməyə başladığı dövrə aiddir. Payızda yavaş-yavaş ağacların yarpaqlar tökülür. Quşlar isti ölkələrə uçub gedir, payız küləkləri intensivləşir…
Orta məktəbdə oxuduğumuz illərdə payız haqqında bildiklərimizdir bunlar.
Bir qədər də genişləndirsək, öyrənmişdik ki, payız bar-bəhər mövsümüdür. Yaşamaq üçün həyatı təminatımız olan taxıl , meyvə ağaclarının barı bu fəsildə hasil olur. İnsanlar payızda meyvələrini satıb bir qədər pul-para toplyırlar. Əkinçilik təsərrüfatlarında da zəhmət haqlarını ilin sonu kimi payızda aldıqları üçün bu fəsil zəhmət adamlarının ümidgahı hesab olunurdu. Daha çox bu fəsildə ev təməli qoyulardı, payız toyları başlayardı…


Amma zaman keçdikcə payız astronomik məna daşımaqla bərabər, həm də emosional mənalar da daşımağa başlayır. Çünki insanlar həyatla daha çox əlaqədə olur, yeni-yeni münasibətlər yaranır, bu münasibətlər müxtəlif çalarla onların həyatında izlər buraxmağa başlayır. İnsan öz yaşantılarını bu mövsümün əlamətləri ilə eyniləşdirməyə başlayır.
Həyatı uğurlarla müşayiət olunan insanlar bu mövsümün qızılı rəngini, bar-bəhər fəsli olduğunu düşünürsə, maneələrlə qarşılaşan, uğursuzluqla nəticələnən cəhdlər, sevgi macəraları onlarda
qarışıq duyğuları oyadır. Belə insanlar öz həyatları ilə təbiətin solması, ağacların çılpaq qalması arasında bir bənzərlik tapırlar: təbiətin solmasını və yarpaqların tökülməsi öz taleləri fonunda simvollaşdırırlar. Ümidsizlik və depressyaya düşənlər də az olmur.
Əsən küləklər, havaların soyumasına və Günəş enerjisi itkisinə səbəb olur. Bu səbəbdən beyində serotonin səviyyəsinin azaldığı üçün əhvali-ruhiyyədə dəyişikliklər yaradır. Çöldə və başqaları ilə vaxt keçirməyi məhdudlaşmış insanlar tənhalıq hiss edir, nəticədə ciddi sosial faktorlar meydana çıxmış olur.
Belə vəziyyətlərdə hər bir kəs təmkinli olmalı və taleyinə sahib çıxmalıdır. Mən, məsələn payızı və onun arxasınca gələn qış fəslini daha çox sevirəm.
XVII əsrdə yaşamış fransız şairi Jan de Lafonten çox gözəl deyib ki, heç bir zəfərə çiçəkli yollarla gedilməz. Məşhur rus yazıçıs Dostoyevski isə bu həqiqəti belə mənalandırmışdır: “İnsanlara xoşbəxtlik qədər fəlakət də lazımdır. İnsan yaşamaqla yaşamamağın eyni şey olduğunu qəbul edəndə azadlığa qovuşur”.
Bizim sevimli şairimiz Hüseyn Arifin bu mövzudakı etik görüşləri daha emosionaldır:
Sevincə də baxdım, qəmə də baxdım,
Sevinc də baxtımdı, kədər də baxtım,
Tək sevinc olsaydı, kim olacaqdım,
Dərd məni Hüseyn Arif eylədi…


Əsl həyat budur da. Naz-nemətin, komfort rahatlıqların ağışunda yaşasaq, eni-uzunu eyni olan canlıya oxşayaraq ki…
Bəlkə də, elə lap bəlkəsiz həyatımızı, dünyanın gedişatını nizamlayan Yaradan bütün bunları səbəbsiz etməyib.
Fəsillərin hamısının öz missiyası var və bunlar zərurət kimi bizə bəxş olunub. Unutmamalıyıq ki, payızın müsbət emosiyaları da var və bunlar daha çoxdur.
Payız yaşamaq ehtiyacı yaratmaq üçün bədəni və psixikanı təmizləyir. İnsana öz həyatını təhlil etmək fürsətinə məhkum edir: payızda və müəyyən bir məqamla bağlı kədər yaşamaq ruhi sağalma prosesinə çevrilə bilər. Payızın bitməsi yeni bir başlanğıc üçün ümid yaradır. Daha sonra qış gələcək, fikirləşmək üçün zaman veriləcək, payzın isti xatirələri bir-bir gəlib düşər yada…
Keçmiş xatirələr, unudulmaz görüşlər, şirin gülüşlər baharın ümidli günlərində yenidən baş qaldıracaq.Ümidlər bizi yenidən devgiyə, yaşamağa bağlayacaq….

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Previous Post
Next Post

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!