Sağlığında qiymət verin insanlara

Nostalji

Sənsiz çox darıxıram, əzizim… Demək olar ki, hər gün səni xəyal edirəm, sanki, mehriban gözlərinə baxır və gülümsəyirəm…
Aman Allah, sənə xoşbəxtlik verən insanın artıq səninlə olmadığını anlamaq necə də ağrılıdır… Xoşbəxtliyin nə olduğunu bilirsənmi??? Sadəcə, sevdiyin insanın yanında olduğunu, , onunla hər şeyin yaxşı olduğunu yəqin edincə, dünya da gözəldir, həyat da, yaşamaq da. Amma sevdiyin insan yanında deyilsə və sən heç vaxt başqasını bu qədər sevməyəcəksən, sevə bilməyəcəksən… Sevilə bilməyəcəksən…


Bir məktubdan sətirlər

Dur əzizim, barışmağa gəlmişəm,
Dözəmmirəm, dözüm sənsiz qalıbdı.
Öz ürəyim öz sinəmi isitmir,
Odum sənsiz, közüm sənsiz qalıbdı.
.
Kövrəlmişəm, elsiz dağa dönmüşəm,
Saralmışam barsız bağa dönmüşəm.
Bir kimsəsiz kür uşağa dönmüşəm,
Qan ağlayır, gözüm sənsiz qalıbdır.

Sücaətəm, şamda mənəm, çıraq da,
Sən getmisən, mən qalmışam soraqda.
Yazdıqlarım buza dönüb varaqda,
Şerim sənsiz, sözüm sənsiz qalıbdı.


Sücaət


Deyəcəksiniz ki, istirahət günü, günün başıanğıcında bu, nəələmdir paylaşırsan?! Bəs paylaşmayım, elə belə də davam etsin? Niyə sevənlər çox keçmir ki sevməyənə çevrilirlər. Kişisi də belə olur, qadını da. Mən günah və günahkar axtarmaq istəmirəm. Sadəcə, xatırlatmaq istəyirəm ki, qoca tarixin nə 26 noyabr 2025-ci il tarixi, nə bu tarixin saat 10: 56 məqamı təkrar qayıtmayacaq. Sevdiyinizlə bir yerdə olun. Elə bu bu payız günüə, bu istirahət günüdə hazırlaşın gəzintiyə. Elə park seçin ki, al-əvan yarpaqlar xalı kimi ayağınızın altında qalacaq…
Əziz Qadınlar, qarşı tərəfin nümayəndəsi olduğum üüçn məni qeyri-obyektivlikdə suçlamayın. Sizdən çox şey asılıdır. İnsan cəmiyyətinin ilkin çağlarında qadın ailəni, odu qoruyan olub. Yazıq proletar nümayəndəsi isə səhər evdən çıxıb günlərlə, bəzən həftələrlə çöldə-bayırda qida dalınca gəzib. Qadın da uşaqlara baxıb, odu qoruyub. İndi OD ailənin başçısıdır, atadır, ərdir.
Əri qorumalı, atanı qorumalı, ailə başçısını qorumalı…


Kişilər bir olmur atam balası
Qorxağı var, igidi var,
Amma hər kişinin öləndən sonra
Qəbri üstdə ağlamağa
Bir qara paltarlı gözəl bir qadına ümidi var

Sən öləndə kim olacaq gözlərini bağlayan?
Qardaşmı olacaq, yadmı olacaq?
Bu dunyada bəlkə sənə ən çox ağlayan,
Ən çox ağlatdığın qadın olacaq?!

Göz yaşları yuduqca baş daşını
Qəbrində qurcalanıb,deyəcəksən: ilahi
İllər boyu ağlatdığım bu qadın
Görən necə saxlayıbdır bu qədər göz yaşını?!

Bircə kərə nə saçını oxşamışam,
Nə gözünü silmişəm.
Gözlərimə batır indi saçlarının hər dəni,
İllər boyu bu qadına mən axı dərd vermişəm
İndi görən niyə çəkir dərdimi?

Bu qadın baş daşımı öpüb sığallamaqdansa,
Yumruğuyla döysə-döysə yaxşıdı.
Qəbrimin üstündə ağlamaqdansa,
Məni söysə yaxşıdı.

Yeri-yeri,qara paltarlı qadın,
Kiri-kiri,qara paltarlı qadın.
Bu qəbir də min qəbirdən biridir.
Baş daşımı bəsdir basdın bağrına,
Bütün mənə ağlayanlar kiridi,
Sən də kiri, qəbrim damır, ağlama…

Ramiz Rövşən

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.