Tarixdə bu gün

İlin 302-ci günü
İlin sonuna 63 gün qalır.

Mühüm hadisələr:

1863 – İsveçrəli Anri Dünan Qızıl Xaç təşkilatını qurmuşdur.  1888 – İstanbulda Süveyş kanalı haqqında saziş imzalanmışdır. 1923 – Türkiyə Cümhuriyyəti elan edilmiş və Mustafa Kamal paşa onun ilk prezidenti seçilmişdir.

1923 – Bibiheybətdə neftçıxarmada ilk dəfə olaraq dərinlik nasosu quyusu işə salınmışdır. 1993 – Zəngilan rayonu Ermənistan Respublikası tərəfindən işğal edilmişdir. 1998 – Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan və Gürcüstan prezidentləri Bakı-Tbilisi-Ceyhan əsas neft kəməri haqqında Ankara Bəyannaməsini imzalamışlar.

Doğum günləri:

1937 –  Azərbaycanın Xalq artisti,  dirijor Rauf Abdullayev  Qubadlı rayonunda  anadan olmuşdur
 1959-cu ildə Ü. Hacıbəyov adına Аzərbаycаn Dövlət Kоnservаtоriyаsını və 1965-ci ildə Leninqrаd Dövlət Kоnservаtоriyаsını dirijоrluq ixtiusası üzrə bitirmişdir.
1965-1984 illərdə M.F.Ахundоv аdına Аzərbаycаn Dövlət Оperа və Bаlet Teаtrının bаş dirijоru, 70-ci illərdə Müаsir Musiqi Kаmerа Оrkestrinin və “BаKаRа” аnsаmblının yаrаdıcılаrındаn biri, 1984-cü ildən Ü. Hаcıbəyоv аdına Аzərbаycаn Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və bаş dirijоru, 1991-1994 illərdə Аnkаrа Dövlət Оperа və Bаlet Teаtrının bədii rəhbəri və bаş dirijоru, beynəlхаlq əhəmiyyətli musiqi festivаllаrının və layihələrin iştirаkçısı оlmuşdur. 20 ildən artıq bir müddətdə teatrın baş dirijoru kimi 30-a yaxın opera və balet tamaşalarına (istər klassik, istərsə də müasir repertuarda) dirijorluq etmişdir. Bir çох ölkələrdə (Rusiya, Almaniya, Hollandiya, İsveçrə, fransa, Türkiyə, Misir, ABŞ, İtaliya, Dubay, və s.) məşhur kоllektivlərə dirijоrluq etmişdir. Repertuarına bir çox qərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri daxildir.

1941 —  Görkəmli  teatr və kino aktyoru,  Xalq artisti, “Qızıl dərviş” mükafatı laureatı   Ağaxan Əli oğlu Salmanlı ildə Suraxanıda anadan olub.
1949-1959-cu illərdə orta məktəbdə təhsil alıb. İlk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun Kino  və dram aktyorluğu fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb (1960-1964). Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının “Bahar oğlu” əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb. Bir neçə “Mozalan “ kinojurnalında çəkilib.
10 mart 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı ilə təltif edilmişdir.

1947 – Dağ yəhudisi olan Azərbaycan jurnalisti, publisist, naşir, Bibliyanın tərcüməçisi. 20 Yanvar faciəsi baş verərkən Bakıda radio, televiziya, qəzetlər susdurulan günlərdə Azərbaycanı informasiya blokadasından xilas edən və sovet qoşunlarının Bakıda törətdiyi qəddar əməllərini, Azərbaycanın və dünyadan əli üzülmüş azərbaycanlıların səsini dünyaya çatdıran, Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunması və ədalətli cəmiyyət qurulması uğrunda yorulmaz mübariz, radiojurnalist Mirzə Xəzər (Mirzə Mikayılov Kərim oğlu) Göyçay şəhərində anadan olmuşdur.
Mirzə Xəzər 1973-cu ilin iyun ayında Azərbaycan Dövlət Universitetinin Hüquq fakultəsini bitirib. 1974-cü ilin yanvar ayınadək Sumqayıtda vəkil işləyib. 1974-cü ilin iyun ayında SSRİ-ni tərk edib, İsrailə mühacirət edib. 1975-ci ildə İsraildə Tel-Əviv Universitetinin SSRİ-dən gəlmiş hüquqşunaslar üçün açılan xüsusi kurslarında oxuyub. 1975-1976-cı illərdə İsrail ordusunda xidmət edib.
Mirzə Xəzər 1976-1985-ci illərdə “Azadlıq” radiosunun Azərbaycan bölməsində baş redaktorun müavini işləmişdir. 1985-ci ilin oktyabr ayında ABŞa köçmüşdür. 1985-1987 Vaşinqtonda “Amerikanın Səsi” radiostansiyasının Azərbaycan bölməsinin müdiri işləmişdir. 1987-ci ilin fevral ayında Almaniyanın Münxen şəhərinə qayıtmış və 1987-2003-cü illər ərzində “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının direktoru vəzifəsində işləmişdir.
Qurban Səidin alman dilində yazılmış “Əli və Nino” romanı ilk dəfə 1970-ci illərin əvvəlində Almaniyanın Münhen şəhərində M.Xəzər tərəfindən “Azadlıq” radiosunda qismən tərcümə olunub radio proqramı şəklində efirdə səsləndirilmiş, daha sonra “Azərbaycan” jurnalının 3 nömrəsində tam olaraq çap edildi.
“Azərbaycan” jurnalının Mirzə Xəzərə qonorar olaraq verdiyi 5 000 sovet manatı Mirzə Xəzərin istəyi və verdiyi vəkalətnamə əsasında 1990-cı il Qara Yanvar günlərində həlak olan şəhidlərdən birinin ailəsinə verilmişdir.
Mirzə Xəzər 2 fevral 2020-ci ildə Almaniyanın Münhen şəhərində vəfat edib.

40

1985 — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı     Ceyhun Aydın oğlu Həsənov  Tovuz rayonunun Çeşməli kəndində anadan olub.
 1992–2001-ci illərdə Xətai rayonunda Ə. Abbasov adına 257 nömrəli tam orta məktəbdə, 2001–2004-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2004–2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) “Motoatıcı” ixtisası üzrə ali hərbi təhsil alıb.
Ailəli idi, 2 əkiz oğlu yadigar qaldı.
Ceyhun Həsənov 2009–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. 2019-cu ildən isə o, Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi.
Ceyhun Həsənov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub.
İkinci Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı  göstərdiyi qəhrəmanlıq nümunələrinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Həsənova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi.
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən,  Ceyhun Həsənov ölümündən sonra “Vətən uğrunda”, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən,  “Füzulinin azad olunmasına görə”,  29.12.2020-ci il tarixli Sərəncamına əsasən,  “Qubadlının azad olunmasına görə”,
24.06.2021-ci il tarixli Sərəncamına əsasən isə  “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Vəfat etmişdir:

1991  —Azərbaycanın Milli Qəhrəmanı Hikmət Oqtay oğlu Muradov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Hikmət Muradov 23 yanvar 1969-cu ildə Bakı şəhərində doğulmuşdur. 1976-1986-cı illərdə 190 saylı orta məktəbdə təhsil almışdır. Həmin il Krasnokustk Mülki Aviasiya Məktəbinə daxil olur. 1991-ci ildə buranı fərqlənmə diplomu ilə bitirir. Daha sonra Hikmət Yevlax hava yollarında ikinci pilot kimi fəaliyyətə başlayır.
Hikmət AN-2 təyyarəsi ilə dəfələrlə müharibə gedən əraziyə uçuşlar etmişdi. O, döyüşçülərimizə ərzaq, silah-sursat daşınmasında misilsiz işlər görmüşdü.
Cəsur pilot əfsanəvi uçuşlarla hamını heyran qoyurdu… 1991-ci il 29 oktyabr Xocalı rayonunun Xanabad kəndi ərazisində onun idarə etdiyi AN-2 təyyarəsi ermənilər tərəfindən güclü raket atəşinə məruz qalır. Hikmət heyətlə həlak olur.
Azərbaycan Respublikası prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Muradov Hikmət Oqtay oğlu ölümündən sonra  Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Vaxtilə oxuduğu 190 saylı məktəbdə onun barelyefi vurulub.

5

2020— Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Məzdək Əli oğlu Eyvazlı Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Məzdək Eyvazlı 26 fevral 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə Lökbatan qəsəbəsindəki 288 saylı məktəbin 1-ci sinfinə daxil olan Məzdək 2013-cü ildə həmin məktəbi bitirmiş və həmin il Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmuşdur. 2017-ci ildə universiteti bitirmiş və Gədəbəyə hərbi xidmətə yollanmışdır. 2018-ci ildə hərbi xidmət müddətini bitirmişdir. Məzdək 2019-cu ildə “Azərsu” Açıq Səhmdar Cəmiyyətində işləməyə başlamışdır.
Məzdək Eyvazlı 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərindən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinə gedərək könüllü olaraq cəbhəyə yollanmışdır.
Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 29 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında əsgəri borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən,  Məzdək Eyvazlı ölümündən sonra “Vətən uğrunda” medalı ilə, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, “Xocavəndin azad olunmasına görə” medalı ilə,
24.06.2021-ci il tarixli Sərəncamına əsasən isə  “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Bayramlar və xüsusi günlər:

Bu gün Türkiyədə Cümhuriyyət Bayramı qeyd edilir.
Tarixdən məlumdur ki, I Dünya savaşından sonra Antanta dövlətləri tərəfindən İstanbul, İzmir və digər Osmanlı torpaqlarının işğalı Türk Milli Hərəkatının ortaya çıxmasını şərtləndirib.
Çanaqqala savaşının qəhrəmanlarından olmuş Mustafa Kamal Atatürkün rəhbərliyi altında 19 may 1919-cu ildə Samsun hərəkatı ilə Qurtuluş Savaşı başlayıb. 18 sentyabr 1922-ci ildə bütün düşmən hərbi qüvvələri ölkədən qovulub.  24 iyul 1923-cü ildə imzalanan Lozanna sülh müqaviləsi ilə Türkiyə Cümhuriyyəti beynəlxalq səviyyədə tanınıb. 29 oktyabr 1923-cü ildə rəsmən paytaxtı Ankara olan Türkiyə Cümhuriyyəti elan edilib. Bununla əlaqədar hər il oktyabrın 29-u Türkiyədə Cümhuriyyət Bayramı qeyd edilir. Mustafa Kamal Atatürk bu günü ən böyük bayram olaraq dəyərləndirib.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Previous Post
Next Post

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!