Tarixdə bu gün

İlin 335-ci günü(uzun illərdə 336-cı gün).
İlin sonuna 30 gün qalır.

Mühüm hadisələr:

1920 – Azərbaycanın Zəngəzur mahalının böyük hissəsi Moskva rəhbərliyinin qərarı ilə Ermənistana verilmişdir. Zəngəzur – Ermənistan və Azərbaycan ərazilərinin bir hissəsini əhatə edən tarixi mahal. Zəngəzur mahalı Qafan, Gorus, Qarakilsə (Sisian), Muğru, Zəngilan, Qubadlı və Laçını əhatə edirdi. XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 azərbaycanlı kəndi, 91 kürd kəndi və 81 erməni kəndi var idi
Toponimin sonundakı “zur” türk dilində “dərə”, “yarğan” mənasında işlənən car (>zar>zur -İ.B) sözünün fonetik variantıdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu. Qərarda Zəngəzur bölgəsini 2 yerə: Qərbi Zəngəzur qəzası və Şərqi – əhalisinin kürdlərdən ibarət olmasına görə Kürdüstan qəzasına bölmək təklif edilirdi. Nəticədə, Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verilmişdir.
1959 — İmzalanan Antarktika haqqında müqavilyə əsasən Antarktikadan hər hansı hərbi məqsəd üçün istifadə qadağan edilir.
2009 — Avropa Birliyində Lissobon müqaviləsi qüvvəyə minmişdir.

Doğum günləri:

1938 — Azərbaycanlı alim, siyasi icmalçı, Əməkdar jurnalist, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fəlsəfə və sosial fənlər kafedrasının dosenti Yasin Alı oğlu Qaraməmmədli Gürcüstanın Başkeçid (indiki Dmanisi) rayonundakı Muğanlı kəndində anadan olmuşdur.
1946-1954-cü illərdə səkkizillik təhsilini doğma kəndlərind ə almış, 1954-1958-ci illərdə Sarvanda – Marneuli Dövlət Pedaqoji məktəbində oxumuş, sonra təhsilini Bakıda Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsində davam etdirmişdir. 1963-cü ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Bir il Saatlı rayonunun Krasnoselsk və Sabirabad rayonunun Aleksandrovsk kəndlərində müəllim və tədris hissə müdiri işləmiş, 1964-cü ilin yanvarında Bakıya qayıdaraq burada fəaliyyətini davam etdirmişdir. O, əvvəlcə Bakıdakı 19 nömrəli şəhər texniki peşə məktəbində tərbiyəçi, Azərbaycan SSR Nazirlər Soveti Dövlət Mətbuat Komitəsinin Baş Mətbuat İdarəsində (Qlavlit) senzor işləmiş, həmin ilin noyabrından Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsinə işə dəvət olunmuş, 20 ildən artıq bir müddət ərzində burada tərcüməçi, şərhçi, böyük redaktor və baş redaktorun müavini vəzifələrində çalışmışdır.
Mətbuat sahəsində çalışdığı illərdə elmi-pedaqoji fəaliyyətindən ayrılmamış, Azərbaycan SSR EA Fəlsəfə və Hüquq İnstitutunda “Bədii xarakter anlayışı” mövzusunda tədqiqat işi aparmış, bir sıra elmi nəşrlərdə məqalələr dərc etdirmiş, 1978-ci ildə dissertasiya müdafiə edərək Estetika ixtisası üzrə fəlsəfə elmləri namizədi elmi dərəcəsi almışdır. Eyni zamanda 1975-ci ildən Azərbaycan Xarici Dillər İnstitutunda, 1978-ci ildən APİ-də müəllimlik fəaliyyətinə başlamışdır. 1984-cü ilin noyabrında müsabiqə yolu ilə APİ-nin fəlsəfə kafedrasında baş müəllim vəzifəsini tutmuş, kafedranın dosenti seçilmiş, 1986-cı ilin mayından 1990-cı ilin dekabrına qədər həmin kafedranın, sonra isə institutda onun təşəbbüsü ilə təzə yaradılan mədəniyyətşünaslıq kafedrasının müdiri, 1996-1998-ci illərdə Pedaqoji Universitetin tərbiyə işləri üzrə prorektoru vəzifələrində çalışmışdır. Hazırda ADPU-nun fəlsəfə kafedrasının müdiri, dosenti kimi elmi-pedaqoji fəaliyyətini davam etdirir, fəlsəfə, estetika, etika, mədəniyyətşünaslıq, habelə Bakıdakı bir sıra özəl universitetlərdə konfliktologiya və müasir dünya siyasəti fənlərini tədris edir.

1946 — Bəstəkar Azər İsmayıl oğlu Dadaşov anadan olmuşdur.
Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndələrindən olan Azər Dadaşov görkəmli bəstəkar Qara Qarayevin tələbəsi olub. O, zəngin yaradıcılıq axtarışları ilə musiqimizin inkişafına, təbliğinə mühüm töhfələr verib. Bəstəkar 10 simfoniyanın, neçə-neçə digər janrlarda yazılmış musiqi əsərinin, o cümlədən 20-dən çox filmə yazılmış bəstənin müəllifidir.
Bəstəkjarın kinofilmlərə bəstələdiyi musiqilərdən əsasən “Şahid qız” (1990), “Yuxu” (1994), “Özgə vaxt” (1996). “Yanmış evin nağılı” dram tamaşasına musiqi /müəllif – A.Həsənoğlu/ (1992) adlarının qeyd edə bilərik
2001-ci ildə “Humay” mükafatı almışdır.
27 may 2018-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülmüşdür.

Vəfat etmişdir:

1940 — Azərbaycan aktyoru, pedaqoq, dramaturq, bir sıra birpərdəli pyeslərin, vodevillərin və musiqili komediyaların müəllifi, rejissor, Əməkdar artist Mirmahmud Kazımovski vəfat etmişdir.
Mirmahmud Kazımovski 1906-cı ildə yaradılmış Bakı Müsəlman teatrının ilk üzvlərindən biri və təşkilatçısı olmuşdur.
Mirmahmur Kazımovski 1882-ci ildə Bakıda anadan olmuşdur.
Professional teatr xadimilərinin ilk nəslinə mənsub olan bu fədakar ziyalı zəngin və şərəfli yaradıcılıq yolu keçmiş, 1938-ci ildə respublikanın Əməkdar artisti adına layiq görülmüşdür. 1897-ci ildən səhnəyə qədəm qoymuş, 58 illik ömrünün 42 ilini milli teatrımızın inkişafına həsr etmiş Mirmahmud Kazımovski 1906-cı ildə yaradılmış Bakı Müsəlman Teatrının ilk üzvlərindən biri və təşkilatçısı olmuşdur.
XX əsrin əvvəllərindən Mirmahmud Kazımovski peşəkar artist kimi tanınmağa başlamış, Qoqolun “Müfəttiş”ində Filippoviç, Nəcəf bəy Vəzirovun “Pəhləvani Zəmanə” əsərində Cahangir bəy, Şəmsəddin Saminin “Gavə” əsərində zabit və kəndli rollarında, “Müsibəti-Fəxrəddin” əsərində Əhməd rolunda, eyni zamanda, bir sıra Qərbi Avropa dramaturqlarının tamaşalarında uğurla çıxış etmişdir. Şekspirin “Otello” faciəsi onun yaradıcılığında xüsusi yer tutmuşdur. Mirmahmud Kazımovskinin milli teatr tariximizdə xidmətlərindən biri də Azərbaycan qadınlarının səhnəyə gələ bilmədikləri bir dövrdə onları məharətlə əvəz etməsi olmuşdur.
Rauf Kazımovskinin çəkdiyi 7 film Azərbaycan kino sənətində yeni bir yön açmışdır. Onun yaradıcılığının çiçəklənən vaxtında – 48 yaşında dünyasını dəyişməsi formalaşmaqda olan milli televiziya rejissorluğu sahəsində ciddi itki sayılmışdır.
Görkəmli sənətşünas Cəfər Cəfərov Mirmahmud Kazımovski haqqında yazır: “Teatrda əsasən o adamlar qalır ki, onların adı hər bir zaman teatr aləmində çəkilir. Mirmahmud Kazımovski məhz belə insanlardandır”.

2001 — Məşhur azərbaycanlı heykəltəraş, Xalq rəssamı Cəlal Məhərrəm oğlu Qaryağdı 86 yaşında vəfat etmişdir.
Cəlal Qaryağdı 1915-ci ildə Şuşa şəhərində anadan olmuşdur.
Azərbaycan Rəssamlıq texnikumunda (1928-1932) və Tbilisi Rəssamlıq Akademiyasında (1932-1935) oxumuşdur. Böyük Vətən müharibəsi illərində cəbhə qəzetlərində siyasi karikaturalarla çıxış etmiş, müharibədən sonra insanların bədii obrazları üzərində işləmişdir. Heykəltəraşlığın müxtəlif janrlarında əsərləri var. Monumental-dekorativ heykəltəraşlıq onun yaradıcılığında əsas yer tutur. Əsərləri üçün obrazların yığcamlığı və milli kolorit səciyyəvidir.
Cəlal Qaryağdı Qırmızı Əmək Bayrağı və “Şərəf nişanı” ordenləri ilə, həmçinin medallarla təltif edilmişdir.

2004 — Böyük şair, tərcüməçi, publisist, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Dövlət Mükafatı Laureatı, Azərbaycanın Xalq şairi Məmməd Araz (İbrahimov Məmməd İnfil oğlu) haqq dünyasına qovuşmuşdur.
Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyiinin məşğələlərində fəal iştirak etmişdir. Burada bəyənilən “Yanın, işıqlarım” şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub. Sonra “Ulduz” jurnalının məsul katibi, “Ədəbiyyat və incəsənət” qəzetində, Azərbaycan Dövlət Nəşriyyatındabaş redaktorun müavini olmuşdur.
1974-cü ildən ömrünün sonuna kimi “Azərbaycan Təbiəti” jurnalının baş redaktoru olub. Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının Poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının “İstiqlal” ordeni bir medalla və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları ilə təltif edilmişdir. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır.
1993-cü ildən onun .adına “Məmməd Araz” mükafatı təsis olunmuşdur.
Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
Məmməd Arazın adının əbədiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti iki dəfə Sərəncam imzalayıb. Bakının Teymur Əliyev küçəsi Məmməd Arazın adını daşıyır.n adının əbədiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti iki dəfə Sərəncam imzalayıb. Bakının Teymur Əliyev küçəsi Məmməd Arazın adını daşıyır.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Previous Post
Next Post

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!