Tarixdə bu gün
İlin 336-cı günü (uzun illərdə 337-ci).
İlin sonuna 29 gün qalır.
Mühüm hadisələr

1920 — Türkiyə və Ermənistan arasında Gümrü (Aleksandropolis) müqaviləsi imzalanmışdır.
1990 — Bakılı kosmonavt Musa Manarov “Soyuz TM-11” kosmik gəmisində ilk uçuşunu həyata keçirmişdir.
Doğum günləri

1953— Azərbaycanın Milli Qəhrəmanı Ənvər Arazov anadan olmuşdur.
Orta məktəbi bitirdikdən sonra bir müddət əməklə məşğul olmuş, daha sonra Gəncə Politexnik texnikumuna daxil olmuşdur. 1974-cü ildə hərbi xidmətə çağırılan Ənvər Murmansk vilayətində Şimal Hərbi Dəniz Donanmasında xidmət etmişdir. Hərbi xidmətini başa çatdırdıqdan sonra Gəncəyə dönmüş, Büllur zavodunda işləməyə başlamışdı. Ə.Arazov eyni zamanda yarımçıq qalmış təhsilini davam etdirərək, 1980-ci ildə texnikumu müvəffəqiyyətlə bitirmiş, zavodda əvvəlcə nizamlayıcı, sonra növbə ustası kimi çalışmağa başlamışdır.
1988-ci ildə ermənilər Dağlıq Qarabağ ərazisində təxribatlara başlayarkən, Ənvər Daxili İşlər Nazirliyində işə qəbul olunmuğş və könüllü olaraq cəbhəyə yollanmışdır. 1989-cu ildə Çaykəndin alınması uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci ildə Gəncədə Milli Müdafiə Qərargahı rəisinin II müavini olub. 1992-ci ilin avqustunda Tərtərdə alay komandiri təyin olunub. Göstərdiyi sücaətlərə görə ona polkovnik rütbəsi verilib.
Ağdərə rayonunda bir çox uğurlu əməliyyatlarda iştirak etmişdi.1992-ci il noyabrın 1-dən 2-nə keçən gecə Ağdam rayonunun Sırxavənd kəndində erməni quldurları ilə qeyri-bərabər döyüşə atılaraq, qəhrəmancasına həlak olub.
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 nömrəli Fərmanı ilə Arazov Ənvər Talış oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Gəncə şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.

1969 — Milli Qəhrəman Yusif Əliyusif oğlu Əliyev Bakının Qobustan qəsəbəsində anadan olmuşdur. Qəsəbədəki 223 saylı orta məktəbi bitirmişdir. 1988-ci ildə ordu sıralarına çağırılmış, hərbi xidmətini Sverdlovsk şəhər piyada qoşun hissəsində çəkmişdir. Yusif Əliyev 1991-ci ilin fevralında Goranboyda ilk döyüş sınağından çıxır. Erməni quldurları tez-tez Buzluq, Mənəşli, Erkəç kəndləri tərəfdən basqınlar edirdilər. Onların aramsız hücumlarının qarşısının alınmasında Yusif də qəhrəmanlıq nümunəsi göstərmişdir. 1991-ci il 14 sentyabrda Buzluq kəndinə düşmən hücumun dəf edilməsi uğrunda gedən çarpışmalarda Yusif əbədilik olaraq gözlərini yumdu.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Yusif Əliyusif oğlu Əliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Qəhrəman Ağsu rayonunun Rəhimli kəndində dəfn edilmişdir.
Qobustan qəsəbəsindəki 195 saylı tam orta məktəb qəhrəmanın adını daşıyır. Məktəbdə büstü qoyulmuşdur.
Yusif Əliyev haqqında “Yaddaş” studiyasında “Vətənə bağışlanan həyat” adlı sənədli film çəkilmişdir.
Vəfat etmişdir:

1929 – Azərbaycan maarifpərvəri, şair, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, filoloq, tarixçi, xəttat, teatr xadimi Həsənəli xan Qaradaği 81 yaqşında vəfat etmişdir.
Həsənəli xan 1848-ci il 28 yanvar tarixində Şuşada hərbi xidmətçi ailəsində anadan olmuşdur.
Müəllim, dərslik müəllifi, şair, tərcüməçi, jurnalist, xəttat, teatr xadimi kimi çoxsahəli yaradıcılıq qabiliyyətinə malik bir şəxs olmuşdur.
Həsənəli xan Qaradaği həm də “Təzkireyi-Qaradaği”nin müəllifidir. Burada qədim Qarabağ şairlərinin tərcümeyi-halı yazılmış, əsərlərindən seçmələr daxil edilmişdir. Azərbaycan ədəbiyyatşünaslığı Həsənəli xan Qaradağiyəı öz həmyerlisi, əsli Qaradağdan olub Zəngəzurun Güləbird kəndinə köçmüş Sarı Aşıq haqqında verdiyi məlumata görə çox borcludur. Sarı Aşıq haqqında ilk məlumatı məhz Qaradaği vermişdir. Hələ 1878-ci ildə 250-dən artıq atalar sözünü toplayıb tərtib edən də Həsənəli xan Qaradağidir. Bu xidmətinə görə onu ilk folklorşünas da adlandırmaq olar.
Həsənəliağa Xan Qaradağski İ.A.Krılovun 60-dan artıq təmsillərinin tərcüməçisi, K.D.Uşinskinin , A.Y.İzmaylovun , A.A.Pçelnikova adı ilə şeir və hekayələrinə imza atan A.A.Seydlerin , L.N.Modzalevskinin hekayə, şeir və təmsillərinin Azərbaycan dilinə ilk tərcüməçisi olmuşdur.

1996 — Görkəmli Azərbaycan teatr və kino aktyoru, Xalq artisti Məlik Yusif oğlu Dadaşov 72 yaşında vəfat etmişdir.
Məlik Dadaşov 1924-cü il iyunun 7-də Bakıda doğulub. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu bitirdikdən sonra M.Əzizbəyov adına Akademik Dram Teatrına işə qəbul olunmuş və burada ilk dəfə H. Muxtarovun “Ailə namusu” pyesində oynamışdır.
Məlik Dadaşovun Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri var. O, klassik və müasir aktyor sənətinin sintezindən yaranan bir ifa tərzi seçmişdi. Onun yaradıcılığında H. Sarabskidən, A. M. Şərifzadədən və digər klassiklərimizdən bəhrələnmə meylləri hiss olunurdu. Məlik Dadaşov dramatik rolların mahir ifaçısı idi. Yaratdığı obrazların ifası üçün elə gözəl ifadə vasitələri tapırdı ki, hətta tarixi qəhrəmanlar belə reallığa çox yaxınlaşırdı. M. Əzizbəyov, N. Nərimanov kimi tarixi şəxsiyyətlərin obrazları dediklərimizi bir daha təsdiq edir.
“Ölülər”dəki Şeyx Nəsrullah rolunu o dəfələrlə Akademik Teatrın səhnəsində oynayıb. Çox vaxt deyirlər ki, M.Dadaşov mənfi tiplərin klassik ifaçısıdır. Şeyx Nəsrullah da, Qəmlo da, Molla Sadıq da mənfi tiplər idi. Amma siz bu rollarda aktyor məharətinə diqqət yetirin. Məlik Dadaşovun Şeyx Nəsrullahı özgə bir aləmdir. Bəlkə də, ona görə mərhum kinorejissor Tofiq Tağızadə “Ölülər” pyesi əsasında ekranlaşdırdığı “O dünyadan salam” filmində də Şeyx Nəsrullah rolunda Məlik Dadaşovu çəkmişdi.
Tarixi şəxsiyyətlər də Məlik Dadaşovun ifasında çox real alınırdı. Kinorejissor Əjdər İbrahimov aktyoru bir neçə filmində çəkmişdi.
Xalq yazıçısı İ.Əfəndiyevin “Atayevlər ailəsi” pyesi əsasında hazırlanmış televiziya tamaşasında M.Dadaşovun yeni ampluada yaratdığı Atayev obrazı çox uğurlu ekran qəhrəmanı idi.
“Axırıncı aşırım”dakı Qəmlo bütövlükdə kinomuzda yaddaqalan obrazlardandır. Bu obrazın bütün xarakterik cizgilərini ustalıqla açan aktyor filmin əsas dramatik yükünün daşıyıcısına çevrilir. Ancaq çox təəssüflə qeyd etmək lazımdır ki, kişi rolunun ən yaxşı ifasına görə keçmiş İttifaq festivalında onun adı mükafatçılar siyahısına salınmadı. O vaxt deyilirdi ki, sovetlərin düşməni (Qəmlo) “sovetin” mükafatını ala bilməz. Və bir də “Dəli Kür”dəki Molla Sadıq. Bu obrazın da Azərbaycan kinosunda öz xüsusi yeri var.
Aktyor ömrünün son illərində S.Vurğun adına Rus Dram Teatrında çalışırdı. Bu teatrda direktor kimi çalışdığı dövrdə teatrın repertuarı xeyli zənginləşmiş, buraya yeni yaradıcı qüvvələr cəlb olunmuşdu. 1980-ci illərdən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənətindən dərs də deyirdi.

1998— Aramızdan vaxtsız köçmüş istedadlı şair, jurnalist, teleaparıcı, yazıçı-publisist, “Qızıl Qələm” mükafatı laureatı Malik Fərrux oğlu İbrahimov 50 yaşında vəfat etmişdir.
Malik Fərrux 1948-ci il dekabrın 27-də Laçın şəhərində anadan olmuşdur. Şəhər orta məktəbini bitirdikdən sonra BDU-nın (Bakı Dövlət Universitetinin) Jurnalistika fakültəsində təhsil almışdır (1966-1971). Ədəbi fəaliyyəti tələbəlik dövründə , “Ulduz” jurnalında çap etdirdiyi ” Qartallı dağlar” şeiri ilə başlamışdır. Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, Azərbaycan Dövlət Televiziyasının “Elm və texnika verlişləri” redaksiyasinda redaktor, baş redaktor vəzfilərində çalışmışdır.
О, dörd il televiziyanın ” Ekran” divar qazetinin redaktoru olmuşdur. Ömrünün sonuna qədər Azərbaycan Dövlət Televiziyasında çalışmışdır. Malik Fərrux 100-ə yaxın mahnının söz müəllifidir. Əfsanəvi “Karvan” qrupunun demək olar ki, bütün repertuarının sözləri Malik Fərruxa aiddir. “Qara gözlər”, “Sari güllər”, “Sən də tufanla oynama”, “Polismen”, “Qar yağır”, “Alabəzək yuxular” və sairə kimi unudulmaz hit mahnıların söz mətni Malik Fərruxa məxsusdur. Yaradıcılıq illərində Mikayil Vəkilov, Mobil Babayev, Cəmil Əmirov, Faiq Sücəddinov, Eldar Mansurov kimi bəstəkarlarla birgə çalışmışdır. “Qızıl Qələm” mükafatı ilə yanaşı bir çox ədəbi mükafatlara layiq görülmüşdür.urov kimi bəstəkarlarla birgə çalışmışdır. “Qızıl Qələm” mükafatı ilə yanaşı bir çox ədəbi mükafatlara layiq görülmüşdür.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.