Baş redaktor

Vətəndaş cəmiyyəti o zaman formalaşır ki, insan təkcə danışmaq hüququna deyil, eşidilmək hüququna da malik olsun.

Hörmətli cənab Baş Prokuror!
Dörd ildir ki, biz məhəllə sakinləri eyni problemləri dönə-dönə dilə gətiririk, yazılı şəkildə aidiyyəti dövlət qurumlarına göndərirk. Cavab isə həmişə eynidir: “hallar təsdiqini tapmadı”, “məktub filan quruma göndərildi”, “nəzarətə götürüldü”, “müraciətinizə qanunamüvafiq müddətdə baxılacaq”… Bu cürə şablon cavablar növ-növ, rəng-rəng, hər verilmiş cavabda dəyişir. Amma bizim həyatımızda heç nə dəyişmir. Biz artıq bütün qapıları döydük: Xətai Rayon İcra Hakimiyyətinin, Xətai Rayon Bələdiyyəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, 11 saylı Regional Ekologiya İdarəsinin, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Xətai Rayon Gigiyena Mərkəzinin… Hamısı xəbərdardır. Hamısı məsuliyyət dairəsindədir. Hamısı bir-birini göstərir. Vətəndaşın səsini eşitmək və müraciətə fərdi yanaşmaq idarəetməyə etimadı gücləndirən əsas amildir. Bu müraciətlər ayna kimi cəmiyyətin nizamını əks etdirdiyi kimi, onlara verilmiş cavablar da idarəçiliyin və ictimai münasibətlərin göstəricisidir. Vətəndaş cəmiyyəti o zaman formalaşır ki, insan təkcə danışmaq hüququna deyil, eşidilmək hüququna da malik olsun. Amma biz bu hüquqdan məhrumuq, eşidilmirik. Bu gün Baş Prokurorluğa müraciət etməyimizin yeganə səbəbi də məhz budur.
Problemləri konkret və sübutlarla sadalayırıq:
1. Yarımçıq qalmış elektrik dirəkləri


2021-ci ilin əvvələrində Xətai rayonu General Şıxlinnski küçəsi 49 №li binanın həyətində “Abad həyət” layihəsinin icrası zamanı 12 bloklu binanın qarşısında köhnə işıq dirəklərini ləğv edib yeni dirəklər üçün beton özüllər hazırladılar. Amma layihə başa çatdı, işlq dirəkləri qoyulmadı. Düz 4 ildir ki, həmin beton özüllər səkinin ortasında “gecənin tələsi” kimi görünməz olur, insanların, xüsusilə yaşlılar və uşaqların ayaqlarına ilişir. Sakinlər bunu dəfələrlə səyyar görüşlərdə icra hakimiyyəti başçısının diqqətinə çatdırıblar. Eləcə də dəfələrlə yazılı şəkildə müraciətlər edilib. Mən özüm bir neçı dəfə Xətai Rayon bələdiyyəsində olub, problemləri rəhbərliyin diqqətinə çatdırmışam. Vəd veriblər, amma heç nə etməyiblər. Heç bir məntiqə sığmayan, əsaslı olmayan cavablar verirlər. Tələbimiz budur ki, ya bu işıq dirəkləri qoyulsun, ya da köhnə dirəklər bərpa edilsin.
Qeyd: Bütün bu və bundan sonrakı problemləri təsdiqləyən şəkilləri şikayət məktubumuza əlavə edəcəyik.
2 . Təhlükəli quru ağaclar, budanmalı yaşıl ağaclar










Xətai rayonu, General Əliağa Şıxlinski küçəsində yerləşən 47, 49 və 51 nömrəli binaların həyətində tam qurumuş, çürümüş və hər an yıxıla biləcək ağaclar mövcuddur. Həmçinin bu ərazidə hündürlüyü 18–20 metr və daha çox olan qovaq ağacları var. Belə ağacların xüsusilə küləkli havalarda sınma ehtimalı çox yüksəkdir. Bəzi ağaclar da var ki, pəncərələrə çox yaxın məsafədədir. Bu vəziyyət işıqlanmanı və havalanmanı məhdudlaşdırır, paltar sərmək və digər gündəlik məişət şəraitini çətinləşdirir. Biz mövcud problemlərlə bağlı subordinasiya qaydasında kollektiv şəkildə bütün əlaqədar təşkilatlara müraciət etmişik. Hara müraciət edirik, yazdıqlarımızı digər təşkilatlara yönəldirlər. Gah yazırlar ki, ağacları ancaq vegetasiya dövrü bitdikdən sonra budamaq lazımdır. Gah yazırlar ki, guya ərazilərdə ağaclara daim fitosanitar qulluq göstərilir. Gah da yazırlar ki, yaşıllıqların götürülməsi Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli “Yaşıllıqların götürülməsi qaydası”na uyğun olaraq həyata keçirilməlidir. Bu qaydaya görə isə yaşıllıqların və qurumuş təhlkükəli ağacların götürülməsi üçün müraciəti əsasən torpaq mülkiyyətçisi və ya istifadəçisi etməlidir. Yəni, ağacın, yaşıllığın mövcud olduğu məkan kimə aiddirsə, onlar rəsmi qaydada Ekologiya Nazirliyinə (ETSN)müraciət göndərməlidirlər. Bu qurum rəy verəndən sonra yerli icra hakimiyyəti və ya bələdiyyələr qərar qəbul etməli, daha sonra yenidən Ekologiya Nazirliyinə müraciət etməlidirlər. Yəni, bütün bu prosedurların həyata keçirilməsi üçün səlahiyyətlər bir neçə qurum arasında paylaşılmışdır: nə ağacın sahibini tapmaq olur, nə də cavabdehi. Bu nizamlama tədbiri insanların həyati təhlükəsizlikləri üçün əngəl olaraq qaldığı kimi, təbiətin özünün mühafizəsinə də bir əngəldir. Bu mexanizmi mütləq bir pəncərə sistemi halına gətirmək lazımdır. Ekologiya Nazirliyinin Dövlət Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov şəxsən özü mətbuata verdiyi bir açıqlamada demişdir ki, Vətəndaşların dövlət və ya bələdiyyə torpaqlarında əkilmiş ağacların kəsilməsi ilə bağlı yazılı müraciəti hər hansı vacib şərt sayılmır. Əgər vətəndaş bunu edibsə, bu, yalnız vətəndaşlıq borcu kimi qəbul edilməlidir. Ağacların yerləşdiyi əraziyə cavabdeh mülkiyyətçilərdir: ya şəhər icra hakimiyyətinin müvafiq qurumu və ya da bələdiyyələr. Onlar ağacların vəziyyətləri ilə daim maraqlanmalı, ildə iki dəfədən az olmayaraq ərazilərində olan ağacların və uzun ömürlü bitkilərin inventarizasiyasını aparmalıdırlar. Bu, onların funksional öhdəlikləridir (Bax: https://bizim.media/az/multimedia/155346/ -– 16.09.2023-ci il).
Azərbaycan Respublikasə Nazirlər Kabinetinin 15 may 2018-ci il tarixli qərarı ilə tətbiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının aparılması” Qaydasının 2-5-ci bəndinə əsasən, uçota alınan yaşıllıqlar barədə məlumatlar istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən hər il yanvarın 1-nə ümumiləşdirilir və tərtib olunmuş hesabatlar müvafiq dövlət orqanları və ya bələdiyyələr tərəfindən fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir. Bu qanunlar yaşıllıqların mühafizəsinə dövlət nəzarətini təmin edir və bələdiyyələrin bu sahədəki vəzifələrini müəyyənləşdirir. Məlumatın düzgün və tam şəkildə təqdim edilməməsi, yaşıllıqların uçota alınmaması və ya təhrif edilməsi halında bələdiyyələr İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar. 2011-ci ildən etibarən ETSN-nin Dövlət Ekspertiza İdarəsi Bakı şəhəri daxilində yaşı ötmüş, köküstə qurumuş, həmçinin gövdəsi əyilmiş, qəzalı durumda olan, insan həyatı üçün təhlükə yaradan kommunal xətlərə, eləcə də yaşayış binalarına qəza faktoru yaradan hündürlüyü 12 metrdən yuxarı olan qovaq cinsli ağacların təhlükəsiz səviyyədə budanmasına və müstəsna hallarda rəy əsasında kəsilməsinə icazə verib. Qurum bununla bağlı bu yaxında mətbuatda məlumat da paylaşmışdır. Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə xüsusi arayış verib. Həmin sənədə əsasən, paytaxtdakı qurumuş qovaqlar əlavə rəy alınmadan kəsilə bilər ( Mənbə: https://yenisabah.az/bakida-bu-agaclarin-ekilmesi-qadagan-olundu). ”
Hörmətli Baş Prokurorluq, Ekologiya Nazirliyi bizim müraciətlərə verdikləri cavablarda hər dəfə “Yaşıllıqların götürülməsi qaydası”nı əsas kimi irəli sürülər. Amma bizim müraciətlər üçün yaşıllıqların götürülməsi məsələsi şikayət predmeti olmayıb. Yaşıllıqların götürülməsi tamam başqa hal və yaxud vəziyyətdir. Biz ancaq qurumuş və heç bir ekoloji əhəmiyyəti olmayan, amma təhlükəli olan qovaq ağaclarının götürülməsini və bir də taç hissəsi 5 metrdən hündür olan ağacların budanmasını xahiş etmişik. Çoxlu sayda səkidə piyadaların yolunu kəsən, pəncərənin qarşısında işıqlanmanı pozan budaqların götürülməsini xahiş etmişik.
Sonuncu dəfə Xətai rayon İcra Hakimiyyəti tərəfindən 17.12. 2024-cü ildə bizə cavab vermişdilər ki, müraciətiniz 5-11/1-Ə-305-144/2024 qeydiyyat nömrəsi ilə Təsərrüfat şöbəsinin icraatındadır. Təsərrüfat şöbəsindən isə 19.02.2025-ci il tarixdə vatsapla bildirmişdilər ki, məktubunuz hazırdır və qeydiyyat nömrəsini də yazıblar. Yəqin ki, məktub Dövlət Ekspertiza Agentliyinə göndərmək üçün hazırlanıb. İcazənizlə bir arayış da verim ki, Dövlət Ekspertiza Agentliyi bizə yazdığı sonuncu cavabda bildirirdi ki, bizim müraciətimiz Xətai Rayon İcra Hakimiyyətinə, həmçinin 11saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə (RETSİ), Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə də göndərilmiş və Xətai İcra hakimiyyətindən xahiş edilmişdir ki, sözügedən ünvandakı yaşıllıqlarlaq bağlı sanitar və aqrotexniki tədbirlərin həyata keçirilməsini, həmçinin götürülməsinə zərurət yaranan yaşıllıqlar varsa, rəy alınması üçün Dövlət Ekzpertiza Agentliyinə müraciət olunsun. Sadəcə, formal olaraq yazışmalar var, real iş görən isə yoxdur. Sanki, bu məmurlar 49 №li binanın sakinləri ilə prinsip aparır.
09 yanvar 2025-ci ildə Xətai Xətai İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədovun imzası ilə müraciətimizə belə cavab verilib: “ Sizin Xətai Xətai Rayon İcra Hakimiyyətinə daxil olmuş elektron müraciətinizə baxılmışdır. Müraciətinizdə General Şıxlinski küçəsi 49 ünvanında ərazidə işıqlandırma sisteminin təşkil edilmədiyini, ağacların baxımsız vəziyyətdə olduğunu və parkda kameraların quraşdırılmadığını bildirərək, köməklik göstərilməsini xahiş edirsiniz.
Məlumat üçün bildirirk ki, rayon ərazisində işıq dirəklərinin quraşdırılması işləri keçirilən tender əsasında podratçı təşkilat tərəfindən aparılır və işlər yekunlaşdıqdan sonra quraşdırılmış işıq dirəkləri aidiyyəti üzrə “Bakı Şəhər İşığı” Elektrik şəbəkə müəssisədinin balansına təhvil verilərək xidmət göstərilməsi təmin olunur. Bəs işıq dirəkləri qoyulmayıb axı, onda qoyulmamış işıq dirəkləri “Bakı Şəhər İşığı” Elektrik şəbəkəsinə necə təhvil verilir?
Həmçinin qeyd olunan ərazidə yerləşən ağaclara müvafiq aqrotexniki qulluğun göstərilməsi üzrə Bakı Şəhər Yaşıllaşdırma Birliyi Tərəfindən aparılmışdır.
Nəzrinizə çatdırırıq ki, rayon ərazisində nəzarərət kameralarının quraşdırılması işləri rayon İcra Hakimiyyəti tərəfindən aparılmır.
İcra başçısı müavininin imzaladığı bu cavaba görə, mövcud olduğu ərazidə sanki heç bir sosial-iqtisadi, hüquqi problem İcra hakimiyyətinə aid deyil. Amma “Abad həyət ” layihələri Azərbaycanda həyətlərin yenidən qurulması, infrastrukturun yaxşılaşdırılması və sosial abadlıq tədbirlərini əhatə edən yerli inkişaf proqramını nəzərdə tutur. Bu layihələr əsasən dövlət sosial siyasətinin bir hissəsidir və yerli səviyyədə icra olunur. Məsul orqanlar yerli İcra hakimiyyəti orqanlarıdır. Layihələrin planlaşdırılması, maliyyələşdirilməsi, icrası və nəzarətini onlar təmin edir. İcra Hakimiyyətləri haqqında Əsasnamədə də bu, belə təsvir olunub.
3.Məişət tullantılarının idarəedilməsi









Məhəlləmizin sanitariya-gigiyena problemlərindən biri də bu ərazidə illərlə davam etməkdə olan kommunal problemlərdir. Həyətimizdə abadlaşdırılma işləri aparılarkən kanalizasiya sistemi yenilənmədi. İstismar müddəti çoxdan başa çatmış köhnə xətlər yenilənmədi. Ona görə də tez-tez tutulmalar olur, kanalizasiya çirkabı binaların zirzəmisinə axır. Az qala sakinlər üfunətdən boğulsun. Bugünün özündə də vəziyyət belədir. Ərazidəki məktəb , bağça, poliklinika, çoxlu sayda market, tərəvəz dükanı və xidmət sahələrinin özlərinin bu məqsədlə ayrıca sahələri olmalıdır və qutulaının üstündə də adları olmalıdır. Amma bu ərazidə bütün tullantılar sakinlər üçün nəzərdə tutulmuş qutulara atırlar. Marketlər, tərəvəz dükanlarının tullantıları çox olur və onlar heç bir çeşidləmə aparmadan gətirib zibil yeşiklərinə boşaldırlar. Hər qutuya 2-3 karobka atılanda yeşiklərin tutum həcmi məhdudlaşmış olur. Zibil yeşikləri isə 5-də dörd hissəsi dolan kimi, boşaldılmalııdr. Bütün bu problemlərin doğru həlli tapılmayacaqsa, maarifləndirmə işləri fəallaşmayacaqca, cəmiyyətin qəbul etmədiyi davranış normalarını adi həyat tərzinə çevirənlər hüququn sərt üzüün görmyəcəklərsə, problemlər nəinki yox olmayacaq, əksinə, həm dərininə, həm də eninə sirayət edəcəkdir.
241 №li Bağçanın və şəhid abidəsinin 5-10 metrliyində bir axarsız tualetin mövcudluğu təhlükədən savayı, həm də böyük utancdır. Dəfələrlə bu antisanitar vəziyyəti 96№li MİS rəhbərliyinin diqqətinə çatdırmışam. Nəticəsi olmayanda , Respublika Epidemiologiya və Gigiyena Mərkəzinə, eləcə də Ekologiya Nazirliyinin müvafiq qurumlarına rəsmi müraciət etmişəm. Müraciətimiz Xətai RGEM-nə göndərilib, onlar da əraziyə baxış keçirərək 24 sentyabrda bizə göndərdikləri cavab məktubunda yazmışlar: “ Baxış zamanı ərazidə zibil tullantılarının yandırılması , məişət tullantılarının vaxtında daşınılmaması, zibil meydançasında antisanitar vəziyyət, otluq ərazinin yandırılması faktları aşkar olunmamışdır. 241 saylı Körpələr evi və Uşaq bağçasının yaxınlığındakı ərazi özəlləşdirilmiş ərazidir. Bu ərazidə yerləşən ayaqyolu illər əvvəl tikilib, qapısı yoxdur və ayaqyolu kimi istifadə olunmur.”
11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14 oktyabr 2025-ci ildə gönərdiyi cavab məktubunda ölkənin paytaxt şəhərində mövcud olan bu kanalizasiya xəttinə qoşulmamış tualeti ” binanın qarşısında olan boş sahədə sahibsiz sanitar qovşağı” kimi qeyd edilmişdir. “Sahibsiz sanitar qovşağın vəziyyəti” ifadəsi söz oyunundan başqa bir şey deyildir. “Sanitar qovşağı” sanitar-gigiyenik məqsədlər üçün nəzərdə tutulmuş, içərisində santexnika qurğuları olan otaq və ya otaqlar qrupudur. Buraya tualet və lavabo, həmçinin küvet və ya duş kabinəsi də daxil ola bilər. Termini belə veməkdə məqsəd antisanitariya yaradan ayaqyolunun yarada biləcəyi eybəcərliyi zəiflətməkdir. Xətai RGEM-ə təkrar müracətdən sonra tualetin (bu sanitar qovşağın) müəyyən hissəsini söküblər, amma söküntünü elə qoyub gediblər. Sökülməli idisə, tam sökərdilər və həmin yer təmizlənərək, hasara alınardı. İndinin özündə də onun yanına zibil və istifadəyə yaramayan məişət əşyaları atırlar və fürsətə salıb yandırırlar. Xətai rayonundakı 96 №li MİS-nin xidmət etdiyi ərazi , ümumiyyətlə sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun təmizlənmir, məişət tullantıları vaxtaşırı yandırılaraq torpaq, hava , ətraf zərərli fiziki təsirlərə məruz qoyulur. Bu, təkcə kommunal məsələ deyil, həm də ictimai sağlamlıq məsələsidir. Hələ 2017-ci ilin mayında biz bu barədə Ekologiya Nazirliyinin elektron ünvanına (milli.monitoring@mail.ru) müraciət etmişik . Cavab isə belə olmuşdu: “Ərazidə tullantıların yandırılması müşahidə olunmamış, zərərli qazlar aşkar edilməmişdir.” Onda bu şəkillərdəki reallıqlar nə imiş? Əlavə etdiyim fotolarda plastik və sintetik qabların yandırıldığı, qalın və qara tüstünün havaya baş aldığı açıq-aydın görünməkdədir. Bu, yalnız havaya və torpağa deyil, həm də ətrafda yaşayan insanların sağlamlığına birbaşa təhlükə yaradır. Həmin vaxtdan keçən müddət ərzində heç nə dəyişilməyib. Bu gün də məişət tullantıarı həmin şəkildə yandırılır. Göndərdiyimiz şəkillərdə 2024 və 2025-ci illərin mənzərələridir. Bu cür halların kütləvi və mütəmadi şəkildə təkrarlanması, onların qeydə alınmaması və ya cəzasız qalması artıq təkcə kommunal məsələ deyil — həm də Ekoloji və sanitar təhlükədir.











Xətai RGEM-nin cavab məktubuna etiraz olaraq Respublika Epidemiologiya və Gigiyena Mərkəzində mərkəzin əməkdaşı Ziyəddin Kazımovla görüşüb söhbətləşmişəm. Ziyəddin həkim əmin edib ki, tədbir görüləcək .


Daha bir neçə gün sonra Xətai RGEM-dən əvvəlki xanım əməkdaşla başqa bir əməkdaş əraziyə gəlib. Tualeti və tullantılar yandırılmış yerləri göstərmişəm. Xətai RGEN-nin nümayndəsi deyib ki, ora sahibkara məxsus ərazidir, bizim ora qarışmağa ixtiyarımız yoxdur. Prezidentimiz sahibkarların fəaliyyətinə müdaxilə etməməyi tapşırıb. Amma nə dövlətimizin, nə hörmətli Prezidentimizin belə yasağı yoxdur. Cənab Prezidentimiz sahibkarlığın inkişafına bəzən mane olan əsassız, vəzifədən sui-istifadə edilməklə, qaydalara riayət edilmədən, heç bir zaman intervalı gözlənilmədən həyata keçirilən yoxlamaların aradan qaldırılması ilə bağlı göstərişi var. Bir neçə gün sonra Respublika Epidemiologiya və Gigiyena Mərkəzinin həkimi Ziyəddin Kazımov və Xətai RGEM-dən bir nümayəndə birlikdə bu əraziyə gəldilər. Məişət tullantıları yandırılan yerləri, tualeti və parkın ərazisində dolu zibil yeşiklərini onlara göstərmşəm. Amma 49 nömrəli binanın, eləcə də elektrik yarımstansiyasının arxasındakı qalmış tullantılar 1 gün öncədən yığışdırılıbmış.



Çünki mən hər gün bu faktları tez-tez lentə köçürmüşəm ki, mübahisəli vəziyyətdə sübut edə bilim. Daha sonra iritutumlu zibil yeşikləri üçün ayrılmış sahəyə gedirik. Yeşiklər boş idi, zibillər aparılmışdı. RGEM-nin əməkdaşı: “yandırılma faktı yoxdur, zibillər də daşınıb, yandırılma faktları ilə bağlı isə digər qurumlara müraciət etmək lazımdır”,- dedi. Əzəli , mən tullantıarın daşınmadığını yazmamışdım. Yazmışam ki, həyət-baca yaxşı təmizlənmir, zibil yeşikləri, bu yeşiklərin saxlandığı yerlər, zibil maşınlarının özləri dezinfeksiya olunmur. Ətraf mühitə və insan sağlamlığına təsir göstərə biləcək bakteriyaların böyüməsinin qarşısını almaq üçün məişət tullantıları üçün ayrılmış meydança qış aylarında həftədə bir dəfə, isti aylarda 2 dəfə dezinfeksiya olunmalıdır:əvvəlcə su və sabunla yuyulmalı, sonra isə dezenfeksiyaedici məhlulla təmizlənməlidir. RGEM -in həkimi Ziyəddin Kazımov mətbuata verdiyi açıqlamaların birində bildirir ki, həm zibil qutuları, həm zibil qutularının ətrafı, həm də zibil maşınları mütəmadi olaraq dezinfeksiya edilməlidir (Mənbə: https://modern.az/zibildasiyan-masinlarbakini-zibilleyir/144250). Bəs Ziyəddin həkim 96 №li-li MİS-nin ərazisində olanda bu şərtlər onun mətbuatda dediyi kimi idimi? Görünən budur ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Ekologiya Nazirliyinin müvafiq qurumlarının, Fövqəladə Hallar Nazirliyinin Yanğın Nəzarəti Xidmətlərinin Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi, yerli icra hakimiyyətləri və ərazi üzrə bələdiyyələri arasında koordinasiya yoxdur. Və buna görə də bir problem ortaya çıxanda, hər kəs çalışır ki, cavabdehliyi digər qurumun üstünə atsın. Belə nizamsızlıq və nəzarətsizlikdən təkcə General Şıxlinski küçəsi 47, 49 və 51 nömrəli banaları əhtə edən ərailərdə deyil, demək olar ki, bütün ərazilərdə vəziyyət eynidir.
Məişət tullantılarının idarəediməsinin təşkilində şəffaf olmayan məqamlar var. Bu da MKTB strukturuna mənsub kommunal işçilərin ( süpürgəçilərin) işinin düzgün təşkil edilməməsi , süpürgəçilərin azlığı, iş həcminin, onlara ayrılmış ərazilərin normativlərdən çox olmasıdır. Onlar iməcilik adı ilə tez-tez haqqı ödənilməyən işlərə məcbur edilirlər. Heç ola bilməz ki, Bakının konkret ərazisi məlum olduğu halda bu yerlərin kommunal təmizliyi üçün, ağacla qulluq üçün lazım olan qədər işçilər ayrılmamış olsun.






Bizim bütün müraciətlərimizə verilmiş cavablarda müəyyən ziddiyyətli məqamlar da var. Məsələn, Xətai RGEM isə tualet məsələsinin, tullantıların idarəedilməsindəki özbaşınalıqların üstündən keçərək tullantılar aparılandan yarım saat sonrakı boş qutuları əsas gətirərək tullantılar reqlamentə uyğun daşındığını bildirmiş, yandırılan tullantılar barədə isə nəzarətin Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirdiyini qeyd etmişlər
Baxın, Xətai RGEM-nin 24 sentyabrda göndərilmiş 1-ci cavab məktubunda həmin tualetin adı çəkilir və bildirilir ki, guya bu ayaqyolu illər əvvəl tikilib, qapısı yoxdur və ayaqyolu kimi istifadə olunmur. Həm də Xətai RGEM-nin özəlləşdirimiş ərazilərdəki tikiliyə qarışmaq ixtiyarı yoxdur. Amma hər hansı obyekt və ya istehsal sahəsi hansı statusda olursa-olsun, əgər insan sağlamlığı və ətraf mühit üçün təhlükə yaradlrsa, müvafiq orqanlar bu obyekttləri bağlaya, istehsalı dayandıra bilər.
~ Xətai RGEM-nin 04 noyabrda göndərilmiş 2-ci cavab məktubunda isə tualetin adı , ümumiyyətlə , çəkilmir, məişət tullantılarının yandırılmasına nəzarət isə Ekologiya Nazirliyinin statusunda olduğu qeyd edilir. Amma bu problem həm də Gigiyena və Epidemiologiya Mərkəzlərinin məsuliyytidir.
Biz RGEM-in ayrıca cavabını gözlədiyimiz üşün mən yenidən RGEM-ə – Ziyəddin həkimin yanına getmişəm. O da əsl bürokrat məmur kimi, “Biz rəyimizi yazıb Xətai Mərkəzinə göndərmişik, cavabı onlar yazır” deməklə, təmsil etdiyi qurumun və özünün öhdəliyindən yayınır.
Əzələn, Epidemiologiya və Gigiyena Mərkəzinə ünvanladığımız məktub Azərbaycan Respublikasının Vətəndaşların Müraciətlərinə Baxılması Haqqında Qanunun “Vətəndaşların yazılı müraciətlərinin qəbulu, qeydiyyatı və onlara baxılması qaydası”nın 7.13. bəndinin tələbinə zidd olaraq qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərə göndərilmşdir, yəni, Xətai Rayon Epidemiologiya Mərkəzinə. Fəliyyətsizliyindən şikayət edilmiş qurum obyektiv faktaraşdırıcı ola bilərmi? Əksinə, bu, korrupsiyaya şərait yaradan hüquqpozma/korrupsiya elementlərinə aşağıdakı əsaslı şübhələri yaradır:
– statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə şəxsi maraqlarına aid məsələlərin həllinə təsir etmək;
– vəzifə tutduğu və ya ona tabe olan, onun nəzarətində olan, habelə ona hesabat verən orqanların (qurumların) işi üzrə fiziki və ya hüquqi şəxslərin nümayəndəsi qismində iştirak etmək








İkincisi, “Vətəndaşların müraciətləri haqqında” Qanuna əsasən, müraciəti qəbul edən orqan mütləq cavab verməlidir. Əgər müraciət araşdırmaq üçün başqa quruma göndərilərsə belə . Sonuncu cavab rəsmi şəkildə müraciəti qəbul edən qurum tərəfindən verilməlidir. Aşağı quruma yönləndirib, “gedin araşdırn, şikayətçiyə cavab verin” demək olmaz.
Mən şikayətimi birbaşa Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə (RGEM) etmisəm. Deməli, şikayəti araşdırmalı olan əsas qurum RGEM-dir. Onlar şikayəti özləri araşdırmaqdansa, öz tabeliklərində olan Xətai REM-ə (rayon mərkəzinə) göndəriblər. Bu, texniki olaraq mümkündür, amma hüquqi olaraq əsas şikayəti verən vətəndaşa cavabı RGEM verməlidir. Çünki mən müraciəti onlara etmisdim. Aşağı quruma yönləndirsələr belə, aşağı qurum, sadəcə, araşdırma materialını, aktı, rəyi verir. Cavabı isə müraciəti qəbul edən qurum — RGEM verməlidir. Bu da ciddi qanun pozuntusudur. Bunu da bildirmək istəyirik ki, Xətai RGEM tərəfindən yazılmış hər iki cavab məktublarının məzmunu həm də məntiqsizdir. Eyni məktubda həm “problemlər aşkar olunmayıb” deyilir, həm də “tullantıların yandırılması barədə Ekologiya Nazirliyinə müraciət edin” deyirlər. Deməli, Xətai Gigiyena və Epidemiologiya Mərkəzi faktı dolayısı ilə etiraf edir, sadəcə, məsuliyyəti digər qurumların üstünə atmağa çalışır. Amma küçələrin, həyətlərin və şəhərlər və digər yaşayış məntəqələrinin digər ərazilərinin, həmçinin ümumi istifadə yerlərinin və çimərliklərin təmiz saxlanılması vəziyyətinə nəzarəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı, birbaşa Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir.Həm də “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.9-cu bəndinə əsasən istehsalat və məişət tullantılarının yığılması və daşınması işinin təşkil edilməsi, icazəsiz tullantı yerlərinin ləğv edilməsi üçün tədbirlərin görülməsi və tullantılarla davranma qaydaları barədə şəxslərin məlumatlandırılmasının təmin edilməsi yerli icra hakimiyyəti başçısının vəzifələri kimi göstərilmişdir. Amma İcra hakimiyyətləri bu məsələlərə nəzarət etmədiyindən tabeli qurumlar da buna əmin olub öz vəzifələrinə məsuliyyətsizcəsinə yanaşırlar. Mən Respublika Epidemiologiya və Gigiyena Mərkəzinin Həkimi Ziyəddin Kazımovun timsalında Respublika Epidemiologiya və Gigiyena Mərrkəzinin mövqeyinə etiraz edirəm. Çünki eyni əməkdaşların dəfələrlə göndərilməsi obyektivlik prinsiplərinə ziddir. Araşdırmanın “fakt tapılmadı” nəticəsi ilə nöqtə qoyulması qərəzli və zəif araşdırmaya işarədir.
Bütün bu məslələrin Prokurorluq orqanlarının nəzarəti ilə araşdırılıb tədbir görülməsini xahiş edirəm.
Əlavələr: – 44 şəkil – Bütün qurumlardan alınmış cavab məktublarının surətləri
– Sakinlərin imzaları
Müraciət edən:
Əhmədov Akif Səmid oğlu
(müstəqil jurnalist, sakin)
Bakı şəhəri, Xətai rayonu, General Əliağa Şıxlinski küçəsi 49
Əlaqə: 050 324 71 25
E-mail: dilrubi@mail.ru
2 dekabr 2025-ci il