Yumor

Sən fit çaldı…..n?
Birisi öz evinin bütün dən-dəsgahı ilə təmir etdirir. İki otağını ikisini də, divarları, tavanı gözaçan naxışlarla bəzəyir.
Bir gün dostlarından biri onlara qonaq gələrək otaqlarına heyranlıqla tamaşa edir. Hər otaqda bir çarpayı qoyulması onu daha çox maraqlandırır.
Qonaq söhbət arası dostundan soruşur.
-Ə, bu sirri maa aç görüm, ha bı çarpayıların hərəsi niyə bir otaqdadır?
Ev sahibi deyir:
-A dost, vallah, ha bı evlərə o qədər xərc qoymuşam ki, gecələr birini boş qoymağa hayıfım gəlir, bir otaqda mən yatıram, o birində arvad.
-Bəs birdən arvad sənə lazım olanda nə edirsən?
-Buna nə var ki, fit çalıram gəlir.
-Bəs birdən sən arvada lazım oldun, onda?
-Onda arvad qapını aralayıb, maa deyir:
-A kişi, sən fit çaldı…..n?
Güzgüdəki arvad imiş
Hacı dayının arvadı güzgü haqqında eşitmişdi, amma görməmişdi.
Ərinin bir neçə dəfə güzgüyə baxıb, sonra da gizlətdiyini görən arvad imkan axtarırdı ki, həmin güzgünü ələ keçirib özü də baxsın.
Günlərin bir günü kişi biçinə gedir. Fürsətdən istifadə edən arvad ehmalca güzgünü götürüb baxır və təəccüblə öz – özünə deyir:
-Ba, a başı batmış! Mən də elə bilirdim ki, kişi öznə baxır, güzgüdəki arvad imiş.
Çox yaşamağın sirri
Hacı dayıdan üzün ömür sürməyinin sirrini soruşduqda belə deyərdi:
– Mən həmişə çalışmışam ki, arvadın nəfəsi boynumun kökünə dəyməsin.
Peşə iştiqaməti
Hacı dayıdan uşaqlarına neçə peşə öyrətməsinin sirlərini soruşurlar.
O deyir:
– Çağanın qulağına təzə pulu yaxınlaşdırıb şaqqıldadıram. Əyəm uşax başını pul tərəfər çöörürsə, dimax bunnan yaxşı tacir çıxasıdı, yox əyəm başını tərpətməsə, yəqin ki, başqa sənətə gediciyh.
Hacı dayı və müfəttiş
Hacı dayı satıcı işləyirdi. Yoxlamaya gəlmiş müfəttiş yola duşərkən hacı dayı məcburən onun cubinə pul basır. Müfəttiş dillənir:
-Hacı dayı, incimədin ki? Biz də Bakıya qayıdanda əlimizə baxırlar, umurlar. Yoxsa pulu heç götürməzdim də.
-Hacı dayı əlini müfəttişin kurəyinə vuraraq deyir:
-Ay cənnətliyin oğlu, elə şeyin fikrini eləmə, hayındı elə billəm it apardı.
Başo yiyim!
Baba və nənələr nəvələrini çox sevirlər. Bu barədə çox deyilmiş, çox yazılmışdır. Şəkililər belə deyirlər: “Övlad fındığın qabığıdırsa, nəvə ləpəsidir”.
Nəvəsinin həddindən çox babadan biri onu oxşaya- oxşaya deyir:
– Sənin ağzo yiyim! Gözo yiyim!Burno yiyim!Yanaxlaro, qaşlaro yiyim! Yerişo – duruşo yeyim!
Nəvazişdən xoşallanan nəvə babasına:
-Ay baba, mən də sənin başoo yiyim,-deyir?
İki eşşəyin yükü
Bir gün xan, oğlu və nökər birlikdə piyada yaylağa yola düşürlər. Yol çox yoxuş olduğundan xan öz paltosunu nökərə verir ki, aparsın. Bir az getdikdən sonra xanın oğlu atasına deyir ki, nökərə tapşırın mənim də paltomu götürsün, apara bilmirəm. Beləliklə, nökər iki adamın paltosunu zorla aparır. Xan nökərə baxıb oğluna deyir:
– Ay oğul, sən bir paltonu apara bilmədin, ancaq nökər bir eşşəyin yükünü aparır.
Hazırcavab nökər xana deyir:
– Ağa sağ olsun, mən bir eşşəyin yox, iki eşşəyin yükünü aparıram.
Qoy ağlıyım
Ata bir dəfə uşağını döyür. Uşaq bir himə bənd imiş kimi başlayır hönkürtü ilə ağlamağa. Bu vaxt qapı döyülür. Ata çalışır ki, uşaqı sakitləşdirsin, dil tökür:
– A bala, bəsdir! Ə, kiri! Gələn var əso kəs!
Uşaq ağlaya –ağlaya:
– Ay dədə, zəhmət çəkif vurmusan, heç olmasa qoy doyunca ağlayım da…
Çoxbilmiş uşaq
Uzqa keçmişin söhbətidir. Şəkililərin müdrik və hazircavab olduqlarını eşidən bir əcnəbi yolunu şəkiyə salır. O, şəhərin girəcəyində rastlaşdığı bir oğlan uşağının qızıl onluqla oynadıqını görür. Yaxınlaşıb təklif edir ki, qızılı ona versin. Uşaq əcnəbiyə deyir ki, üç dəfə anqırsa, onluğu ona verər. Əcnəbi üç dəfə anqırır və əlini uzadıb qızıl onluqu istəyir. Uşaq deyir:
– Nətəri olur ki, sən eşşək ola-ola qızılın nə olduğunu qanıran, amma mən qanmıram?
Xaricdə olubsanmı
Qaxda yaşayan şəkili işə girmək üçün ərizə verir. Rəis onu qəbul edib, əməlli-başlı sorğu-suala çəkir. Axırda soruşur:
– De görüm xaricdə yaşamısan mı?
Şəkili ciddi şəkildə cavab verir:
-Xaricdə? Bəli, yeddi yaşına qədər Şəkidə yaşamışam.
Adı heylədi
Bir şəkili kişi Bakıya gedir və basabasla avtobusa minir və qapının axırıncı pilləsində dayanır. Yuxarı pillədə dayanmış kök bir qadının arxa hissəsi onun sifətini möhkəmcə qapıya sıxır. O tıncıxır və deyir:
– Ay bacı, hayindi…….. o yana elə boğuluram.
Qadın:
– “Çuşkə”nin biri “çuşkə”, mərifətli danış!- deyir.
Şəkili deyir:
-Ay bacı, hayindi mən nə didim ki? Adı heylədi, gül olseydi, gül diyərdim.
Kurort bizə gəldi
Həddindən artıq kökəlmiş bir arvad arıqlamaq üçün kurorta getməyə hazırlaşır. Qonaq gələn qohumlardan biri kök arvada məsləhət verir ki, əvvəlcə oğlunu evləndirsin, gəlin gətirsin, sonra isə kurorta gedər. Kök arvad qonağa qulaq asır, oğlunu evləndirir.
Bir neçə aydan sonra məsləhət verən qadın kök qadıngilə gəlir, onun bərk arıqladığını görərək mənalı sörüşür:
– Kurorta getdinmi, yaman arıqlamısan?
Kök qadın köksünü ötürərək:
– Yox, krorta gedə bilmədim, kurort bizə gəldi,- deyə cavab verir.

Qeyd: Lətifələr İnternetdən götürülmüşdür