Görkəmli şəxslərin həyatından


***Meksikalı rəssam Frida Kahlo (6 iyul 1907-13 iyul 1954) müasir mədəniyyətin ən diqqətəlayiq simalarından biridir. Gənc yaşlarında poliomielit xəstəliyinə tutuldu və bu, sağ ayağının inkişaf etməməsinə səbəb oldu – sonradan məşhur rəngli ətəkləri ilə gizlətdiyi qüsur. On il sonra, Meksikanın nüfuzlu Hazırlıq məktəbində cəmi otuz beş qadın tələbədən biri olaraq, o, ciddi yol qəzasına düşdü və nəticədə mədəsini və uşaqlığını deşən dəmir çubuq tərəfindən çoxsaylı bədən sınıqları və daxili zədələnmələr baş verdi. Tam bədən gipsində sağalması üçün üç ay çəkdi və nəticədə yenidən yeriməyə başlasa da, ömrünün qalan hissəsini tez-tez şiddətli ağrıların təkrarlanması ilə mübarizə apardı və otuzdan çox əməliyyat da daxil olmaqla tez-tez xəstəxanaya baş çəkdi. Yataqda olarkən özünü məşğul etmək üçün Kahlo rəssamlıqda ilk addımlarını atdı – daha sonra müasir incəsənətin ən nüfuzlu rəssamlarından birinə çevrildi.
Qəzadan iki il sonra, 1927-ci ildə o, əsərlərinə heyran qaldığı və onun müəllimi olduğu rəssam Dieqo Rivera ilə tanış oldu. 1929-cu ildə, anasının səsli etirazlarına baxmayaraq, Frida və Dieqo evləndilər və incəsənət tarixinin ən qalmaqallı evliliklərindən biri başladı. Hər ikisinin bir çox münasibətləri var idi, bunlardan ən diqqətəlayiqləri biseksual Kahlo üçün fransız müğənnisi, rəqqasəsi və aktrisası Jozefina Beyker və rus marksist nəzəriyyəçisi Leon Trotski ilə idi. Buna baxmayaraq, onun Dieqo ilə əlaqəsi transsendental ehtiras və böyük sevgi ilə bağlı idi.
Kahlonun Riveraya yazdığı sevgi məktubları, “Frida Kahlonun Gündəliyi: İntim Avtoportret”də (ictimai kitabxana) tapılmış və iyirmi yeddi illik münasibətləri boyunca uzanan, ikisinin paylaşdığı dərin və davamlı əlaqəni, bütün məhəbbətin dolu olduğu duyğu qazanı ilə dolu olan coşğun bir əlaqəni göstərir: sevinc, əzab, sədaqət, arzu, həsrət, sevinc. Nəfəssiz intensivliklərində, onlar Corciya O’Kif və Alfred Stieglitz, Anais Nin və Henri Miller, eləcə də Virciniya Vulf və Vita Sakvil-Uest arasında yazılan sevgi məktubları ilə eyni stratosferdə uçurlar.

Məktub
“Pis günlərimdə yanımda olmadığın üçün səndən əlimi üzdüm.
Problemlərin olduğunda (bu problemləri bildiyim halda incimiş olsam belə) mənə bildirmədiyin, açıq danışmadığın üçün səndən əlimi üzdüm.
Mənə yalan danışdığın üçün səndən əlimi üzdüm.
Gözlərimə əvvəlki kimi baxmadigini hiss etdiyim və mənə söyləməli bir çox şey olduğu halda susduğun üçün səndən əlimi üzdüm.
Səhərlər mənimlə oyanmaq istəmədiyini, gələcəyimizin heç bir yerə getmədiyini gördüyüm üçün səndən əlimi üzdüm.
Düşüncələrimə və dəyərlərimə dəyər vermədiyin üçün səndən əlimi üzdüm.
Ağrılarımı sakitləşdirəcək sevgini mənə vermədiyin üçün səndən əlimi üzdüm.
Yalnız öz xoşbəxtliyini və gələcəyini düşünərək məni heçə saydığın üçün səndən əlimi üzdüm.
Rəsmlərimdə artıq özümü xoşbəxt çəkə bilmədiyim üçün və bunun səbəbi sən olduğun üçün səndən əlimi üzdüm.
Özündən müştəbeh olduğun üçün səndən əlimi üzdüm.
Bu səbəblərdən biri və ya bir neçəsi səndən əlimi üzməyim üçün əsas deyildi, çünki sevgim çox uca idi.
Amma bu səbəbləri analiz etdiyimdə sənin məndən əlini çoxdan üzdüyünü anladım.
Buna görə mən də səndən əlimi üzdüm”.

Mənbə : İnternet