Görkəmli şəxslərin həyatından


~ Makedoniyalı İsgəndərin müəllimi, məşhur filosof Aristotel İsgəndərin vəfatından sonra dinə qarşı cinayətlərdə təqsirləndirilərək təqiblərdən qurtarmaq üçün Evbey adasına qaçmış və adada mədə xəstəliyinə tutularaq vəfat etmişdir.
~ Bizim e.ə 270-ci ildə yunan şairi Piletos yuxusuzluqdan dünyasını dəyişib.
~ Bizim e.ə 207-ci ildə Yunan filosofu Xrisipp gülməkdən dünyasını dəyişib.
~ Bəzi qədim araşdırmaçılara görə qədim yunan filosofları Pifaqor və Demokrit də özlərini aclığa məhkum edərək ac-susuz qalmaqla intihar etmişlər.
~Milli mətbuatımızın banisi Həsən bəy Zərdabi 1907-ci ildə vəfat etdikdən sonra Bibiheybət məscidi yanında dəfn edilmişdi. 1937-ci ildə Bibiheybət məscidi və ətrafı dağıdıldığı üçün Zərdabinin sümükləri çıxarılaraq bir meddət evində ailəsi tərəfindən saxlanılmış, ölümündən 50 il sonra 1957-ci ildə sümükləri Fəxri Xiyabanda dəfn edilmişdi.
~ Böyük rus yazıçısı Nikolay Vasilyeviç Qoqol ömür böyu şizofreniyadan əziyyət çəkib. Psixi narahatlığı ona vaxtaşırı əziyyət verirmiş. Qoqol qidaların ziyanından çox qorxduğu üçün tədricən yeməklərdən imtina edir və sürətlə arıqlayır. Onun ölümünün səbəblərindən biri də həddən qrtıq arıqlaması olub.
~ 16-cı yüzilliyin görkəmli alimi və filosofu Frensis Bekon pəncərədən qar fırtınasını izləyərkən qəflətən ağlına toyuğu qarda dondurmaq istəyi düşür və bunu təcrübədən keçirmək üçün toyuğu qarda dondurmağa başlayır. Nəticədə, toyuqla bərabər Bekon özü də donaraq dünyasını dəyişir.
~ Rəvayətə görə, Atilla toy gecəsi burnundan açılan qanaxma səbəbindən öz qanında boğularaq vəfar edib. Məzarı Dunay çayının altındadır. Dəfn edilən zaman Dunay çayının məcrası dəyişdirilərək Atillanı çayın içində dəfn edirlər və çayın məcrasını yenidən əvvəlki vəziyyətinə qaytarırlar.
~İsveç yazıçısı Nobel mükafatçısı Harri Martirson 72 yaşında 1978-ci ildə özünə qəsd edib. Ədəbi tənqidçilər onu həddən artıq tənqid etdiklərinə görə psixoloji durumunda kəskin fəsadlar yarandığından Martinson xəstəxanada cərraf qayçısı ilə özünə xəsarət yetirərək intihar edib.
~ ABŞ tarixinin yeganə iki müddətdən artıq seçilən prezidenti Franklin Ruzveltin ölüm səbəbi indiyə kimi açılmamış qalır. Ağ evdə rəssam qarşısında oturub portretini çəkdirən zaman halı pisləçən Ruzvelt iki saat sonra xəstəxanada vəfat edib. Meyitin yarılmasına icazə verilməyib və dəfindən əvvəl vida mərasimi zamanı da meyit ustü açıq tabutda deyil, hətta Ruzveltlə vida mərasimi də ağzı qapalı tabutda keçirilib.
~ Nobel mükafarçısı Ernest Heminduey 60 yaşından sonra hər şeyin boş olduğuna dair fikirlər söyləməyə başlayıb və 62 yaşında eyniylə babası və atası kimi özünü ov tüfəngi ilə vuraraq intihar edib.
~ Dünya şöhrətli yazıçı Cek Londonun ölümü bu günə kimi mübahisəli hesab edilir. Ömrünün sonlarına yaxın onun depressiya keçirdiyi tanışlarının hər birinə məlum idi. Onun ölüm tarixçəsində yuxu sindromu qeyd edilsə də, şahidlər Cek Londonun yüksək dozada morfi qəbul edərək intihar etdiyini güman edirlər.
~ 1932-ci ildə xalq mahnılarımızı nota köçürmək üçün istedadlı gənc bəstəkarımız Asəf Zeynallı Qarabağa gedir. Səfər zamanı müəmmalı vəziyyətdə qarın yatalağına tutulur. Həmin zamanlarda bu xəstəlik çox da qorxulu sayılmırdı və müalicəsi mümkün olduğu halda, amma qısa müddət ərzində Asəf Zeynallı yatalaqdan dünyasını dəyişir.
~ Rus şairi Sergey Yesenin damarını kəsərək öz qanı ilə dostu V.Mayakovskiyə həsr etdiyi “Əlvida dost, əlvida” şeirini yazaraq intihar edib. Bir müddət bu hadisənin təsiri altında olan V.Mayakovski də 5 il sonra özünü odlu silahla vuraraq intihar edib.
~ Məşhur alman bəstəkarı Robert Şuman intihar etmək üçün dəfələrlə özünü çaya atıb, lakin xanımının və dostlarının sayıqlığı sayəsində sağ qalıb. Sonuncu intifar zamanı isə hamının gözündən yayınaraq özünü çaya atmış və boğularaq ölmüşdü.
~Bəzi araşdırmaçılar Lev Tolstoyun da intihar etdiyini düşünürlər. Ömrünün sonlarında Tolstoy Marksizm ideologiyasından təsirlənərək mal-mülkünü, torpaq sahələrini kasıblara paylayır və bu səbəbdən ailəsində böyük qalmaqal yaranır. Dünya şöhrətli yazıçı küsərək 82 yaşında, çovğunlu bir qış günündə evdən çıxır və üç gün sonra donub ölmüş vəziyyətdə meyiti tapılır. Həkimlər ona sətəlcəmdən ölmüb diaqnozu qoyurlar.
~ Dahi rəssam Van Qoqun da psixologiyasında ciddi problemlər yaşanırdı deyə həddə artıq içkidən istifadə edirdi. Bu depressiyadan qurtula bilməyən Van Qoq özünü güllə ilə başından vuraraq intihar etmişdi.
~ Dil xərçənginə tutulan böyük sənətkarımız, aktyor və rejissor Şahmar Ələkbərov Almaniyada müalicə alıb qayıtdıqdan sonra Bakıda xəstəxanada nəfəs aparatına qoşulduğu vaxt deyilənlərə görə özünə və ailəsinə artıq əziyyətlər verməmək üçün gecə nəfəs aparatının hava borusunu özündən ayıraraq vəfat etmişdir.
~ 1962-ci ildə dünya şöhrətli Hollivud ulduzu Merilin Monronun meyiti öz yataq otağında aşkar edilmişdi. İlkin araşdırmalardan aydın olub ki, Merilin Monro yüksək dozada həblər qəbul edərək intihar edib. İntiharın səbəbi isə indiyə qədər sirr olaraq açıqlanmamış qalır.
~ 1850-ci ildə Zakari Teylor (ABŞ 12-ci prezidenti) 4 iyulda hava çox isti olduğundan dondurma yeməkdən dünyasını dəyişib.
~ Məşhur tənqidçi Aleksandr Uollcott 1943-cü ildə Hitler haqqında danışarkən infaktdan dünyasını dəyişib.
~ Məhşur aktyor Brus Li-nin oğlu Brandon Li kino atası kimi , qeyri -adi şəraitdə dünyasını dəyişib. O, 1993-cü ildə çəkilişində ölüb: döyüş səhnəsi çəkilərkən tapançadakı boş mərmilərin içində gizlənən həqiqi mərmi onun ölümünə səbəb olub.
~ 2003-cü ildə məhşur Zooloq Timati Tredvell 30 il əhilləşdirərək saxladığı ayı tərəfindən parçalanaraq yeyilmişdir.
Toplayanı: Şəms Rzazadə




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.