Təbiət – yaşıl sipərimiz

Zəmzəm suyu İslamda ən müqəddəs sudur və Məkkədəki Böyük Məsciddə yerləşən Zəmzəm quyusundan çıxarılır. İslam mənbələrinə görə, bu quyu min illər əvvəl Cəbrayıl mələyi tərəfindən Həcər peyğəmbərə və onun oğlu İsmayıla vəhy edilmişdir.

Zəm-zəm suyu Məkkədə yerləşən Kəbənin yaxınlığındakı müqəddəs bir quyudan çıxan sudur. İslamda İbrahim peyğəmbərin möcüzəvi dirilik suyu kimi bilinir, minerallarla zəngindir, susuzluğu aradan qaldırır, aclığı doydurur, şəfa verir və zəvvarlar tərəfindən Ümrə və Həcc ziyarəti zamanı içilir, Xəvvrlar özləri ilə bu sudan yaxınlarına pay gətirməyi ən böyük savablardan biri kimi düşünürlər. “Zəm-zəm” sözü ərəbcə “dayan” mənasını verən “zome” sözündən yaranmışdır. Əsrlər boyu haqqında danışılan, ölümsüzlüyün sirri hesab olunan zəm-zəm suyu Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən araşdırılıb
Mənşəyi
Məkkədəki Məscidül-həramda, Kəbədən 20 metr şərqdə yerləşir. Bu su dənizdən 80 kilometr uzaqlıqda yerləşir. Ətrafında heç bir başqa su quyusu yoxdur. Quyunun dərinliyi 30 m, diametri 1,08 metrlə 2,66 metr arasında dəyişir. Su quyusu saniyədə 8000 litr, dəqiqədə 480.000 litr, saatda 28.8 milyon litr və 24 saatda 691.2 milyon litr su vurur. Bu quyuda iki möcüzə var: biri su çatışmazlığını dərhal aradan qaldırması, digəri isə bu quyudakı suyun israf olmamasıdır. İllər ərzində suyun səviyyəsində heç bir azalma müşahidə olunmur. Maraqlı olan da budur ki, bu quyu son 24 saatlıq istehlakını on bir dəqiqəyə doldurur.
Zəmzəm suyu təkcə insanın susuzluğunu yatırmaqla yanaşı, həm də insanı tox saxlayır, ona görə də bir insanın uzun müddət kifayət qədər qidası yoxdursa, yalnız Zəmzəm suyundan istifadə edə bilər.
İçilən suyun bir anda aclıq hissini aradan qaldırması elm adamları tərəfindən izah oluna bilmir. Suyun qəribə tamı olduğunu iddia edən alimlər bu qəribə dadın hardan qaynaqlandığını tapa bilmirlər.
İslam inanclarına görə, Allah tərəfindən Həzrəti İbrahim peyğəmbərin oğlu İsmayılın susuzluğunu ödəmək üçün yaradılmışdır.
Xüsusiyyətləri
Tədqiqatlar göstərir ki, bu su adi su ilə müqayisədə Kalsium, maqnezium, flüorid kimi faydalı minerallarla zəngindir. Masaru Emoto adlı yapon tədqiqatçısı Zəmzəm suyu üzərində belə bir araşdırma aparıb.
1 – Zəmzəm suyunun keyfiyyəti və xüsusiyyətləri dünyanın heç bir suyunda yoxdur.
2 – O, NANO adlı yeni bir texnologiyada sübut edib ki, əgər 1000 litr adi suya bir damla Zəmzəm suyu tökülərsə, adi su Zəmzəm suyunun xüsusiyyətlərini özündə birləşdirəcək.

Faydaları
Təmiz, saf və fərqli mineralları səbəbindən xüsusi bir dadı var. Bədəni zəhərlərdən təmizləyir.
Həzm sistemini yaxşılaşdırır.
İmmuniteti gücləndirir.
Göz xəstəliklərinə faydalı olduğu düşünülür.

Mənbə : İnternet

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!