Görkəmli şəxslərin həyatından

Frans Kafka realizm ilə fantastika elementlərini birləşdirmiş məşhur yalman-yəhudi yazıçısıdırş O, 3 iyul 1883-cü ildə Praqada anadan olub. Hüquq təhsili almış və sığorta şirkətində işləmişdir.
Atası ilə çətin münasibətləri olub ki, bu da əsərlərində əks olunub. Həyatı boyu müxtəlif sağlamlıq problemlərindən əziyyət çəkib.
3 iyun 1924-cü ildə 40 yaşında ikən Berlində vərəmdən vəfat edib. Bütün əsərlərinin yandırılmasını vəsiyyət edb, lakin yaxın dostu Maks Brod bu istəyi yerinə yetirmədi və əsərlərini nəşr etdirərək ədəbi dünyaya təqdim etmişdir.
Əsərlərinin əksəriyyəti ölümündən sonra dostu Maks Brod tərəfindən nəşr olunmuşdur. Ən məşhur əsərləri arasında “Metamorfoz”, “Məhkəmə” və yarımçıq qalmış “Qəsr” əsərləri var.

Dahi yazıçı Kafka həyatının son dövründə Berlinə köçür. Berlində o, Dora Diamant adlı 19-20 yaşlı qadınla bir yerdə yaşayır. Bir gün parkda gəzərkən, balaca bir qız uşağının ağladığını görən Kafka onun niyə ağladığını aydınlaşdırır.
Məlum olur ki, uşaq kuklasını itirib. Bu zaman özündən bir hekayə uyduran Kafka, qıza təsəlli olsun deyə, deyir:
– “Kuklan səfərə çıxıb”.
– “Hardan bilirsən?” deyə qız soruşur.
– “Çünki mənə məktub yazdı”.
– “Məktub səndədir?”
– “Yox, yadımdan çıxıb evdə qoymuşam, amma sabah mütləq gətirəcəm”.
Evə geri dönən Kafka məktubu yazmağa başlayır. Doranın dediklərinə görə, Kafka bütün əsərləri kimi, bu balaca qız üçün yazdığı məktuba da eyni ciddiyətlə yanaşır. Kafka yalan yazmalıdır, amma elə yalan ki, balaca qız inansın.
Sabahısı yenidən parka gedən Kafka, məktubu qıza göstərir və onu qız üçün oxumağa başlayır. “Kuklan getdiyi üçün çox məyusdur, amma eyni insanlarla yaşamaqdan bezdiyi üçün səfərə çıxıb. Dünyanı görmək, yeni dostlar qazanmaq istəyir. Balaca qızı sevmədiyi üçün yox, sadəcə, çevrəsini dəyişdirmək üçün gedib. Buna görə bir müddət ayrı qalmağa məcburdular. Amma hər gün məktub yazıb, nələr etdiyini xəbər verəcək.”
Və beləcə, 20-ci sərin ən böyük yazıçılarından biri, düz üç həftə heç tanımadığı, bilmədiyi, kuklasın itirən qız uşağı üçün məktublar yazmağa başlayır. Həyatının sonuna gəldiyi üçün, son dərəcə dəyərli vaxtını bu qıza ayırır. Kafkanın yoldaşının dediyinə görə, bütün bu məktublar, məzəli, inandırıcı, qüsursuz olub. Üç həftə boyunca yazdığı məktublarında, Kafka kuklanı böyüdür, evləndirir, ona uşaqlar doğdurur. Gün gəlir Kafka ilə balaca qız sonuncu dəfə görüşür. Kafka son görüşündə balaca qıza başqa bir gəlincik gətirir. Balaca qız əslində çox fərqli olan oyuncağa təəccüblə baxır. Gəlinciyə ilişdirilmiş bir kağız balaca qızın təəcübünü dağıdır:
“Səyahətim məni çox dəyişdirdi.”
Uzun illər sonra, artıq gənc olan həmin balaca qız, göz bəbəyi kimi baxdığı oyuncağının gözündən qaçırdığı çartlağının içinə basılmış bir məktub tapır. Məktubda qısa olaraq belə yazılmışdı:
“Sevdiyin hər şeyi tez və ya gec itirəcəksən, amma axırda sevgi başqa bir surətdə geri dönəcək”…

Mənbə : İnternet

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!