Sərbəst səhifə
Beynəlxalq Qucaqlaşma Günü hər il 21 yanvarda qeyd olunur və məqsədi insanları bir-birlərinə sevgi və məhəbbət göstərmək üçün qucaqlaşmaqla ailələrinə və dostlarına daha çox sevgi ifadə etməyə təşviq etməkdir. Bu gün 1986-cı ildə ABŞ-da Kevin Zaborne tərəfindən təsis edilib və sonra qlobal bir hadisəyə çevrilib.


Ənənəyə əsasən bu gün hər kəs, hətta bir-birlərini tanımayan insanlar belə bir-biriləri ilə dostca qucaqlaşır. Gənc olmasına baxmayaraq bu günün kim tərəfindən yaradıldığı, yaranma səbəbi və niyə məhz bu tarixin seçilməsi məlum deyil.
Qeyri-rəsmi məlumatlara görə bu gün tələbələr tərəfindən təsis olunub. Məhz bu gün gənc oğlan və qızlar heç bir səbəb olmadan bir-biriləri ilə qucaqlaşır, müxtəlif fleşmoblar təşkil edirlər.
Psixoloqların fikrincə qucaqlaşmağa cəhd edən insanlar daha çox sevgi, rahatlıq və təhlükəsizlik hissinə ehtiyac duyurlar.
Bayramlaşarkən sizə yaxın insanlarla qucaqlaşmağı unutmayın, bununla onların sizə nə qədər əziz olduqlarını və onlara qarşı hiss etdiyiniz səmimi hissləri sevdiklərinizə xatırlatmış olarsınız.









Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.