Etiket və nəzakət qaydaları

İnsan yem dalınca qaçmasın gərək,
Quşdan ayıq olsun, zirəkdən zirək.
Çalış öz xalqının işinə yara,
Geysin əməlindən dünya zərxara.
Nizami Gəncəvi
Bir yaşlı professor mühazirəsinə başlamazdan əvvəl yazı lövhəsinə belə bir sual yazdırır:
-Əgər bilsəniz ki, həyatınıza bir il qalıb, nə edərdiniz?
Tələbələr bir-birindən gözəl niyyətlər yazırlar.
– Səyahət edərdim.
– Valideynlərimi hər gün öpərdim.
– Heç kimin qəlbinə toxunacaq söz işlətmzdim.
– Ürəyim istəyəni yeyərdim.
– Kasıblara əl tutardım və sair.
Professor hamısını nəzərdən keçirərək deyir:
– Bəs niyə o bir ili gözləyək, məgər hər gün bunları edə bilmərikmi?
Bu ibrətamiz hekayətə uyğun olaraq zərxara geyinmək istəyirsinizsə, həyatınızda, gündəlik davranışlarınızda bunları edin:

~ Öncə dinləyin, sonra danışın. ~ Açmısınızsa, bağlayın.
~ Yandırmısınızsa, söndürün.
~ Çirkləndirmisinizsə, təmizləyin.
~ Dağıtmısınızsa, yığın.
~ Borclusunuzsa, ödəyin.
~ Vəd etmisinizsə, yerinə yetirin.
~ Bilmirsinizsə, şərh verməyin.
~ Şərh etmisinizsə, məsuliyyəti öz üzərinizə götürün.
~ Sizə məxsus olmayan bir şeyi istifadə etməlisinizsə, sahibindən soruşun.
~ Necə işlədiyini bilmirsinizsə, ona toxunmayın.
~ Sındırmısınızsa, təmir edin.
~ Necə təmir edəcəyinizi bilmirsinizsə, bilən birini tapın.
~ Daha yaxşısını edə bilmirsinizsə, tənqid etməyin.
~ Kömək edə bilmirsinizsə, narahat olmayın.
~ Kiminsə xətrinə dəymisinizsə, üzr istəyin.
~ Nə deyəcəyinizi bilmirsinizsə, ağzınızı açmayın.
~ Əgər bu sizə aid deyilsə, burnunuzu soxmayın.
~ Əgər hansısa bir şey sizin deyilsə, toxunmayın.
~ Əgər pulsuzdursa, israf etməyin.
~ Əgər faydalıdırsa, ona yaxşı davranın.
~ İstədiyiniziolmursa, olanı istəyin.
~ Əgər bu, sizə mane olursa, demək, başqalarını da narahat edəcək, qarşısını alın.
~ Əgər mehriban ola bilirsinizsə, mehriban olun; çünki bu həmişə mümkündür.
~ Əgər məsuliyyətli ola bilirsinizsə, məsuliyyətli olun; çünki bu həmişə mümkündür.
~ Əgər minnətdar ola bilirsinizsə, minnətdar olun; çünki bu həmişə mümkündür.
~Əgər yaxşılıq edə bilirsinizsə, yaxşılıq edin, çünki bu həmişə mümkündür.
