Tarixdə bu gün
İlin 98-ci (uzun illərdə 99-cu) günü.
Mühüm hadisələr:
1992 – Ermənistan Silahlı Qüvvələri Ağdaban soyqırımını törətmişlər.
Doğum günləri:


1955 — Həkim-alim, ictimai xadim, tibb elmləri doktoru, professor, Rusiya Federasiyası dövlət mükafatı laureatı. Ümumrusiya Azərbaycanlılar Konqresinin ilk ]prezidenti Məmmədbağır Cavad oğlu Əliyev 1955-ci ildə Kurqan-Tübə şəhərində doğulmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir.
Məmmədbağır Əliyev 1979-1991-ci illərdə M.Əliyev xəstəxana və onkoloji mərkəzlərdə həkim işləmişdir. 1992-ci ildə Rusiya TEA-nın Onkoloji Mərkəzində doktorluq müdafiə edərək burada hərəkət dayaq aparatının şişləri şöbəsində aparıcı mütəxəssis kimi işləməyə başlamışdır.
Elmi tədqiqatları hərəkət dayaq aparatında radikal müalicə aparılmış xəstələrdə sonrakı reabilitasiya ilə bağlıdır. 2000-ci ildə dövlət mükafatına layiq görülmüşdür.
2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Məmmədbağır Cavad oğlu Əliyevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında” Sərəncam imzalamışdır.
150-dən artıq elmi işin, iki monoqrafiyanın bir sıra səmərələşdirici təkliflərin müəllifidir.
Rəhbərliyi altında bir çox elmlər namizədi və doktor yetişmişdir.
M. Əliyev bir sıra beynəlxalq elmi-tibbi cəmiyyətlərin üzvüdür.

1959 – Aktrisa Şərifova Xalidə Xəlil qızı Şamaxı şəhərində anadan olmuşdur.
1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakultəsini bitirmişdir. O, 1973 – cü ildə Lənkəran Dövlət Teatrında aktrisa kimi fəaliyyətə başlamış və teatrın səhnəsində S.Vurğun “Fərhad və Şirin”də Şirin, “Vaqif” də Gülnar, C.Məmmədquluzadə “Ölülər”də Nazlı, H.Cavid “Topal Teymur” da Olqa və s.obrazlar yaratmışdır.
Şərifova Xalidə 1994-cü ildən 2001-ci ilə qədər Akademik Milli Dram Teatrında çalışmışdır. O, teatrın səhnəsində N.Hacızadə “Məhəbbət yaşadır” da Nilufər, D.Aslan “Dindirir əsr bizi”ndə Sabah, İ.Əfəndiyevin “Hökmdar və qızı”nda Haykanuş, S.Vurğunun “Fərhad və Şirin”ində Şirinin rəfiqəsi, Ç.Aytmatov “Sokratı anma gecəsi”ndə Kədər, Hidayət “Bu dünyanın adamları”nda Sevər kimi xarakterik rollar oynamışdır.
Hazırda Gənc Tamaşaçılar Teatrının aktrisasıdır.

1987— Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi şəhidi Rəşad Asif oğlu Məmmədov Bakı şəhərində anadan olub. 1994 – cü ildə 116 nömrəli tam orta məktəbdə təhsilə başlamışdır, 2004-cü ildən təhsilini 14 nömrəli Peşə liseyində davam etdirmişdir. 2006-cı ildə həmin liseydən məzun olmuşdur.
Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi şəhidi ində davam etdirmişdir. 2006-cı ildə həmin liseydən məzun olmuşdur.
Erməni təcavüzkarlarının torpaqlarımıza xaincəsinə basqını zamanı Rəşad da silaha sarılanlardan biri oldu. Qubadlı , Füzuli , Şuşa uğrunda döyüşlərdə qəhrəmanlıqlar göstərmiş, Qubadlı uğrunda döyüşlərdə yaralanmışdır, 6 noyabr 2020-ci ildə Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə komandiri olduğu “döyüş maşını”nın şəxsi heyəti ilə birlikdə şəhid olmuşdur.
Əhmədli qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı, 24 iyun 2021-ci il tarixli sərəncamı ilə “Cəsur döyüşçü” medalı, 24 iyun 2021-ci il tarixli sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

1995 — Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının əsgəri, Vətən müharibəsi şəhidi Ceyhun Aqil oğlu Nüsrətli Beyləqanda doğulub.
Ceyhunun ailəsi Füzuli rayonunun Dilağarda kəndindəndir. Füzuli işğal olunandan sonra ailə bir müddət Beyləqandakı Xocavənd qəsəbəsində məskunlaşıblar. 2001-ci ildə Füzuli rayon 55 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2012-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib və həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya fakültəsinə qəbul olunub. 2016-cı ildə həmin ali məktəbi bitirib.
Ceyhun 2019-cu ilin oktyabrında hərbi xidmətə yollanıb. Tərxis olmağına 1 gün qalmış Vətən Müharibəsi başlayır. Ağdərə istiqamətində gedən döyüşlərə qatılır. 29 sentyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlər aldığı mərmi zərbələri nəticəsində şəhid olur.
Tələbə yoldaşı Babək Nəzərli şəhid haqqında bunları deyir:
” Hədsiz dərəcədə vətənpərvər idi. Yaxşı səsi vardı, dəfələrlə qrup yoldaşlarını ətrafına toplayıb, vətənə aid mahnılar oxuyardı. Konfranslarda, TGT tədbirlərində aktiv iştirak edirdi. 2 fevral “Gənclər Günü” münasibətilə “Gülüstan” sarayında keçirililən tədbirdə də çox aktiv idi. Çox zəhmətkeş idi. Həm oxuyur, həm də işləyirdi.
Vəfat etmişdir:

2013 — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı. 2013-cü ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub.
Şəhriyar Məmmədov 1988-ci ildə Babək rayonunun Qahab kəndində Bayramqulu və Ceyran Məmmədovların ailəsində anadan olub. Şəhriyar Məmmədov 2006-cı ildə Heydər Əliyev adına Hərbi Liseyi, 2010-cu ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib.
Leytenant Şəhriyar Məmmədov 2013-ci ildə, aprelin 8-i saat 20.00 radələrində Azərbaycan-Ermənistan təmas xəttinin Ağdam rayonu istiqamətində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu.
Aprelin 9-u isə Şəhriyar Məmmədov doğulduğu Babək rayonunun Qahab kəndi son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və leytenant Məmmədov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Şəhriyar Məmmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilmişdir.

2016— Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Yalçın Namiq oğlu Osmanov Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub.
Yalçın Osmanov 1997-ci ildə Qusar rayonunun Köhnə Xudat qazmalar kəndində anadan olubHərbi xidməti
Əsgər Yalçın Osmanov 2016-cı ildə, aprelin 8-i Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. Doğulduğu Qusar rayonunun Köhnə Xudat kəndində dəfn olunub. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb.
Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Osmanov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Bayramlar və xüsusi günlər:
8 aprel 1971-ci ildə London yaxınlığında dünya romanlarına həsr edilmiş ilk beynəlxalq konqresi keçirilmiş və burada problemlərini müzakirə edilmişdir. 1990-cı ildən başlayaraq isə hər il 8 aprel Ümumdünya Qaraçılar Günü olaraq qeyd olunur. Ümumdünya Qaraçılar Günü beynəlxalq səviyyədə tanınmış qaraçı mədəniyyətini təbliğ etmək və qaraçı icmasına qarşı məlumatlılığı artırmaq məqsədi daşıyan xüsusi bir gündür.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.