Ayaq izlərimiz var küçələrində

Nostalji

Bakı

Musiqisi / Music : Cahangir Cahangirov (1921-1992)
Söz / Lyrics : Zeynal Cabbarzadə (1920-1977)

Dilimizin əzbərisən,
Ay elimin, obamın yaraşığı!
Babaların yadigarı,
Gözlərimin işığı!..
Neçə-neçə gün dolanıb,
Ay dolanıb, illər ötüb,
Şərəfini dastan edib,
Nəğmə kimi ellər edib, Bakımız!

Nəqərat:
Balanam, dolanam başına mən!..
Küləyin gur səsimiz,
Torpağın doğma, əziz, (Qucağın doğma, təmiz)
Sən mənimsən!
Bakım, mənim məskənimsən!

Bulud ötər, göy açılar,
Dalğalara cumaraq ağ qağayılar…
Gilavarı meh gətirər,
Sərin olar havalar…
Küçələrin bərli-bəzək,
Hey yaşıl, əlvan şəhərim,
Küçələri nəğməlimin,
Səsli, çıraqban şəhərim, Bakımız!

Buruqların yan-yanadır,
Ay elin dövlətin, şöhrəti-şanı!
Adın ilə fəxr eləyir Azərbaycanım!
Öpə-öpə sahilini göy Xəzərin dalğaları
Ucalır Qız qalası, tarixinin yadigarı, Bakımız!

***

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı