Qadın, ana, ailə dəyərləri

Qadın öz şərəfli vəzifəsi naminə bütün həyatını təkcə uşaq doğmağa həsr etsə belə, o, döyüş meydanında şəhid olan kişidən çox iş görmüş olur…
A.Bebel
Gəlib çıxdıq yenə yazımızın əvvəlində qeyd etdiyimiz kimi, bu yazını hasilə gətirməyimizə səbəb olmuş cinsəllik mövzusunun getdikcə ailə davamlılığı və səadəti üçün əsas amil olduğunu göstərməyə edilən səylərə və izahlara.
Psixoloq xanımın yazımızın əvvəlində qeyd etdiyimiz həmin qalmaqallı açıqlaması ( “https://news.milli.az/society/1010659.html” ) 3 həftə ərzində 21 saytda, bir o qədər də internet kanalında yayımlanıb.
Demək, kifayət qədər insanlara çatdırılıb. Birmənalı qarşılanmasa da, qadın izləyicilər arasında özünə xeyli tərəfdar toplayıb. Bu isə düşünməyə zəmin yaradır ki, yazını bəyənənlər, dolayısı ilə həm də onun daxilindəki mətləbləri də psixoloq dediyi formatda qəbul edirlər. Kişi izləyicilər isə mühafizəkarlıqlarında daha çox qalırlar. Mən də xoşməramlı niyyətlə bu mühafizəkarlıqda qalıram.
Yazıda xəyanətlərin səbəbi kimi cinsəl məmnunsuzluğun , cinsəl uyğunsuzluğun göstərilməsinə münasibətim tam mənfidir.

Əzələn, nə xəyanət edən kişinin saxladığ qadına, nə də qadının saxladığı kişiyə sevgili demək olmaz. Birinci burdan başlandı mənəvi aşınma ki, el dilində vulqar tutumlu aşna (qeyri-rəsmi arvad), yaxud oynaş (kişi) sözlərini insanlara yaşamaq, mübarizə əzmi bəxş edən sevgi, sevgili sözləri ilə eyniləşdirdik. 40-50 il bundan qabaq bir-birlərinə gözlərinin qurdunu öldürmək vasitəsi kimi baxan adamlara “sevgili” yox , elə “aşna”, “oynaş” deyirdilər. Bu iki sözlər ən ağır sözlər idi, belə adamlar hamı kimi el arasına çıxa bilməzdilər, bir-birləri ilə gedib naməlum yerlərdə rastlaşardılar. Onlardan qız almazdıar, qız verməzdlər. Belələri barmaqla sayılacaq qədər az idi , amma var idi. Amma indi belə şəxsləri mətbuat “sevgili” kimi qələmə verirsə, ziyalılarımz belə deyirsə, onlar həmin adamların üzlərindəki abırsızlığı gizlədirlər, qabağına baryer tutub cəmiyyətə təqdim edirlər.
Mən xanım haqqında internetdən bunları öyrəndim ki , gənc, həm də istedadlı alimdir, biologiya üzrə fəlsəfə elmlər doktorudur. Çox aktual mövzu üzərində araşdırmaları var. Ölkəmizdə və xaricdə çoxlu elmi məqalələri dərc olunub. Amma bu yazıdakı mövqeyini birmənalı olaraq bəyənmədim. Siz görmürsünüzmü son onilliklərdə televiziyada, mətbuatda qadın obrazını nə hala salıblar? Bu sosial şəbəkədə mənim çoxlu sayda tələbə yoldaşlarım var, onlar təsdiq edə bilərlər. Bizim bir müəlliməmiz vardı: Nəzirə müəllimə. Gəncliklərində nişanlı olublarmış. Sonra müharibə başlayıb, nişanlısı müharibəyə gedib və qayıtmayıb. Nəzirə xanım son nəfəsinə qədər nişanlısına sadiq qaldı.
20 yanvar faciəsində sevgisi üçün özünü şəhid edən Fərizəmiz həyatını davam edə bilərdi. Amma o, fikirləşdi ki, kimsə 5-10 ildən sonra ona evlilik təklif edə bilər. Buna da imkan vermədi Fərizə.
Eşq olsun belə sevgiyə…

İnsanlar var ki, ancaq müəyyən yaşa çatdıqda el-obanın, valıdeynlərinin təkidi ilə evlənir.
İnsanlar var ki, qapılarına elçi gələn varlı-imkanlı şəxsdirsə, qızlarını görmədən, sevmədən elə ilk gəlişdə “hə” deyirlər. Və yaxud qız imkanlı tərəfin qızıdırsa, bu hesaba rahat yaşamaq üçün həmin qızla tanış olan günün sabahı elçi göndərir, tələm-tələsik özünü həmin qızın valideynləri tərəfindən alınmış evə salır.
İnsanlar var ki, qan qohumluqları var və ya çox mehriban qonşudurlar: uşaqlarını körpəlikdə “beşikkəsmə” edirlər. Əsas məqsəd də bu olur ki, öz qohumluq əlaqələrini daha da bərkitsinlər. Belə qohumluq formasına maraq göstərən valideynlərin bir narahatçılığı da bu olur ki, qızını özgə nəslin nümayəndəsinə verərsə, günü yaxşı olmaya bilər, incidilə bilər, amma öz qan qohumlarından olarsa, heç olmazsa, “ətini yesə də, sümüyünü çölə atmaz”.
Adamlar da var ki, hisslərinə sahib ola bilməyib və yaxud heç bunun fərqində ola bilməyib və bütün hədləri keçiblər. Dərk edəndə isə artıq geç olur. Belə vəziyyətdə oğlan ya bu qızla evlənməlidir, ya da qız tərəfin adamları onu məhkəməyə verib,zorla evlənməyə məcbur edəcəkdilər. Bax, bir qisim də belə ailə qurur. Bu cürə evliliklə ailə quranlar “Qızıl toy”larını edə biləcəkmi, əlbəttə, yox. Heç alüminium toylarını da edə bilməyəcək. Bir ili birtəhər yola verəndən sonra ya öz aralarında razılaşıb ayrılacaqlar, ya da qız tərəf inadkarlıq edib etiraz, oğlan tərəf bunu məhkəmə yolu ilə həll edəcəklər.
Ağanın pulu gedər, muzdurun canı…
Təsadüfi qurulan evliliklərin heç birindən qarşılıqlı etimad və hörmət gözləməyə dəyməz. Bu evliliklərin heç birində sevgili Şirin ola bilməz. Şükriyyə xanım ola bilməz, Fərziyyə xanım ola bilməz və olmayacaq da… Axı aşiq Fərhad kimi Bisütunu çapmayıb, sevdiyinə qaylar arasından süd arxı çəkməyiblər. Çəkə də bilməzlər axı…Şirini sevməyiblər axı.
“Xosrov və Şirin”i oxuyanlar bilir.
“Məhinbanunun Şirinə öyüd verməsi” fəslində, görün bibisi ona necə nəsihət verir:
Cütçü saf tum səpsə, torpağa əgər,
Şübhəsiz torpaqdan saf tum göyərər.
Paк adam gövhəri saxlasa təmiz,
Gövhər də bulaşmaz torpağa hərgiz.
Banu həm ismətli, həm də кübardı.
Xosrovdan, Şirindən xəbəri vardı.
İкi qəlbin fiкri almışdı onu,
Necə yola versin odla odunu?
Şirinə söylədi: “Qızım, bilginən.
Bütün gözəllərin sultanısan sən.
Yüz şahlığa dəyər bir nazın sənin,
Dünyalara dəyər avazın sənin.
Arxanca кölgətəк gəzir səadət,
Sənin bəzəyindir ismət, nəzaкət.
Camalın dünyaya daim nur saçır,
Hüsnün ismətinin pənahındadır.
Qapısı möhürlü xəzinəsən sən,
Xəbərdar deyilsən yaxşıdan, pisdən.
Dünyanın cürbəcür hiylələri var,
Gah yaqutu əzər, gah dürr oğurlar.
Ürəyimə damıb, gələn cahangir
Səninlə qovuşmaq niyyətindədir.
Sənə vurulmuşsa əgər bu Xosrov,
Əlinə düşmüşdür çox gözəl bir ov.
O çox səbrsizdir, sən də yaxşı bax,
Qorxuram кi, sənə qurar bir duzaq.
Şirin dilə tutar, min bir söz deyər,
O şirin halvanı müftəcə yeyər.
Sən rüsvay olarsan, qalarsan belə,
Onun кönlü coşar başqa eşq ilə.
Elə rəftar elə o günəşlə, bax,
Düşmə təndirinə çörəкdən qabaq.
Eşitmişəm: on min gülüzlüsü var –
Şəкər dodaqlılar, zəncir saçlılar.
Açılırsa hər gün o qədər gülü,
Bir gülə bənd olmaz кönül bülbülü.
Bir gövhərdən əgər düşsə uzağa,
Cəhd eyləyər onu satın almağa.
Görsə кi, vəfalı, ismətli qızsan,
Elçi göndərəcəк adətlə, inan.
Adın bu dünyada namuslu qalar,
Olarsan cahanda böyüк höкmdar.
Əgər o aydırsa, biz afitabıq,
O, Кeyxosrov, bizsə Əfrasiyabıq.
Yaraşmaz кişinin dalına düşməк,
Bu sifət qadında olmasın gərəк.
Çox təzətər gülü əldə tutdular,
İyləyib, iyləyib, sonra atdılar.
Çox şərab töкdülər gül qədəhlərə,
Daddılar, sonra da töкdülər yerə.
Bilirsən, baş uca olduğu zaman,
Xoşdur ərə getməк eşqbazlıqdan.”
Şirin bu sözlərə qulaq asırdı,
Sanкi qulağından sırğa asırdı.
Qəlbinə yatırdı bu sözlər yaman,
Onun da кönlündə bu oddu yanan.
Yeddi parlaq göyə and içdi Şirin,
Müqəddəs кitaba eylədi yəmin:
“Gözümdən qanlı yaş töкsə də heyhat,
Olsam, olacağam bir halal arvad.”
Şirinin andını eşitdi Banu,
Qayğı, nigaranlıq tərк etdi onu.
İzn verdi şahla o, rast olanda
Otursun, danışsın evdə, meydanda.
Bir şərtlə gizlində olmasın ülfət,
Camaat içində etsinlər söhbət…
Şahın qabağına çıxartdı peşкəş,
Şabaşdan pay aldı həm ay, həm günəş.
Xosrovu düşürdü elə eyvana,
Кiçiк bir budaqdı Tuba da ona.
Başı buludlarda bir saraydı bu,
İкi meydan qədər eni, həm boyu.
Tapşırıq verərəк çox üzrxaha
Göndərdiyi peşкəş layiqdi şaha.
Peşкəş xəznə verdi şaha o qədər,
Sayını nə qələm, nə dil söyləyər.
Şahın ürəyində olduqca Şirin,
Eşqi Şirin кimi olurdu şirin.
Cütçü saf tum səpsə torpağa əgər,
Şübhəsiz torpaqdan saf tum göyərər.
Paк adam gövhəri saxlasa təmiz,
Gövhər də bulaşmaz torpağa hərgiz.
Banu həm ismətli, həm də кübardı.
Xosrovdan, Şirindən xəbəri vardı…
Şirin də bibisinin nəsihətlərini qulağında sırğa etmiş, şərabın təsirindən ayaq üstə dura bilməyən Xosrova belə də cavab vermişdi: “Olsam, olacağam, halal bir arvad…”
Bunlar hikmətdir. Həyatda ancaq hikmətə tapınan niyyətlər axırda çin olur, sevgilər gül açır. Məsələn, toylarından sonra Şirin Xosrovu eyş-işrətlərə son qoymağa, xalqın, ölkənin qeydinə qalmağa yönəldə bilir və buna nail də olur. Məhz Şirinin təsiri ilə Xosrov əsərin sonunda tamam dəyişir. Ağıllı və ədalətli bir şaha çevrilir. Əsl məhəbbətin, əsl sevgini sayəsində Xosrov yeni bir insana çevrilir.

Şirin ayılıb xəbər tutunca, ürəyində qanlı yaşlar axıdır, fəryad edir. Özünü gecə ikən tənindən ayrılmış canla bütövlənməyə hazırlayır.

Sonra heç kimi duyuq salmadan Xosrovun cənazəsinin saxlanıldığı qəsrə daxil olur. Divsifətli qatil xəncəri Xosrovun harasından vurmuşdusa, Şirin də həmin yerdən xəncəri ürəyinə sancır:

Fikir verin, əvvəldə qanına qəltan ediləndə Xosrov “Mən ölüm, qoy yatsın yorğun mələyim” deyən Şirini oyatmağa əli gəməmişdisə, Şirin də buna kövrəkliyi ilə insan varlığını yerindən oynadan bir əvəz qaytarmışdı.
Şair bu ölümü yüksək dəyərləndirir:
Alqış bu ölümə, əhsən Şirinə,
Öldürən Şirinə, ölən Şirinə.
Məhəbbət yolunda ölüm budur, bax,
Canana belədir canı tapşırmaq.
Bil ki, namərd olmaz hər qadın olan,
Dərd çəkməyən kişi pisdir qadından.
Çox gözəl arvad var – mərdlikdə bir şir,
Çox ipək içində şirlər gizlənir…
Bu Şirindən başqa kimsə dünyada
Özünü özgəyə etməmiş fəda…
Nə yaxşı ki, Şükriyyələrimiz var, Fərizələrimiiz var, “İtə ataram, yada satmaram” demiş Sona xanımımız var. Biz birmənalı olaraq, intiharların əleyhinəyik, amma Fərizənin intiharı yaratdığı assosiativliyə görə, gözümüzdə sədaqət, vəfa nümunəsi kimi ucalır. Erməni işğalının ilk illərində murdarların əlinə keçməmək üçün özünü qayalardan atan qız-gəlinlərimiz olub. Amma erməni qadınları haqqında Marks və Engelsin dediyi məşhur sözlərdən, yəqin ki, sizin də xəbəriniz var.
K.Marks: “Öz arvadlarını yaşamaq və qazanc xatirinə başqa xalqların kişilərinə satan ilk millət erməni milləti olmuşdur”.
F.Engels: “Korinfdə və hətta Hindistan məbədlərində qulluq edən ilk rəqqasə və fahişələr erməni kənizləri olmuşlar”.
Bəlkə də dünyanın heç bir ölkəsində namus, ailə dəyərləri bizim xalqda olduğu qədər həlledici sayılmır. Elə ölkələr var ki, orada evlənmək üçün nikah vacib deyil. Nikahı yerli bələdiyyələrdə rüsum ödəməklə bağlamaq da olur, pozmaq da.
İndi Türk düşməni olan ölkələr bizi belə əcaib ölkələr və xalqlar səviyyəsinə endirmək istəyirlər. Bizim ədəbiyyatımıza, mədəniyyətimizə, adət-ənənələrimizə da basqı bu məqsədlədir.
Bu qədər gərəksiz seriallar, bayağı musiqilər, nəzarətsiz virtual məkan məqsədli şəkildə buna xidmət edir. Mən əlində 70 yaşa çatmaq üzrəyəm. Az yaş deyil ki. Ali təhsilim var, yəni həyata pis-yaxşı nüfuz edə bilirəm. Azərbaycan ailəsi heç vaxt indiki kimi aşınmalara məruz qalmayıb. Nikah pozulmalarının sayı artan xətt üzrə davam etməkdədir. Xarici serialların, bayağı musiqilərin, Qərb həyatının eyforiyasında gənc ailələr çox rahatca ayrılırlar. Dağılan hər bir tifaqda birmənalı olaraq “bir günüh kişinindir, bir günah qadının”. Amma mən başa düşə bilmirəm ki, ailə dağılmalarının səbəbi kimi intim məsələlər niyə bu qədər qabardılmalıdır?)


Qeyd: İlham və Fərizənin şəkli internetdə hamı üçün açıq mənbədən götürülmüşdür.
Davamı var

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.