Maraqlı məlumatlar

Nobel mükafatı (isveç dilində “Nobelpriset” ) – dəyərli elmi tədqiqatlar, inqilabi ixtiralar, mədəniyyətə və ya cəmiyyətin inkişafına edilən zəngin töhfələrə görə verilən nüfuzlu beynəlxalq mükafatdır. Nobel mükafatının mayasını Bakı neftindən gələn gəlir təşkil edir.
Mükafatın təsisçisi məşhur kimyaçı alim, mühəndis, dinamitin ixtiraçısı Alfred Nobel 1833-cü ildə İsveçin Stokholm şəhərində İmmanuel Nobelin ailəsində anadan olmuşdur. Nobellər ailəsi 1837-ci ildə Finlandiyaya, 1842-ci ildə isə Sankt-Peterburqa daşınaraq özünün uğurlu iqtisadi karyera yoluna qədəm qoyduğu zaman, Alfred xüsusi müəllimlər tərəfindən tərbiyə və təhsil alırdı. On yeddi yaşına çatanda Alfred Nobel artıq İsveç, rus, fransız, ingilis, alman dillərində sərbəst şəkildə danışır, fizika və kimya elmləri ilə yanaşı, ingilis ədəbiyyatına və şerə də böyük maraq göstərirdi. Alfred kimya mühəndisliyi sahəsində təhsil almaq üçün İsveç, Almaniya, Fransa və ABŞ-da olur. Bu zaman dövrün məşhur kimyaçıları ilə tanış olur, laboratoriyalarda çalışır, xüsusilə də nitroqliserinlə maraqlanmağa başlayır. 1863-cü ildən etibarən nitroqliserinlə bağlı çalışmalarını Stokholmda davam etdirən Alfred Nobel nitroqliserinin partlayıcı maddə kimi istifadə yollarını araşdırırdı. Araşdırmalar nəticəsində 1864-cü ildə dinamiti kəşf edən Alfred Nobel 1865-ci ildə birinci, 1866-cı ildə isə ikinci fabrikini açır. A.Nobel araşdırmaları davam etdirərək 1877-ci ildə “Balistit” adını verdiyi barıt növünü, 1879-cu ildə isə bərabər miqdarda nitroqliserinlə nitrosellüloz qarışığından ibarət olan daha təsirli dumansız barıtı kəşf etdi.
Alfred Nobel 1896-cı ildə San-Remoda vəfat etdi. O, sahibi olduğu mirasın 33.200.000 kronunu hər il insanlığa xidmət göstərən böyük elmi kəşflərə xərclənməsini vəsiyyət etdi. Nobel mükafatı 27 noyabr 1895-ci ildə Alfred Bernard Nobelin vəsiyyəti əsasında təsis edilmişdir. Alfred Bernard Nobelin ölümündən sonra qalan kapital Nobel fondunu təşkil etmişdir. Həmin kapital və fondun yaranmasında Nobel qardaşları şirkətinin səhmindən əldə edilən gəlir Nobel fondunun çox hissəsini təşkil etmişdir.
Bu mükafatlar fizika, kimya, tibb və ya fiziologiya, ədəbiyyat və sülhə xidmət də daxil olmaqla, ümumilikdə beş sahəni əhatə edəcəkdi. Əvvəllər Nobelin bu vəsiyyəti böyük mübahisə doğursa da, İsveç hökumətinin 1900-cü ildə qurduğu Nobel Cəmiyyətinin xətti ilə mükafatlar 1901-ci ildən başlayaraq hər il müntəzəm olaraq verilməyə başlandı. Bu vəsiyyətdən kənar 1969-cu ildən başlayaraq İsveç Bankının təşəbbüsü ilə Nobel İqtisadiyyat Mükafatı da verilir. Onun təltif qaydası digər sahələrdə olduğu kimidir.
Nobel mükafatları hər il Alfred Nobelin vəfat etdiyi gündə 10 dekabr tarixində verilir. Dünyanın ən nüfuzlu mükafatı hesab olunan Nobel mükafatının əsas hissəsini Alfred Nobelin varidatı təşkil etsə də, mükafatın verilməsində Bakı neftindən əldə olunan gəlirin də müəyyən rolu var (ilk fondun təxminən 10% – “Branobel şirkətinin payına düşür).
İlk “Nobel mükafatı” fizika sahəsində Almaniyalı Vilhelm Konrad Rentgenə təqdim olundu.
31 mart 1889-cu il tarixində – Sankt-Peterburq şəhərində İmperator adına Rusiya Texniki Cəmiyyətinin Lüdviq Nobelin vəfatının ildönümündə keçirilmiş ümumi iclasında qərar verildi ki, ölkənin inkişafına xidmət göstərmiş bu insanın dürüst, ağıllı və enerji dolu həyatını yaddaşlarda xoş xatirə kimi həkk etmək məqsədilə metallurgiya və neft sənayesi sahələrində ən yaxşı iş və tədqiqatlar, habelə bu sahələrdə (ələlxüsus Rusiyanın inkişafı naminə praktiki tətbiq baxımından dəyərli olan) istehsalat texnikasının təkmilləşdirilməsi və ixtiralara görə Lüdviq Nobelin adına mükafat təsis edildi. Bu mükafat 1917-ci ilə kimi Rusiya mühəndis cəmiyyətində ən nüfuzlu mükafatlardan biri olaraq qaldı.
1904-cü ildə isə Bakıda Emanuel Nobelin adını daşıyan mükafat təsis edildi. 1.000 qızıl rubl həcmində olan bu mükafat neftçıxarma sənayesində ən yaxşı işlər və kəşflər üçün təqdim edilirdi.
1909-cu ildə Bakı neft-kimyaçısı V.F.Gerr (1845-1940) “Bakı neftinin fraksiyalarını 500-dən 1600 C-cən, xüsusi çəkisi 1,4-lü azot turşusu ilə oksidləşdirməklə oksalat turşusu sıralarından olan ikiəsaslı yağlı turşuların alınması” elmi işinə görə “Emanuel” mükafatının (E.Nobel adına Bakı mükafatı) ilk laureatı oldu.
1911-ci ildə Moskva Universitetinin professoru A.M.Nestyukov və onun assistenti K.L.Malyarov “Neftin doymamış karbohidrogenlərinin formalinlə buxarlanması ilə maye məhsullarının alınması və xassələri barədə” elmi işinə görə “Emanuel” mükafatının ikinci laureatı oldular.
1914-cü ildə dağ-mədən mühəndisi S.Q.İsakov “Əl ilə idarə olunan dartaylama barabanı və jelonkanın dartaylama çarxma dartılmasını alan alət” elmi-konstruktor işinə görə “Emanuel” mükafatının üçüncü sonuncu laureatı olmuşdur.
İki dəfə Nobel laureatı olmaq olmaz. Bu mükafatın təltif edilməsinin bütün prosedurunu fondun Nizamnaməsinə uyğun olaraq İsveç Kral Elmlər Akademiyası aparırdı.
Nobel qardaşlarının XX əsrin əvvəllərində Bakı nefti sənayesindəki fəaliyyətləri nəticəsində əldə etdikləri böyük kapitalın bu mükafatın təsis edilməsində şübhəsiz mühüm rolu olmuşdur. Bu mənada tam əsasla demək olar ki, indiki Nobel mükafatının mayasını Bakı nefti, Azərbaycan sərvəti təşkil edir.
Nobel mükafatının hal-hazırda məbləği təxminən $1mln. 450 min-ə bərabərdir.
1888-ci ildə hələ sağ ikən qəzetlərin birində Alfred Nobelin ölümü ilə bağlı verilən məlumat ona çox ciddi təsir bağışlamışdı. Mətbuatda onu “qan hesabına milyoncu”, “partlayıcı ölümlə alver edən”, “dinamit kralı” adlandırırdılar. Bütün bunlardan təsirlənən Alfred Nobel insanların yaddaşında mənfi obraz kimi qalmamaq üçün öz sahib olduğu var-dövləti elmin və tərəqqinin inkişafına xərcləməyi lazım bilmişdir.
İqtisadiyyat.- 2011.- 9-15 dekabr.- S. 8.

Görkəmli cərrah, ictimai xadim Mustafa Topçubaşovun 1938-ci ildə cərrahlıq praktikasına təhlükəsiz keyləşdirmə metodu gətirmişdi , efir-yağ narkozunu- Analgezini kəşf etmişdi. 1964-cü ildə bu kəşf A.Vişnevski mükafatına layiq görülmüş, 1977-ci ildə Beynəlxalq Nobel Mükafatı Komitəsi bu kəşflə maraqlanaraq kəşf haqqında məlumat və sənədləri almışlar. Lakin “sapı özümüzdən olan baltalar” belə bir vaxtda “Bakinski raboçi” qəzetində Alfred Nobel əleyhinə silsilə məqalələr yazmışlar. Nəticədə, məşhur alimimizin Nobel mükafatı alması bir daha gündəmə gəlməmişdi.
Nobel mükafatı dinamiti, tüstüsüz barıtın tərkibini kəşf etmiş, Təbiətcə sülhpərvər və ixtiraçı olan isveçli kimyaçı
Alfred Bernard Nobel tərəfindən təsis edilib. Bu, illik beynəlxalq mükafatdır. Alfred 27 noyabr 1895-ci il tarixli vəsiyyətnaməsi ilə bu mükafatı təyin etmiş və onun özünün qurduğu aərnək 30 dekabr 1896 tarixində Stokholmda alimin vəsiyyətnaməsini dünyaya elan etmişdir. Mükafat insanlığa xidmət edən alim, təşkilat və ailələrə təqdim edilən prestijli mükafatdır.
Alfred Bernard Nobelin ölümündən sonra qalan kapital Nobel fondunu təşkil etmişdir. Həmin kapital və fondun yaranmasında Nobel qardaşları şirkətinin səhmindən əldə edilən gəlir Nobel fondunun çox hissəsini təşkil etmişdir. İlk Nobel Mükafatları 1901-ci il tarixində verilməyə başlanmışdır. Nobel mükafatının məbləği təxminən $1,3 mln.-a bərabərdir.
Mükafat Alfred Nobelin vəsiyyətinə əsasən, aşağıdakı altı sahə üzrə verilməlidir:
Kimya üzrə Nobel mükafatı
Fizika üzrə Nobel mükafatı
Fiziologiya və tibb üzrə Nobel mükafatı
Ədəbiyyat üzrə Nobel mükafatı
Nobel Sülh mükafatı
İqtisadiyyat üzrə Nobel mükafatı
Məşhur azərbaycanlı kimyaçı Yusif Məmmədəliyev əslində Nobel mükafatı almalı idi. Amma bu müzakirəyə qoyulduqdan 2 gün sonra 2 məşhur erməni buna icazə vermədi.
Nobel sülh mükafatı Norveç Nobel Komitəsi tərəfindən verilir. Nobel sülh mükafatı “xalqlar arasında qardaşlığın təbliği, daimi qoşunların azaldılması, yaxud tamamilə aradan qaldırılması və ya sülh konqreslərinin keçirilməsinin irəli sürülməsi və həvəsləndirilməsi sahəsində görülmüş ən yaxşı işlərə görə ” verilir. Ümumilikdə 95 fərd və 23 təşkilat Nobel sülh mükafatına layiq görülüb. Mükafatın təntənəli təqdimetmə mərasimi Alfred Nobelin anma günündə, yəni dekabrın 10-da Oslonun Mərkəzi (Şəhər) Zalında təşkil edilir.
Laurens Bragg Nobel tarixində mükafata layiq görülən ən gənc laureatdır. Atası ilə birlikdə fizika üzrə Nobel mükafatı alarkən onun cəmi 25 yaşı olub və bu hadisə 1915-ci ildə baş verib. Bunun əksinə olaraq, dünyanın ən yaşlı nobelçisi Leonid Hurvikzdir. 90 yaşlı Leonid 2007-ci ildə iqtisad elmləri üzrə mükafata layiq görülüb. Amerikalı alim L.Pauling də iki fərqli sahə üzrə mükafatla qiymətləndirilib. Lakin Linus Pauling yeganə insandır ki, iki tamamilə fərqli, aidiyyəti olmayan sahə üzrə – kimya (1954) və sülh (1962) Nobel mükafatlarına layiq görülüb. “Ailəvi Nobel laureatları” da var: Mariya Küri, Villiam Bragg, Artur Kornberg, Jan Tinbergen.

Qeyd: Nəzəri fizikanın bir çox sahələrinə fundamental elmi töhfələr bəxş etmiş Lev Landau Bakıda doğulsa da, yəhudi əsilli idi. Landau 1962-ci ildə ifrataxıcılığın riyazi nəzəriyyəsinin kəşfinə görə, fizika üzrə Nobel mükafatına layiq görülmüşdür
Mənbə: İnternet

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.