Rəssam və müəllim

İbrət

Çox məşhur bir rəssam var imiş. Onun da bir tələbəsi var imiş. Tələbəsi aldığı təhsili başa vurandan sonra özünü müəlliminə sübut etmək üçün gözəl bir əsər çəkir. Günlərlə üstündə işləyir və bitirdikdən sonra qürurla onu müəlliminə gətirir. Müəlliminin fikrini soruşur. Müəllim deyir ki “sən bunu apar şəhərin mərkəzində bir yerə qoy. Yanına da qırmızı qələm.

Bir qıraqda qeyd et ki, şəklin bəyənmədiyiniz, düz çəkilmədiyini düşündüyünüz yerinə qırmızı qələmlə işarə qoyun. Qoy 1-2 gün şəkil orada qalsın”. Rəssamın tələbəsi deyildiyi kimi edir. Və iki gündən sonra şəkli götürməyə gedəndə çox məyus olur. Qırmızı işarələrdən hardasa şəkil görünmürmüş. Müəlliminin yanına gəlir və məyus halda şəkli göstərir. Müəllim isə onu sakitləşdirir və yeni şəkil çəkməyini xahiş edir. Yenə eyni şeyi təkrarlamağını tövsiyə edir. “Amma bu dəfə keçən dəfəkindən fərqli olaraq qırmızı qələm yox, boya, fırça qoy şəklin yanına. Və belə yaz. Bu şəklin bəyənmədiyiniz yerlərini özünüz çəkin düzəldin.” Tələbə rəssamın dediyini edir və iki gündən sonra öz çəkdiyi şəkli götürməyə gedəndə təəccüblənir. Baxır ki heç kim heç bir şeyə əl vurmayıb. Təbii ki sevinclə müəlliminin yanına gəlir və baş verənləri ona da danışır. Müəllim isə ona vəziyyəti izah edir.

Bax, oğlum, tənqid etmək, tez- tez irad tutmaq asandır. İnkişaf etdirmək, düzəltmək üçün olan irad əmək istəyir, savad istəyir. İnsanlar səni tənqin etdiklərində xəyal qırıqlığı yaşamaq, özünə qapanmaq yerinə bir düşün. Təyin et. Bu tənqid hansı tənqiddir? Qarşındakının məqsədi nədir? Əgər sadəcə qırmızı işarə qoymaqdırsa, o zaman fikir vermə və unut. Əgər səmimi şəkildə düzəltməkdirsə, dəyərləndir…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı