Yumor

Ər- arvad yola getmirlər, tez-tez küsüşürlər. Amma görürlər ki, bu qayda ilə onlara  çox çətin olacaq.

Çox fikirləşib belə qərara gəlirlər ki, bir-birlərinə sözlərini kağız vasitəsi ilə yazsınlar. İlk addımı kişi atır : ”Arvad, mənə çay süz”. Arvad:” Baş üstə” yazır və gedib çay süzüb gətirir.

Kişi: ”Arvad, mənə yemək ver”. Arvad yenə ”Baş üstə” yazır və gedib yemək gətirir. Kişi: ”Arvad, mən hamama gedirəm, paltar ver”. Arvad: ”Baş üstə,bu dəqiqə, ay kişi” yazır,  və gedib qolları üstə  kişinin paltarlarını gətirir.  Axşam çatır, kişi yatmağa hazırlaşır, vərəqə yazır: “ Arvad, məni səhər saat 7- də yuxudan oyat, işə tez getməliyəm.” Arvad yenə “Baş üstə”yazır. Kişi yuxudan oyanır, görür saat 11- dir. Arvadı söyməyə başlayır, birdən gözü şkafın üstəki kağıza sataşır. Arvad yazmışdı:”Ay kişi, dur,  saat yeddidir, işə gecikərsən”.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı