Valideyn guşəsi

Uşaqlarınızın qabiliyyət və maraq dairəsini, zəif və güclü tərəflərini öyrənin.

Sevdikləri və sevmədikləri şeyləri (davranış, söz , yemək və sair) bilin.

Uşaqlarınızı ittiham etməyin , iradlarınız doğruya yönləndirici olsun ( Məsələn, “Yalan danışma” kimi deyil , “Doğru danış” kimi və s.)

Uşaqlarınızı başqaları ilə müqayisə etməyin, anlatdıqlarını çox diqqətli dinləyin,söz və fikirlərinə dəyər verin , özlərini ifadə etməyə yardım edin.

Sevinc və üzüntülərini paylaşın.

İxtisas seçimində və gələcəyi ilə bağlı məsələlərdə uşağınızı tanıyaraq ehtiyac varsa mütəxəssislə danışaraq yol göstərin.

Oxu , düşün , araşdır və bunları həyatına tətbiq et prinsipini öyrədin.

Televizor , kompüter və s istifadəsinə ciddi nəzarət edin , “başı qarışsın, mən rahat olum” yanlışına düşməyin.Bunlarla çox vaxt keçirən uşaqlarda əqli gerilik, düşünmə problemi, göz zəifliyi , artıq çəki  kimi problemlər ortaya çıxır.

Uşaqlarınızı kitab oxuma klublarına , teatra , muzeyə aparın.

Kitab oxuma bacarıqlarını inkişaf etdirin . Bunun üçün evdə kitab oxuma saatının olması, kitab oxuması üçün həvəsləndirici səbəblər (hədiyyə vermə və s) önəmlidir.

Uşaqlarınızın yanında vacib deyilsə, telefonda , kompüterdə vaxt keçirməyin , biryerdə olduğunuz zaman onlara vaxt ayırın.

Evdə ailə saatı eləyin ( oyun oynama, bütün ailə bir yerdə yemək yemə, seçilmiş bir şeyə baxma və s)

Uşaqlarınızı bazara , marketə aparın, kiçik də olsa  məsuliyyət verin ( yatağını düzəltməsi , evə gələn qonağa xidmət etməsi , lazımsız yanan işıqları söndürməsi )

“Biz eləyə bilmədik” uşaqlarımız eləsin”, “biz yemədik, onlar yesin ” məntiqi ilə yanaşmayın , hər istədiklərini eləməyin , kiçik şeylərdən zövq almasını öyrədin.

Kobud ifadə   vasitlərindən istifadə etmələrinə icazə verməyin.  

Dərs çalışmalarına kömək edin , məktəbi ilə maraqlanın, danışdıqlarını diqqətlə dinləyin.

Uşaqlarınıza dürüst , inanclı , əxlaqlı olmağı öyrədin və bunları davranışlarınızla tamamlayın.Uşaqlar  dediyimizdən çox elədiklərimizə baxar.

Uşaqlarımızın yanında başqalarınin əlehinə  danışmayın, verdiyiniz sözü yerinə gətirin, qohumları ziyarət edin , valideyinlərinizlə munasibətə diqqət edin və s.

Uşaqlarınızı başqalarına kömək etmə duyğusu ilə böyüdün, evə yardım qutusu qoyaraq paylaşma hissi oyadın.

Milli və mənəvi dəyərlərimizi öyrədin.

Bunun üçün onları Şəhidlər Xiyabanına aparın , qəhrəmanlarımızı , tarixi şəxsiyyətlərimizi tanıdın.Bayraq ,vətən sevgisi aşılayın…

  Mənbə: İnternet

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı