Görkəmli adamların həyatından

Süleyman Sani Axundov xatirələrində yazır: “Atam Rzaqulu deyərmiş ki, mənim üç oğlum, bir qızım olacaqdır. Onlara bu adları qoyacağam: Qəhrəman, Rüstəm, Süleyman, Mahtaban. Atamın bu arzusu həqiqət olur “.

Bir dəfə Süleyman Sani Axundovla oxucuların görüşü keçirilirmiş. Ədəbin pəərstişkarı olan bir oxucu sual verir ki, hörmətli Süleyman müəllim, siz nə üçün daha “Qaraca qız” kimi əsərlər yazmırsınız?

Ədib gülümsəyərək deyir:

– Balıqçı toruna hər dəfə qızıl balıq düşmür…

                                              

Süleyman Sani Axundov bacısı uşaqlarını çox sevərmiş. O, baçısı uşaqlarına ayrılmaqdan usanma, onlarla olmaqdan hərr zaman məmnun olarmış. Hətta başısı uşaqlarının heç bir sualını cavabsız buraxmazmış.

Bir gün bacısı uşçaqlarılndan biri soruşur ki, dayı, əlindəki çəliyi həmişə qolunda gəzdirirsən, bəs ağırlıq etmir?

Süleyman Sani gülərək belə deyir:

– Düz deyirsən, amma lazım our.

-Axı nəyə lazım olur? -deyə, baçıoğlu yenə soruşur.

Təsadüfən həmin söhbətdən iki gün sonra Süleyman SANİ axundovun bacısı uşaqları dənizdə çimirmiş.O da kənarda durub tamaşa edirmiş. Birdən yazıçının ən çox sevdiyi və ona sual verən bacısı oğlu Nadir bir az dərinə gedir və qışqırmağa başlayır. Süleyman bəy tez suya düşür, həmişə özü ilə gəzdirdiyi çəliyini bacısı oğluna uzadır:

–Hə, Nadir, tez çəlikdən yapış.

Nadir də cəld dayısının tapşığına əməl edir və batmaqdan xilas olur.

Kənara çıxdıqda dayısı gülərək deyir:

-Hə, gördünmü, çəlik necə lazım oldu?….

Seminariyada oxuduğu günlərin birində, Azərbaycan şöbəsinin inspektoru Çernyayevski S.S.Axundova pul verib onu çörək almağa göndərir. İntihar məktubunda da yazdığı kimi, yazıçı Qoridə qərib idi və buna görə də çörəyin qiymətini bilmirdi. Çörəyin qiymətini ona baha demişdilər. Çernyayevski onun oğurluq etməsindən şübhələnirdi. Süleyman bir nrşə dəfə növbətçi müəllimin evinə gedib məsələdə heç bir günahı olmadığını, heç bir qəbahətə yol vermədiyini bildirmək istəmişdisə də, onu hər dəfə rədd edirlər. Onda Süleyman günahını yummaq üçün intihara əl atır…

Sabahısı gün onun çörək aldığı dükan yoxlanıldı və Süleymanın düz dediyi aydın oldu.

***

Yoxlamanın nəticəsi haqqında da Süleymana məlumat verildi. Lakin izzəti-nəfsi təhqir edilən Süleyman rahat olmadı, 22 yanvarda o, şagirdlərin gözü qarşısında nümayişkaranə şəkildə Çernyayevskinin qarşısında ayağa durmadı. Sabahı günün gecəsi məsələsi intizam komissiyasında qoyulanda o intihar məktubları yazırdı. O gecə Süleyman artıq intihar edəcəyinə qərar vermişdi. Oturub dörd məktub yazdı, birinci məktub dayısı İsmayıl bəy Səfərəliyevə ünvanlanmışdı: “Mən bu ləkə ilə yaşaya bilmərəm”.

İkinci məktub seminariya yoldaşı Musaya yazmışdı: “Elə mənim üçün kifayətdir ki, dünyada məni başa düşə bilən bir adam tapmışam. Sabah mənim qanlı meyitimi görüb deyəcəksən: Burda bir qərib ölüb; Göy kişnər, bulud ağlar. Əlvida dostum. Məni heç bir vaxt yadından çıxarma. Öpürəm səni”.

Üçüncü məktub Çernyayevskinin adına idi: “Mən namuslu olduğumu yoldaşlarım yaxşı bilirlər. Desələr, Axundov filan işdə dələduzluq etmişdir, əminəm ki, onların heç biri buna inanmaz… Ağ saçlarınızdan utanın, qoca! Eh! Siz mənim başıma nə iş açdınız!”

Dördüncü məktubla isə borclu olduğu Saşaya xitab eləyirdi: “Sabah doqquz manatınızı alacaqsınız. Mən sizin pulunuza üzük yox, bizim şüşəçi Xaritovdan tapança almışam. Şərtimiz belədir: əgər onun tapançası mənim xoşuma gəlməsə, özünə qaytarıb pulu geri almalıyam”.

Məktubları yazdı, tapançanı hazırladı və saat 5-də güllə açıldı. Sabahısı gün seminariyanın direktorunun Qafqaz Təhsil İdarəsinin rəisinə təqdim etdiyi raportda seminariya həkimi Saakovun verdiyi arayışa istinad edilmişdi: “Axundovun atdığı güllə onun sol döşünün əzələsini yarım verşok enində dəlib keçmişdir və bu yara Axundovun həyatı və səhhəti üçün qorxulu deyildir”.

1. Süleyman Sani Axundov… “Qorxulu nağıllar” qaldı ondan. Amma bir... |  Интересный контент в группе Axı dünya fırlanır

***

Pedaqoji Şura onun intihar etməsini müzakirə edərkən Çernyayevski iclasda iştirak etməsə də yolladığı yazılı rəydə Axundova hər hansı bir cəza verilməsini insanlıqdan kənar hesab etdiyini vurğulamışdı.

Xəstəxanada yatarkən Çernyayavski dəfələrlə Süleymanı ziyarət etdi. Lakin bu intihar Çernyayevski üçün yaxşı qurtarmadı, dəfələrlə müxtəlif orqanlara çağırıldı, axırda məcbur olub ərizə yazdı və təqaüdə çıxdı.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı