Baş redaktor

Addımbaşı ölümlә çarpışan şirim mәnim,

Ölümsüzüm, ölmәzim, әbәdi dirim mәnim,

Gur ocaqlar yandıran ocağım, pirim mәnim,

Yüz minlәrin içindә minim yox, birim mәnim,

Allah özü dә tәkdir, baxma meydanda tәksәn,

Sәn qalib gәlәcәksәn!

                                                          Zəlimxan Yaqub

Düz 30 il bundan əvvəl   yuxarı hissəsi insana oxşayan  erməni vəhşilər  Azərbaycanın füzunkar torpaqlarının 20 faizini havadarlarının köməyi ilə işğal etmişdi. Minlərlə insan öz ata-baba torpaqlarından didərgin salınmış, qətlə yetirilmişdi. Ermənilər torpağımızın da, insanlarımızın da   sinəsinə  dağ çəkərək mənəvi şırım açmışdılar : onlar 1992-cilin  may  ayının 8-də   Şuşamızı  yağmalama əməliyyatına  “Dağlarda toy” adı vermişdi. Bütöv bir xalqı, torpağı  yasa qərq  etmək əməllərini “toy” adlandırmışdılar. Qız-gəlinlərimizi  Qara Məlik  kimi əsir edib qolubağlı xarabalarına aparmışdılar… Onlara qarşı  hansı iyrəncliklər gətirmişdiər,  bunları    təsvir etmək çətin deyil. Neçə qız-gəlinimiz   başlarına bu  qeyri-insani  hərəkətlər  gətirilməsin deyə, yolboyu özlərini  qayalardan  atmışdılar. Dədə Telman adlı bir el şairimiz bu  anları çox təsirli ifadə etmişdir:

Vətən oğlu, qayıt hələ belə bax,

Bu dünyada fitnəyə bax, felə bax,

Qaçqın gələn el qızına hələ bax,

Daraq düşüb – tel başına qalıbdı.

Çoxsunun ölüsü-dirisindən  bu gün də xəbərimiz var. Pulumuz   itəydi, evlərimiz yanaydı,  avtomobillərimiz   oğurlanaydı…  Dözərdik.

Torpaqlarımızı viran qoyublar …Olsun…Bunlar hamısı  yerinə qayıdacaq. Amma  alçaqlar ən laləzar torpaqlarımızda məskən salıb,  şörəyimizi yeyib, suyumuzu içib, bizim heysiyyatımıza toxunmuşdular. Bu cür sındırılmaq iki əsrdən artıq  idi ki, davam edirdi. Şuşa bizim  torpaq, ermənilər Çıdır düzündə  yallı gedirdilər,    məscidimizdə donuz saxlayırdılar.Belə yaşamaq olmazdı…

     Yuxarı   hissəsi    adama oxşayan vəhşiləri televiziyada  hər dəfə  görəndə  hamımız sınırdıq,   ermənilər , sanki,  üstümüzə kəkələnən kimi görünürdülər. Haqlı ikən  haqsız edilmişdik…Güclü ikən gücsüz edilmişdik…

 Amma  bu ağrı-acılar, məsuliyyəti bizdən çox düşünən, gecə-gündüz düşünən, yollar, çarə axtaran  tək   Liderimiz idi. İllərlə bu məqsədə doğru yol başlamışdı.Ölkənin asayişini  bərpa etdi, iqtisadiyyatı dirçəltdi, Ordu quruculuğunu mükəmməl hala gətirdi.Xarici ölkələrlə  çox möhkəm əlaqələr quruldu. Azərbaycan  dünya ölkələrinin   dostluq və əməkdaşlıq etməyə marağı olan ölkələrdən birinə çevrildi.  Bütün  bunların  özülündə   İlham Əliyevin  gənc olmasına baxmayaraq aydın, qətiyyətli və müdrik siyasəti dayanırdı. Bəzən  kimlərsə  uğurlarımıza badalaq  vurmaq istəyəndə,  mübarizədən çəkinmək olmadı.   İlham Əliyev, əksinə, yenidən, daha qətiyyətlə hədəfə doğru  irəlilədi və xalqını da arxasınca apara bildi. İnsanları ideallarına  inandıra  bildi.  Və  O GÜN  gəlib çatdı. Ali Baş Komandanın əmri ilə  Milli Ordumuz  işğal olunmuş torpaqlarımızı 44 günə işğldan azad etdi. İndi  bunu kimsə    Qalib Gəlmək Elminin İlham Əliyev   Formulası akvatoriyasında  görmək istəmir. Amma, bu,  o görmək istəməyə güclərin  dillərinə gətirmək istəməsələr də, içlərində etiraf etdikləri  Hərb dərsi idi.

 Bizim  Zəfərimiz tək torpaq azad etmək zəfəri deyildi.  Bizim Zəfərimiz  Namus, Heysiyyət Zəfəri idi. Bu, çox böyük  missiya udi.   İki əsrdən bəri davam  edən   bir yarlığı    içimizdə daşıyırdıq. 30 il  hər bu günü   için-için göynəyidik. Ümidimiz sanki üzülmüşdü.   Üzülsək də, bu dərdlərdən bir  taxtaya düzülməkdə dava edirdiksə,   Böyük Zəfər  üçün gecə-gündüz   məqsədli yol  gəlinirdi.

 Tarixdə hər Lider  belə qüdrətə malik olmur. Tarixdə hər gənc lider yaşını qabaqlayıb bu qədər müdrik  siyasət yeridə bilmir. Soyuqqanlı, qətiyyətli ola bilmir.

Cənab İlham Əliyev bunu bacardı və gerçəkləşdirdi. O, Qarabağı, Şuşanı xalqına  qaytardı. Daha kimsə bu torpağa  belə nankorluq edə bilməz.  

  Mən    bir neçə dəfə   2 arzumu ifadə etmişəm. Bu Zəfər günündə  təkrar  bir daha   deyəcəyəm:

1612-ci ilin noyabr ayının əvvəllərində  Kuzma Minin və Dmitri Pojarskinin rəhbərliyi ilə xalq ordusu   polyak xarici  qəsbkarları  məğlub edərək

Kremli aad eti və onları rus torpaqlarından qovub çıxardaraq Rusiyanı  işğaldan  azad etdi. Moskvada Qırmızı meydanda  bu iki qəhrəmanın şərəfinə əzəmətli bürünc abidə  ucaldılmış və pyedestalına yazılmışdır: “Kuzma Mininə və Dmitri Poşarskiyə minnətdar olan Rusiya  ”

Biz  Cıdır düzündə və yaxud xalqın  Qarabağ torpağında arzu etdiyi  bir yerdə  İlham Əliyevin  sağlığında ikən abidəsini ucalrmalı  və  pyedestalına yazmalıyıq:

– İlham Əliyevə minnətdar olan Azərbaycan!

 Tarixdə ilk generalissimus rütbəsini 1569-ci ildə Fransa kralı IX Karlın qardaşı —18 yaşlı gələcək kral Henrix Valua almışdır. Fransa tarixində 12, Avstriya tarixində 9, Almaniya tarixində 3, İtaliya tarixində 3, Çin tarixində 6, Rusiya tarixində 6, SSRİ tarixində 1 nəfər generalissimus rütbəsi daşımışdır.

Mənim  hələ orta məktəbdə  tarix müəllimlərindən  eşitdiyimcə, bu ali hərbi rütbənin verilməsi üçün vacib şərtlərdən biri də budur ki, həmin şəxs ölkəsini Vətən müharibəsindən qalibiyyətlə çıxarmış olsun.  Cənab Ali Baş Komandanımız İlham Əliyev Vətən və Xalq qarşısında bu xidməti şərəflə yerinə yetirdi. Müharibədən xalqının  qarşısına  triumfla qayıtdı. Nə üçün bizim  Ali Baş Komandan Generalissimusumuz   olmasın….

O, bu xalqa Zəfər   bəxş etmiş liderdir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı