Görkəmli şəxslərin həyatından

Yazıçı uşaq vaxtlarını yad edərək deyirmiş:
-Bir dəfə anamla bağımız gəzirdim. Cırcırama da aramsız cırıldayırdı. Mən anamdan sual etdim:
– Ana, o cırcırama nə deyir?
Anam dedi:
-Oğlum, o cırcırama deyir ki:
Qrışqacıq-qarışqacıq,
Mənə dedi, qarışqacıq,
Dedi, dedi, dedi, dedi.
Mən anamın bu cavabınsan xeyli güldüm. Sonra o sözləri əzbərlədim. Gırcıramalar hər dəfə oxuyanda mən də onlara qoşularaq deyirdim:
Qrışqacıq-qarışqacıq,
Mənə dedi, qarışqacıq,
Dedi, dedi, dedi, dedi.
Səslərin ahəngi cırcıramaların oxumasına elə bənzəyirdi ki, sanki doğrudan da cırcırama o sözləri deyirdi.

Ürək xəstəliy Süleyman Saniyə çox əziyyət verirdi.O, yaxın bildiyi adamlara, o cümlədən Sabit Rəhmana ürəyindən şikayətlənirdi. Ədib o zaman Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında Ədəbi hissə müdiri işləyən Sabit Rəhmanla dostlaşmışdı. “Eşq və intiqam” pyesini tamaşaya qoymaq istəyirdilər. Onlar tez-tez görüşər və dərdləşərdilər. Bir dəfə S.ŞRəhman gülə-gülə ondan doruşur:
-Necəsiniz, Mirzə?
S.Sani gülə-gülə cavab verir:
-O, dediyin həkimin yanına getdim. Dünəndən dərmanları içirəm. Özümü də çox yaxşı hiss edirəm.
Aradan bir müddət keçəndən sonra onlar Qorki və Füzuli küçələrinin kəsişməsində rastlaşırlar. Süleyman Sani divara söykənibmiş.
S.Rəhman həyəcanla soruşur:
– Mirzə, nə olub?
– nə ki dərman yazmışdı o həkim, hamısını tulladım bayıra. Az qala məni öldürmüşdü.Heç yol yeriyə bilmirdim. Dərmanı elə ki, tulladım, indi ağır-ağır da olsa, ayağımı atıram.
Arada ədibin ürəyi düzələn kimi olur. Amma çəkdiyi nigarançılıq onu heç də dinc qoymurdu. Ona görə də həmişə təzə həkim axtarırdı.
Bir gün onlar bir iclasda yan-yana oturmuşdular. Ədib pıçıltı ilə Sabit Rəhmandan soruşdu:
-Vorontsovski küçədə( Əzizbəyov küçəsi) təzə bir həkim yaşayır.Çox güclü həkimdir.Eşitmisən?
Xeyr, xəbərim yoxdur.
– Gedəcəyəm onun yanına. Deyirlər onun kimi ürək həkimi olmaz.
Həmin iclasın 3-cü günü (o vaxtlar üçün belə uzun iclas xarakterik idi) onlar tənəffüsdə görüşürlər.
-Ürəyimlə maraqlanırsansa, yaxşı xəbər verim.Vorontsovski küçəsindəki həkimi getdim tapdım. Savadlı həkimə oxşayır.Yazdığı dərmanları bu gün səhərdən qəbul edirəm: əla təsir edir.
İki gün sonra ədib xəstəxanaya düşür. Sabit Rəhman yazıçıya baş çəkməyə gedir. Süleyman dostunu görcək gülümsəyir:
-Kəfəni yırtdım, qardaş. Zalım oğlunun ürəkdən heç başı çıxmırmış ki. Dörd cürə dərman yazmışdı. Hələ yaxşı ki, biri tapılmadı.Bəlkə də indi mənimlə heç görüşə bilməzdin.Sonra da ətrafdakılar eşitməsin deyə, lap yavaşcadan pıcıldayır:
– Deyirlər, bu xəstəxanada bir yaxşı həkim var,özümü ona göstərəcəyəm.


Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.