Mövqe
İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır. İnsanların sağlamlığı, ekoloji vəziyyət, udduğumuz hava, içdiyimiz su, bütün bunlara biz çox böyük diqqət göstərməliyik.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Ətraf mühiti təkcə qanunvericilik aktlarının tədbirləri ilə mühafizə etmək olmaz. Əhaliyə təbiəti mühafizə haqqında geniş məlumat vermək, onun yollarını göstərmək lazımdır. Hər bir vətəndaşın ekoloji mədəniyyətinin və savadının formalaşmasında təbliğatın rolu böyükdür.
Həsən Əliyev
Akademik

Kütləvi informaziya vasitəlrinin məlumatlarına əsasən Bakı Şəhər İcra Hakimiyyəti və Böyük Britaniyanın “Mott MacDonald” şirkətinin artıq 4-cü ildir birgə həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi uğurla davam etdirilir.
2022-ci ilin iyul ayının 10-dan etibarən ölkənin paytaxt şəhərində yeni layihənin ən müasir səviyyədə təşkil edilməsi konsepsiyasının həyata keçirilməsinə start verilmişdir.
Sınaq kimi başlanılan layihə daha sonra Yasamal və Nəsimi rayonlarında tətbiq edilmişdr. Noyabr ayının 3-dən isə Xətai rayonunda bu istiqamətdə işlər görülməkdədir.
Ayrı-ayrı mətbu nəşrlərdə layihə haqqında , onu dəstəkləyən Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti və Böyük Britaniyanın Mott MacDonald şirkətinin layihə haqqında məlumatları dərc olunub. Bunlarla tanış olmuşam. Amma yaşadığım Xətai rayonu üzrə isə həm də ərazini gəzərkən bununla bağlı görülmüş və görülməkdə olan işlərə rast gəldiyim zaman bir qədər daha dərindən maraqlanmışam.


Konteynerlər 2 rəngdədir: – yaşıl və narıncı. Narıncı konteynerə kağız, karton, şüşə, metal və plastik tullantılar, yaşıl konteynerə isə digər tullantılar atılmalıdır. Layihənin əvvəlində sakinlərin rahatlığı üçün ilkin mərhələdə hər mənzilə 2 cür yaşıl və narıncı çeşidləyici paketlər paylanılsa da, daha sonralar belə paketlər paylanılmadı. Broşyuralar, bukletlər paylanılmasına rast gəlməsəm də, bloklara, həyətlərə, binalara izahedici reklamlar yapışdırılıb. Məlumatlarda bunu maarifləndirici posterlər kimi qeyd etsələr də, onlar, sadəcə, məlumat və xəbərdarlıqdan başqa bir deyildir. Müəyyən ərazilərdə məhəllələrdə görüşlər keçirilsə də, bizim məhəllədə bunun şahidi olmamışam. KİV-lərdə dadım-duzum təbliğat və izahetmə məqamları olsa da, ümumi sözlərdir, məsələnin mahiyyətini özündə əks etdirə bilmir.



Xətai rayonunun daxilində harada məişət tullantılarının saxlanılması üçün sahə var, orada fərqli plastik tutumları və onun yanında müşayiət edən MİS əməkdaşı görmüşəm. Mətbuatda qeyd edilir ki, bu məqsədlə 498 ədəd konteyner meydançası yaradılıb. Halbuki, layihə olmasaydı da, məişət tullantılarını saxlamaq üçün ərazilərdə həmin sahələr onsuz da vardı, olacaqdı.
Guya bu meydançalar və plastik tutumlar dezinfeksiya edilir, bunu da görməmişəm.
Mənə belə gəlir ki, bu layihə paytaxt sakinlərinin davranış tərzinə çevrilməyəcək və çevrilə də bilməz.
Özlüyümdə bu layihə haqqında fikirlərimi və bizim bu cür lazımlı və vacib məsələlərə laqeydliyimizi dilə gətirməkdir.
Bildiyimiz kimi, bu ilin noyabr ayının 11-də Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ev sahibliyi ilə həyata keçirilmiş bu sammitdə Azərbaycan, Türkiyə, Qırğızıstan və Qazaxıstan prezidentlər səviyyəsində, müşahidəçi ölkə olan Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov , Macarıstanın isə baş naziri Viktor Orban iştirak etmişdir. Sammitin gündəliyində iqtisadiyyat, nəqliyyat və ticarət kimi mövzular yer alıb, təşkilatın fəaliyyəti və gələcəyi ilə bağlı mühüm qərarlar qəbul edilmişdir.
Həmçinin noyabrın 11-də Səmərqənd şəhərində “Ümumi evimiz olan Dünya üçün Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamə” imzalanıb.
Türkiyə Respublikasının təşəbbüsü ilə hazırlanan Bəyannaməni Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Macarıstanın Baş nazirinin xanımı Aniko Levai imzalayıblar.




Ümumiyyətlə, tədbir hansı meyarla yanaşsaq, özündə çox böyük sosial, iqtisadı və mədəni üstünlüklər ehtiva edir. Hər çeydən əvvəl, təəsrrüfat subyekti olaraq Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Birliyinin fəaliyyətini nizamlayır, stimul verir. Ətraf mühitin təmizlənməsi, qorunması günümüzün ən aktual qlobal problemləindən biridir. İstər böyüklərin, istərsə də yetişməkdə olan nəsillərin ekoloji şüurunu daha da inkişaf etdirir, dolayısı ilə insanlar həm də təbiəti qorumuş olurlar.
Ölkəmizdə 4 il davam edən layihə formaı cəhətdən aparılsa da, onu təşkilati-ideoloji tərəfləri qənaətbəxş sayıla bilməz. Maarifləndirilmə işləri bu işlərinəsl mahiyyətindən xəbəri və məlumatları olmayan adamların öhdəsinə buraxıldı. Onlar da layihənin uğurla aparılmasına biyara işləyən kimi münasibət bəslədilər.
Mətbuatn və televiziya məsələnin mahiyyət və əhəmiyyəti ilə bağlı maarifləndirici verilişlər aparmalı idilər, şəxsən, mənə rast gəlmədi Bütün özəl kanallar( Zaur Baxşəliyev, Zaur Kamal, Tolik , Elgiz) hər zaman şou psixologiyası yaydılar. Amma bu mövzu üzrə müxtəlif sahələrin mütəxəssislərini dəvət etməklə, əyani şəkildə auditoriyanı maarifləndirmək olardı ki, bu Bəyannamə hansı ehtiyacdan doğub, nə üçün insanlar ona məsuliyyətlə yanaşmalıdır.
Bizim yaşayış ərazisində 4-5 ümumtəhsil məktəbi, bu qədər də bağça var. Hansı ki, bu müəssisələrdə hər zaman kağız və karton məmulatları tullantı kimi atılır. Bu müəssisələrdə görüşlər keçirmək, müsabiqələr təşkil etmək oladı.Uşaqlara həvəsləndirici mükafatlar verməklə onlara buişə yaxından cəlb etmək olardı. Uşaqlar kağızı, kartonu nə üçün qorumaq lazım olduğunu şüurlu şəkildə başa düşsələr, onda yaşıllığın da, ağacların qayğısına qalmağa meyilli olacaqlar.
Ətrafda bir neçə market var. Onların hər gün karton, polietlən, plastik tullantıları olur. Necə gəldi aparıb tullantı çənlərinə atırlar.Əgər hər marketin özündə həmin marketin tullantılarını səliqə ilə çeşidləyib vaxtaşırı təqdim etsələr, ümumi məqsədə nə qədər fayda vermiş olardılar. Amma kimdir bu işə ayrılan, bu kağızı, kartonu, plastik və şüşə qablarını çeşidləyən, elə tez-bazar aparıb tullantı çənlərinə atmaq onlara daha asandır.
Bəs bir ağacın faydaları nələrdir:
*** Ağaclar havanı təmizləyir, o hava ki insanların yaşaması üçün mütləqdir.
***Ağaclar şəhər və küçələri sərinləşdirir. Ağaclar enerji , su israfının qarşısını alır.
***Ağaclar eroziyanın qarşısını alır.
***Ağaclar uşaqları ultrabənövşəyi şüalardan qoruyur.
***Ağaclar qida istehsal edir.
***Ağaclar iqtisadi imkanlar yaradır.
***Ağaclar bir-birindən fərqli qrupları bir araya gətirir
*** Ağaclar zəlzələdən qoruyur və sair, və ilaxır.

Hər bir kağız fabriki il ərzində 6 hektardan çox inkişaf etmiş meşə sahəsinin materiallarından xammal kimi istifadə edir. Halbuki, həyatımızda saysız-hesabsız istifadə edilmiş karton və kağız məhsulları tullantı kimi çıxdaş edilir. Onların 30-40% -i maklatura kimi yenidən istehsala qayıda bilər
Ümumiyyətlə, bütün növ kağız növlərini istehsal edərkən ona 15-20% qədər kağız maklaturası qatmaq olar.
1 ton kağız tullantısını yenidən istehlak etmək 17 ağacın xilas olması deməkdir. 1 ton karton əldə etmək üçün 14 kub.m. ağac sərf etmək lazım gəlir. Bu, həm də meşələrin məhvinin qarşısının alınması deməkdir.
Bu, bir tərəfdən meşə örtüyünə, ağaca yüksək dərəcədə qənaət, təbiətə hörmət deməkdir.
Bu,həm də enerji vasitələrinə qənaət etmək deməkdir.Çünki tullantə kağız və kartonlarıntəkrər istehsala qaytarılması ilə ağac materiallarının kağız halına gətirilməsi üçün sərf olunan enerjiyə olduqca qənaət olunur.
Ona görə də “Mott MacDonald” ingilis şirkətinin 4-cü ildir Bakıda bizimlə birgə həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi lüğəvi mənaca xoş təəssürat yaratmayan məişət tullantılarının toplanması,qablaşdırılması və zərərsizləşdirilməsi prosesinin təəssüratını yaratsa da, mahiyyətcə olduqca əhəmiyyətli və strateji bir məsələdir. Ətraf mühitin mühafizəsi elə bir məsələdir ki, ümumi evimiz olan dünyanı ancaq bu torpaq üzərində yaşayıb, ona sığınan insanların birgə səyləri ilə xilas etmək olar. Bu, birgə mübarizə anlamından daha çox, birgə sevgi anlamı ilə daha etibarlı şəkildə gerçəkləşə bilər.
Azərbaycanda hər zaman yeni yaşıllıq zolaqlarının salınması, on minlərlə müxtəlif cinslərdən olan ağacların əkilməsi diqqət mərkəzində olsa da, meşə ərazilərinin vəziyyəti də narahatlıq doğurmaqdadır.

” Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalmışdır. XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olmuşdur. Hal-hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 1021 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8%-ni təşkil edir. Bu rəqəm Rusiya Federasiyasında 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir” (Bax: http://eco.gov.az/az/86-meselerin-inkisafi).
Bütün bunlar ə vvəldə qeyd etdiyimiz kimi, 2022-ci ilin noyabr ayının 11-də Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə “Ümumi evimiz olan Dünya üçün Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamənin məktəblilərdən tutmuş böyüklərədək hər bir kəsinməsuliyyətlə qəbul etməsini, onun tərəfdarı və qızğın təbliğatçısı olmasını tələb edir.
Azərbaycan hökuməti bu məsələni özünün prioriteti hesab edir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası bunun bariz bir nümunəsi. Konsepsiyanın mühüm müddəalarından biri də “Ətraf mühitin qorunması və ekologiya məsələləri”nə həsr olunub. Həmin müddəada yazılıb:
“Konsepsiyanın əsas hədəflərindən biri ekoloji cəhətdən dayanıqlı sosialiqtisadi inkişafa nail olmaqdır. Biomüxtəlifliyin qorunması, yanacaq-enerji kompleksinin ətraf mühitə mənfi təsirinin neytrallaşdırılması, dənizin və onun akvatoriyasının çirklənməsinin aradan qaldırılması və qorunması, yaşıl ərazilərin bərpası və mövcud resursların səmərəli mühafizəsi istiqamətində zəruri tədbirlər gələcəkdə də davam etdiriləcəkdir.
Meşəsalma və bərpa işləri nəticəsində meşə sahələrinin ümumi torpaq sahələrinə nisbəti artacaq, yolkənarı ərazilərdə atmosfer havasının çirklənmədən qorunması, eləcə də nəqliyyatın hərəkətindən yaranan səs-küyün azaldılması məqsədi ilə yolqoruyucu yaşıllıqlar salınacaqdır. Atmosfer havasına atılan zərərli maddələrə dair Avropa standartlarına uyğun milli standartlar hazırlanaraq tətbiq ediləcəkdir.
Konsepsiyanın əhatə etdiyi dövrdə Azərbaycanda orta hesabla bir vahid ÜDM istehsalı üçün istifadə edilən enerjinin və emissiya olunan karbon dioksidin miqdarı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri üzrə müvafiq göstəriciyə yaxınlaşdırılacaqdır.
Xammala qənaət, təbii sərvətlərdən səmərəli istifadə və ətraf mühitin qorunması məqsədi ilə tullantıların zərərsizləşdirilməsi, təkrar emalı, təkrar istifadəsi, həmçinin az tullantılı və ya tullantısız texnologiyaların tətbiqi istiqamətində zəruri işlər görüləcəkdir. Tullantıların idarə edilməsi sahəsində mütərəqqi üsullardan istifadə olunacaq, sənaye və məişət tullantılarının təkrar emalı üçün müəssisələr yaradılacaqdır.

Bu siyasətin davam etdirilməsində ictimai təşkilat kimi Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA), onun təsisçisi və sədri Leyla Əliyevanın gördüyü işlər Azərbaycan təbiətinin qorunmasına diqqətəşayan bir nümunədir.
Alman həkimi və alimi, hematologiya, immunologiya və antimikrobiyal kimyaterapiya üzrə Nobel mükafatlı laureatı Paul Erlix demişdir:
“Təbiət insan olmadan da yaşayar, amma insan təbiət yox olduqdan sonra yaşaya bilməz”.
Bir Türk atalar sözündə isə deyilir:
“Meşəsi bol olan kəndin qəbiristanlığı kiçik olar”
Hesab edirəm ki, ətraf mühitin mühafizəsinin, xüsusən ağacların həyatın mövcud olması üçün nə qədər əhəmiyyətli olması bu iki sitatda çox doğru əks edilmişdir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.