Əxlaq və mənəviyyat

Məhəbbət elə bir ismət evidir,
Onun qapıları bağlı gərəkdir…
Rəsul Rza
İbtidai icma quruluşu, quldarlıq, feodalizm, kapitalizm və kommunizm mərhələləri ictimai təkamülün tarixi prosesləridir. Onlar daim mütərəqqi şəkildə bir-birini əvəz etmişdir. Başqa sözlə, hər bir ictimai-iqtisadi səviyyəsi özündən əvvəlki mərhələnin səviyyəsindən üstün olmuşdur. Bu, bir növ, tarixi prosesin yol xəritəsidir. Yəni, bütün dəyişilmələrin, yeniliklərin səbəbi inkişaf və tərəqqi ilə bağlıdır. Mənəvi təkamüldə də eyni proses baş verməkdədir. Deyək ki, 18-19 və 20-ci əsrlərdə yaşamış əcdadlarımızın həyati məsələlərə etik-əxlaqi baxışları heç vaxt eyni qala bilməz. İrəliyə doğru getdikcə, həmin baxışlar da dəyişilir, yeni davranışlarla həyat tərzinə çevrilir, yeni əxlaq normaları yaranmağa başlayır. Bu normalar özləri də zaman-zaman sosial mühitə görə dəyişilə, uyğunsuzu kənarlaşdıra, faydalısını qəbul edə bilər. sadə əxlaq və davranış nümunələridir. Bir tanışla rastlaşanda salamlaşmaq, yemək yemək qaydaları, özünü cəmiyyət arasında aparmaq, özündən böyüyə və kiçiyə ehtiram, qadına qarşı nəzakət və sair bu kimi xarakterik keyfiyyətlər belə nümunələrdəndir.

Əxlaqi keyfiyyətlr köklə, qanla da bağlı ola bilər. Əsl-nəcabətli ailələrin üzvləri, adətən, həmin ailənin dəyərlərini daşıyıcıları olurlar. Amma əxlaqın insanlarda məktəb, ətraf mühit və dinlə formalaşaraq təzahür etməsi də şəksizdir.
İstər dinlə bağlı olsun, istər insana qanla, ailə ənənələri ilə keçsin, istərsə də ətraf mühitin təsirindən yaransın, bütün əxlaq və davranış normaları insanları cəmiyyətdə düzgün aparmağa yönəlib. Sovet dövründə belə məsələlər gündəmi məşğul etməzdi, kütləvi deyildi. Cəmiyyətin qınağı vardı, güclü ideologiya vardı. İndi vəziyyət tamam fərqli şəkildədir. Sivilizasiya artır, insan zəkası nələr kəşf etmir. Amma əxlaqi təkamül irəli getmir, uşağı da, gənci də, böyüyü də dədə-babaların ölçüləri ilə deyil, həyatımıza müxtəlif vasitələrlə Qərb həyatından sirayət etdirilmiş normalarla uyğunlaşdırlır.
Bir dostum mənə söyləmişdi ki, oğlumu evləndirəndə qohum-qardaşlarımızda o qədər avtomobili olan var ki, dedik ki, gəlini bu avtomobillərin biri ilə gətirək. Oğlum dedi ki, yox, “Jaguar Retro”da gələcək, behini də vermişəm: 800 manata. Ata deyir ki, oğlumun əksinə getmədim, amma mənə qalsaydı, qohum-qardaşların birinin maşını ilə gətirəcəkdim.
Doğru deyilmi ata? Keçmiş vaxtlarda nə bəyin, nə gəlinin belə məsələlərə baş qoşduğunu görməzdik. Gəlinin hansı avtomobillə gəlməsi niyə önəm daşımalıdır ki? Guya ata-ana istəmirmi övladlarının toyu xatirələrdə də unudulmaz olsun? Dədə-babaların dövründə indiki avtomobillər olmayıb, onlar gəlini at arabasında, daha sonra yük maşınlarının kabinəsində, daha sonralar UAZ, “Pobeda” və “Volqa”larda gətirərdilər. Amma həmin dövrlərin ailə sədaqəti , sevgi bağları daha etibarlı olardı. Çünki onlar heç belə zahiri effektə meyil etməzdilər.

Və yaxud gedib müğənni dəvət edirlər 10, 15 min, 20 minə. Guya toyunda 20 min manata oxumuş müğənni bu gənc cütlüyə səadət bəxş edəcək? Mənə belə gəlir ki, sevdiyi qızı avtobusda, metroda, bağda, parkda öpməmiş bir gəncimiz by cür dəbdəbəli şadlıq saraylarını seçməz, gələcək yoldaşını “Jaguar Retro”da aparmadığını özüə dərd etməz, heç xanımı da bunu ona dərd etməyə qoymaz. Bunlar hamısı toy adət-ənənələrimizə sonradan yol tapmış eybəcərliklərdir.
Sosial şəbəkələrin birində maraqlı bir statusa rast gəldim. Söhbət ondan gedirdi ki, bir istifadəçi şəhərin hər zaman izdihamlı olan küçələrin birində insanların əhatəsində oğlanın qızı öpməsindən bəhs etmişdi,
Bu cür mənzərələrlə hər kəs rastlaşır və hər zaman da söhbət mövzusudur. Hələ 4-5 il əvvəl www.a24.az kanalında yazıçı, jurnalist Sərdar Amin Yotube kanalı vasitəsilə Bakıda öpüşmək üçün münasib yerlərin olmaması haqqında bir süjet paylaşmışdı. Müəllif süjetdə öpüşən cütlükləri qınayanları qınayırdı. Deyirdi ki: “Öpüşmək əxlaqsızlıq deyil, təbii ki, sevdiyi kişi və ya qadın ilə öpüşmək əxlaqsızlıq deyil. Əxlaqsızlıq bu istəyi, bu ehtirası içində saxlayıb, metroda başqa qadına, uşağa təcavüz etməkdir. Əxlqsızlıq qaranlıq küçədə başqa qadına, uşağa təcavüz etməkdir. Əxlaqsızlıq rüşvət almaqsır, əxlaqsızlıq rüşvət verməkdir. Əxlaqsızlıq təqsiri olmayan insanı şərləməkdir. Sevmək, öpüşmək isə sevginin nişanəsidir. Odur ki, sevin, savaşmayın.”

Heç kim demir ki, öpüş əxlaqsızlıqdır, amma öpüş dəruni hissdir, adam sevdiyini də, qadınını da harda gəldi öpməməlidir, bunu iki adamdan başqa, digər heç kim görməməlidir. Normal halda, kim öz sevdiyini və yaxud parka gəzintiyə aparıb digər insanların əhatəsində öpmək istəyər?
Bu mövzuda sosial şəbəkələrdə hər zaman diskussiya var. Bəzi özəl telekanallarda da cəmiyyətin sifarişi oldu-olmad, istədikləri şou mövzularını təkrar-təkrar yayımlayırlar. Dərd burasındadır ki, çox ciddi mövzunu qeyri-peşəkarlar aparır. Dərd burasındadır ki, həmin telekanalların rəhbərləri özləri bu mövzuları həmin mövzuların ruhuna uyğun şəxslərə həvalə edirlər. Bizim tanıdığımız və rəğbət bəslədiyimiz jurnalistlər var, ad çəkmək istəmirəm, onlar heç biri bu mövzunu müzakirəyə çıxarmazlar. Televiziya əyləncə yeri, əhvalpürsanlıq yeri olmamalıdır.Televiziya çox canlı tərbiyə məktəbidir.
Elə bu yaxınlarda MTV kanalında “Ümid ilə gəl” verilişində ekspert qismində iştirak etmiş kulturoloq Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov qadınla kişinin otelə getməsinin normal olduğunu bildirmişdi. Daha sonra “Yeni Sabah” a da bu barədə Tolikin auditoriyasına söylədiklərini indi sosial şəbəkələrdə paylaşmışdır.
Sosial şəbəkələrdə insanlar bu qədər etiraz edir, irad bildirir, heç kim eşitmir, məhəl qoymur. Bu cür məsələlər cavan, təcrübəsiz, müəyyən qədər də cəmiyyətə söz deməyə manatı olmayan şəxslərə etibar edilir.
Təbii ki, bunu Aydın Xana aid etmirəm. Aydın xan bilikli,zəngin dünyagörüşlü və müəyyən həyat təcrübəsi olan ziyalılarımızdandır. Onun , əlbəttə, haqlı olduğu məsələlər dədə var.Məsələn,kulturoloq gənclərin evlənməzdən əvvəl görüşməyinin, bir-birini yaxından tanımağının normal olduğunu qeyd edib:
“Bu məsələnin digər tərəfi də var. Gənclərin evlilikdən əvvəl bir-biri ilə görüşməsini Azərbaycan cəmiyyəti heç vaxt normal qarşılamayıb. Amma mentalitetimizdə nişanlı qalma müddəti var ki, insanlar bir-birlərinə öyrəşsinlər. Gənclərin görüşüb, sevgi söhbətləri etməsi üçün, hətta daha dərinə getsək cütlüklərin öpüşməsi üçün ölkəmizin paytaxtında yerlər varmı?…



…Bütün kafelər, restoranlar video-kamera ilə təchiz edilib, parklarımızda böyük ağaclar yoxdur, hər tərəf də kameralarla əhatə olunub. Gənclərin aşıb-daşan ilkin romantik hissləri qadağalarla müşaiyiət olunduğundan onlar bu hissləri yaşamaya-yaşamaya içlərində öldürürlər”. Guya bu qədər “mavi”lər, cinsi azlıqlar, impotentlər, ailədə intim problemlər yaşayan gənclərimiz olması da bununla bağlıdır.
Olsun ki, belə məqamlara heç fikir verməyənlər də olsun, amma laqeyd qalmayanlar da var.Təbi ki, baxış sahiblərinin yaşlarından, dünyagörüşlərindən asılı olaraq baxışlar da müxtəlifdir. Gənclər çox vaxt ictrimai yerlərdə, insanların gözü qarşısında sərgilədikləri açıq-saçıq vulqar davranış münasibətlrində heç bir qəbahət görmürlər. Belə düşünən gənclərimiz onlara irad tutanlara 15-20 il interneti zəbt etmiş bir mahnını xatırladırlar: “Ata, sən özün cavan olmamısanmı?” Meyxanaçı Namiq oxuyurdu. Əlbəttə, bu yolu bütün atalar da keçib, analar da, fəqət, belə yox.
… Yaşlı nəslin nümayəndələri ucqar rayonlarda oğlanlı-qızlı, deyə-gülə kənd yolu ilə tarlaya da, fermaya da gedib-gəliblər. Bir-birlərini sevənlər də olub. Hislərini, duyğularını bir-birlərinə baxışları ilə ötürüblər.Olsun ki, əsgər gedəndə cəsarət tapıb deyiblər ki, gözlə məni, əsgərlikdən gələn kimi elçi göndərəcəyəm. Onların çoxu da olub ki, ailə qursuğu qızı heç bir dəfə görməyib, bir kəlmə də kəsməyib. İlk kəlmələri elə gərdəyə daxil olanda baş verib.
Davamı var…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.