Mövqe

Televiziyada, kütləvi informasiya vasitələrində, eləcə də  cəmiyyət üzvləri arasında  bu mövzuda söhbətlər hər zaman olur, amma daha çox bayram günlərində və yaxud hər hansı konkret bir hadisə ilə bağlı səs-küy yaranıb məktəb divarların aşanda. Sonra unudulur, ta növbəti bayram gününə qədər. Nazirlik də unudur, məktəblər də, mətbuat da, adamlar da. Axı bunu danmaq olmaz, gizlətmək olmaz.  Necə də gizləmək olar ki,   hər bir ailənin bir yolu mütləq  təhsil düşərgəsindən keçir.

 Heç kim bu  söhbəti özündən icad etmir. Elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib ki,  bu məsələdə iki hal olur: “ Biri məcburetmə, biri də valideynlərin özlərinin təşəbbüsü ilə hədiyyələrin alınması. Bu halda istəyimiz odur ki, bizə şikayət daxil olsun ki, məsələni araşdıra bilək. 8 martda və digər günlərdə valideynlərin təhsil işçiləri üçün bahalı hədiyyə alması və külli miqdarda pulun verilməsi ümumilikdə pedaqoji dəyərlərə uyğun deyil…

… Amma valideynlərə sadəcə tövsiyə edə bilərik. Bu hərəkət daha çox davranış problemidir. Valideynlər özlərində cəsarət tapıb rüşvət formasında hədiyyə verməməlidir. Yanlış utanmaq hissindən valideynlər müəllimləri maddi dəyəri böyük olmayan, əksinə mənəvi dəyəri çox olan açıqcalarla təbrik etsinlər”.”

 Necə yəni, məcburetmə  yolu ilə.  Əgər   sağlam pedaqoji mühit, sağlam kollektiv olarsa , pedaqoji rəhbər vəzifələrə seçim  məktəbin və valideynlərin iştirakı ilə   məktəbin özündə seçilrsə,  heç bir müəllim  buna cəsarət  edə bilməz, edərsə, iş yerini itirə bilər. Cinayət əməlinin təsvirinə görə, rüşvətalana məsuliyyət yarandığı kimi, rüşvət alana da yaranır.

 Hörmətli Nadir İsrsfilovun adı cəfakeş təhsil  fədaisi kimi kimi pedaqoji ictimaiyyətə . çoxdanməlumdur. Nadir müəllim bu mövzuda belə bir fikir səsləndirdi ki, hansı qanunda yazılıb ki, müəllimi təbrik etmək və ya ona hədiyyə vermək olmaz…?  Razıyam.  Bəs  harda yazılıb ki,müəllimə hədiyyə vermək olar?   Müəllim əməyi elə bir əməkdir ki, onu heç bir ölçü vasitəsilə ölçmək, çəkmək, hesaba almaq  və dəyərləndirmək mümkün deyil.  Bizim oxuduğumuz illərdə müəllimlər vardı ki, öz pulları ilə şagirdə dəftər, qələm alırdı.  Daha sonrakı illərdə   qələmdən, kitabdan, güldən başlayıb, gətirib çıxartdılar  gül almaq adı ilə  pul yığmağa..Necə yəni, 50 manata  qədər  rüvət sayılmır? Biri 50 manata qədər dəyəri olan hədiyyə almağa gücü çatır, birinin 100-200 və daha artıq manatlıq, birinin isə heç.

Bəs onda necə olacaq. Rüşvətlə  yeri-göyü  qamarlamağa  səfərbər olmuş məmur uşağı onda  arxiv mühafizinin qızından  artıqdır? Müəllim məmurun uşağına bir ayrı mövqe bəsləməlidir,  kitabxanaşçı uşağına  bir ayrı?

 Son  Qadınlar bayramlarının birində  Bakı məktəblərinin birinin ətrafındakı zibil   qabları həmin gün ancaq  təbrik gülləri ilə dolub boşalıb.    Müəllimlər   buketləri çeşidləyiblər, bələdiyyə məmurunun qızının  gül buketini  götürüb,  rabitə  işçisinin övladının gül buketini isə xadimələ verib ki, aparın atın….

Müəllimlər günü hədiyyə kampaniyası  şagirdlər   arasında da, müəllimlər arasında da  fərqlilik yaradır,  müəllimə də,  işagirdə də  psixoloji təsir edir. Ailələri hədiyyə biznesində iştirak etməyən uşaqlar psixoloji ayrı-seçkiliyə məruz qalırlar. Eləcə də  fundamental fənlərlə, əmət təlimi, idman, nəğmə, rəsm, təsviri incəsənət kimi  fənləri tədris edən qadın müəllimlərə yanaşmalar  fərqli olur. Bu müəlllimlə ya unudulacaq, ya da  fundamental fənnlərin müəllimlərinə alınan  hədiyyənin çeşidi, dəyəri daha  yüksək olacaq.  

    Bu, hələ heç də son deyil.  İlk  hədiyyə almaq, ilk hədiyyə vermək    həm də   daha sonrakı  hədəiyyələr üçün etik olmayan  kommersiya əlaqəsi yarada bilər.   Hər dəfə daha bir əlavə   daha  bir  rəğbət formalaşdırq  bilər, halbuki, bunlar olmamalıdır.

Müəllim elə bir ülvi şəxsiyyətdir ki,   adına  bir cizgi belə, düşməməlidir. Sən müəllimini sevirsənsə, onun dərslərində özünü nümunəvi apar, yaxş oxu. Ən şöhrətli ali  məktəblərinin birinə qəbul olun.Orada da yaxşı oxu.  Müəllimini hər götrdüyündə, hər bayramında  bir gül dəstəsi ilə təbrik et, əllərini öp. Yoxsa,  həmişə dərsinə gecik, dərsdə intizamsızlıq et, dərs oxuma , Müəllim günündə 10-15 manatlıq hədiyyə alıb,   gümanını bu hədiyyəyə bağla ki, bir yarımcan “3” yazsın, attestat alasan.

      10-15  manatlıq  hədiyyə də rüşvətdir. Daha  eybəcər məqsədlər üçün niyyət tutmaqdır. Çünki 10-15 manatlıq  rüşvət verməklər, rüşvət almaqla atılan addımlar getdikcə iriləşməlidir və irəliləşəcək də.

Yadıma Qoqolun “ Müfəttiş”komediyasından  bir  səhnə düşdü.  Əsərlə ilk tanışlığımız orta məktəbin IX sinfində oxuyanda olub, daha  sonra ali məktəbdə.  Amma  əvvəlki hər iki  halda  heç indiki qədər  ləzzət almamışdıq. Çünki onda hələ ictimai həyata, ictimai münasibətlərə indiki kimi nüfuz  etməmişdik.

 Odur ki, əsərdəki mətləblər  bizə ancaq təhkiyə kimi çatırdı. Yəni, bunun həyatla ilişgisini görmədiyimizdən, dərk edə  bilmədiyimizdən

üstündən  oxuyub da adlamışdıq.

 Yaşa dolduqca nələr görmədik  sonra həyatda. Və bu gördüklərimizdən, həyatımızla çulğaşanlardan sonra  yenidən  “Müfəttiş”i oxuyanda, canımıza  yağ kimi yayıldı.

Qoqol  bu komediyası ilə məşhur yazıçı, filosof və pedaqoqu Aleksandr İvanoviç Gertsenin təbirincə desək, Rusiyanın “xəstəlik tarixi”ni vermişdir. 

Əsərdə məhkəmə sədri Ammos  Fyodroviç Tyapkin-Lyapkin deyir ki: “Mən rüşvət aldığımı açıq-aydın hamıya deyirəm, amma necə rüşvət? Ov tulası, bu, tamamilə ayrı məsələdir”. Qanunların təfsirini verməli olan bir ədliyyə işçisi elə fikirləşir ki, rüşvət  ancaq  iri məbləğdə puldur. Rüşvət isə hər hansı bir vəzifəli şəxsə verilən pul və ya əşya şəklində maddi sərvətdir.

   Nə hakim, nə müəllim, nə də heç kim  bu sərvətə təslim olmamalı,  cəmiyyətin  nizamını zədələməməlidir.

Sitatlar:

Müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

Mustafa Kamal Atatürk

Əgər müəllim ancaq işini sevirsə, o yaxşı müəllim olacaq. Əgər müəllim bir ata, bir ana kimi şagirdi sevirsə, o bütün kitabları oxuyan, lakin nə işini, nə də şagirdləri sevməyən müəllimdən yaxşı müəllim olacaq.Əgər müəllim işinə və şagirdlərə olan məhəbbətini özündə birləşdirirsə, o, kamil müəllimdir. 

Lev Tolstoy

Müəllim əbədiyyətə hökm edən insandır.

Henri Bruks Adams

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı