Müzakirə

Əsl gözəllik Allahın qəbul etdiyi gözəlliklərdir.

                                                                Kəlam

Qadını  evinin, ailəsinin  zümrüd qaşı  edən onun əxlaqı, ərinə, ərinin  valideynlərinə, həmçinin  öz övladlarına olan ehtiramı və  nəhayət ailə   şərəfinə olan sədaqətidir.

Bu, islam dinindən qaynaqlanan əxlaqdır. Allah cismən yaşamaq üçün insanlara hər cürə qida/ruzi bəxş etdiyi kimi, ruhən, mənən yaşamaq üçün də onlara  islami gözəlliklər bəxş etmişdir.

Nədir bu gözəllik və  biz bu gözəlliyi necə qavrayırıq, mahiyyətinə necə varırıq?

Gözəllik — canlı varlıq, qavrayış həzzi verən konkret obyekt və ya mücərrəd anlayış; sevindirici xüsusiyyət deməkdir.Bütün görünən cisimlər ( məsələn,  insan  çöhrəsi, bina və s. ), qulaqlarımızla  eşidilən musiqi, dilimizlə dadılan yeməklər, qoxulaya bildiyimiz çiçəklər, ətir  insanda gözəllik   təəssüratı yaradır.  Başqa sözlə, 5 duyğu üzvülərimiz vasitəsi ilə qavradığımız  təssüratlar  gözəlliyi davamlı və mənalı edən ünsürlərdir. Deyək ki,

  geyimun  vəzifəsi   bir tərəfdən  qadın və kişi orqanizmini hava şəraitindən qorumaq,  bədənin ayıb yerlərini  örtmək üçün  üçün  düşünülübsə, digər  tərəfdən  onu geyinən  gözəlliyini bir az da cilalayıb, çəkici edib.   Bu, daha çox  qadınlar üçün  aiddir.  Bizim  cəmiyyətdə  valideynlər uşaqlar  hələ  yeniyetmə ikən    gözəl geyindirilməyə  çan atırlar, xüsusən, qız uşaqlarını.

Amma  qadınların ailə qurduqdan sonra bəzədilməsi cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmır.  Deyirlər ki,  qadınlar yalnız ərləri üçün gözəl geyinməlidirlər, öz evlərində, bağ evlərində geyinməlidirlər. Yoxsa,  bir az da qədərindən çox “Caron’s Poivre”ni  üstünə səpələyib metroya  minmək bu qadının üzvü olduğu ailə tərəfindən yaxşı qəbul edilməz. Hətta,  barəsində digərləri də  günah fikirlərə  düşə bilir.

 Kimsə bizi gerizəkalılıqda və yaxud   qadınlara qarşı əks mövqedə daynmaqda suçlamasın.  Biz, sadəcə, müşahidəlrimizi və  mövqeyimizi ifadə edirik.  Guya bizim ana-bacımız, qızımız-gənimiz,  qohum-qardaşlarımızn ailələrində olan   qadınlar  bu toplumdan  ayrıdır ?  Əlbəttə ki,  deyil.  İncəliklərinə getsələr, bəlkə hamı bir-biri ilə  qohum çıxacaq. Yəni, biz ümumi qayğılarımızı dilə gətiririk və sizin müzakirənizə  təqdim edirik.

Bəli, qadınlar özlərini xoşbəxt və enerjili hiss edərək, həyatlarını daha aktiv və enerjili  görünmək istəyirlər. Bu məqsədlə geyimlərinə fikir verir,  cildlərinə, saçlarına, dərilərinə qulluq edirlər.  Geyimlərində,  qulaqlarında və barmaqlarında zinət əşyalarına xüsusi maraq göstərirlər.Təbii ki, “çirkinlik   üzünü bürüyəndədir”.

 Amma  zaman irəiyə doğru getdikcə, bizim əxlaqi və mənəvi dəyərlər  müəyyən aşınmalara məruz qalır. Ailəsəadətini düşünən qadınlar  əbədi səadətləri üçün  yüksək adlarını hər zaman qorumalıdırlar.  

İctimai və şəxsi həyatlarının müəyyən ehtiyacları ilə bağlı olaraq  qadınlarbu gün ayrı-ayrı insanlarla, cəmiyyətin ayrı-ayrı qurumları ilə münasibətdə olur, yəni qadınların böyük bir hissəsi işləyir, övladlarını bağçaya, məktəbə, həkimə aparır və s.  Hər bir kəs  qarşılaşdığı , ictimai münasibətdə olduğu qadınlara   öz    ailəsinin  qadınları kimi  ehtiram  bəsləməli, məsuliyyətlə yanaşmalıdır. Mən həmişə demişəm və yenəbu fikirdəyəm ki, Azərbaycan  kişisini  kişilər arasında önəçıxaran Azərbaycan qadınıdır, onun əxlaqıdır, namuslu olmasıdır.  Aadınlar da kişilərin  bu bəxtəvərliyini  qorumalıdır.  Onlar  hər zaman  diqqətə gəlməkdən qaçmalıdır. Geyimlərində qadınlıq cizgiləri nəzəri cəlb etməməlidir. Geyimlər qadın bədəninin xətlərini təqib etməli, bədən paltarın xətlərini deyil.  Dinimizin buyurduğu kimi gərək qadınlar:

“Zinət taxılan yerlərini ərləri, ataları, ərlərinin ataları, oğulları, ögey oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, mömin qadınlar, əllərinin altında olanlar (kölələr), kişilikdən kəsilib qadınlara ehtiyac duymayan xidmətçiləri və yaxud hələ qadınların məhrəm yerlərini anlamayan uşaqlar başqa kimsəyə göstərməsinlər. Gizli zinət diqqət çəkmək üçün, ayaqlarını da vurmasınlar.”

Mömin kişilər də mömin qadınlardan nəzərlərini çəkməli, onlara müşayiətedici nəzərlərlə baxmamalıdırlar.  Bütün  bunlar gec-tez  hər iki tərəfə  bəla və  göz yaşları gətirir.

 Səhv etmirəmsə,  2011-ci ildə Türkiyədə  İlahiyyat fakültəsinin İslam hüququ kafedrasının müdiri, prof. Dr. Orhan Çəkər  bu mövzuda fikirlərini ifadə edərkən,  ictimai yerlərə dekolteli  çıxan qadınlar haqqında demişdi ki,  belə geyimdə onlar heç olmazsa,yad baxışlar tərəfindən  “zorlanmaya” məruz qalacaq. Bu fikir  cəmiyyət tərəfindən  birmənalı qarşılanmamışdı və  professorun  bu  sözləri   həm cəmiyyət tərəfindən, həm də YÖK sədri tərəfindən sərt təpki ilə qarşılanmışdı.

 Kim haqlıdır? Əslində, bu cür baxışlarda günahkar axtarmaq günahdan yan keçməyə xidmət edəcək.  Professor özü  o vaxt bir açıqlamasında  bildirmişdi ki, lap bu mənim qohum-qardaşımdan dekolte geyinmiş qadın olsa, ona da eyni münasibət bəslənəcək.  Əlbəttə, belə vəziyyətdə  hər iki tərəf də günahkardır.  Zövqlə, dəblə geyinmək olar. Amma qədərini aşmaq olmaz. İstər həyati münasibətlərin, istərsə də bizi əhatə edən təbiətdə baş verənlərin izahı, elmi həlli heç bir alimin diqqətindən yayına bilməz və cəmiyyətin onların fikirlərinə istinad etməsi daha etibarlıdır. Bu baxımdan Osman Çəkər qadınları dinimizə uyğun geyinməyə dəvət edirdi. Hər bir kəs öz ailəsində, qohum-qardaşında belə hallar olanda narahat olmayıbmı, deməyibmi, aradan qaldırmağa səy etməyibmi? Məgər ətrafımızda bu cür geyinənlər yoxdurmu, onlara cəmiyyətin qınaq göstərməsi niyə etirazla qarşılanmalıdır ki? Əgər yaşadığımız mühitdə, ətrafımızda , qonşumuzda bir yaşlı (baba, ata, əmi, dayı yaşında ) kişi ilə liftə minməyən qadınlar varsa, əgər naməhrəm bir kişi görəndə tez gözdən itən, yaşınan qadınlarımız varsa, avtobusda nabələd kişinin yanında olan yeganə boş yerdə oturmağı dinə görə qəbul etməyən qızımız, qadınımız varsa, heç bir əndazəyə sığmayan bu geyimlərdə küçədə, metroda, avtobusda rast gəldiyimiz qızlar, qadınlar bəs kim? Əvvəlki yazılaımızda biz XX əsrin əvvəllərində, Ameikada, Almaniyada geyim qaydalarına nəzarət edilməsinə aid şəkillər vermişdik. Halbuki, bunun ən mükəmməl nümunəsini müsəlman qadını, Azərbaycan qadını yaşatmışdır, özü də hələ Dədə Qorqud cəmiyyəti dövründən. Qadının geyimi, baxışı, ailədəki, cəmiyyətdəki yeri və rolu heç də önların özü tərəfindən müəyyən edilməyib. Bunlar zaman-zaman cəmiyyətin, sivilizasiyaların inkişafı ilə daim dəyişilmiş, müsbətə doğru meyilli olmuşdur. Və bu inkişafın meydana gətirdiyi baxışlar, təlimlər, cərəyanlar heç də cəmiyyətə mütləq həqiqət, mütləq təlim kimi təqdim edilməyib, daim qarşılıqlı , bəzən də daban-dabana zidd platformalarda davam etdirilmişdir. Qadınlıq mağara dövrünün “mənim ərim”, “mənim qadınım” anlayışlarının olmadığı qrup nikahlardan Dədə Qorqud cəmiyyətində hər bir kişinin “halalım”söyləyəcəyi əsl qadın ucalığına qaldlrıldı, kişilərin ehtirasını söndürmək vasitəsi olmaqdan xilas oldular. İntibaha doğru gedən cəmiyyət nə qədər ki, qadın əllərinə, ürəyinə, zəkasına, şəfqətinə etimad göstərdi , daha tərəqqi əldə etdi. Qadın cəmiyyətin içərilərinə doğru addımlamağa başladı. Qadın vətəndaşlıq , təhsil hüququ qazandı, seçib-seçilmək hüququ əldə etdi. Müxtəlif ayrı-seçkiliklərə məruz qalan qadınlar indi bu ayrı-seçkiliklərə qarşı fəal mübarizlərə çevrildi. Bununla belə, bütün dövrlərin, cəmiyyətlərin fərqli baxışları hər zaman olmuşdur və bu gün də var. Dialektik yanaşsaq, bu fərqliliklər inkişafı şərtləndirir, daha mütərəqqi, sivil formaya doğru aparır. Bizim cəmiyyətimiz üçün xaraterik deyil: qadın şiddətə məruz qalsın, qadın hüquqsuzdur və s. Bəlkə də Azərbaycan qadınlarına həsəd çəkən dünya qadınları da var. Qadınlar cəmiyyətin bütün strukturlarında təmsil olunurlar, fəaldırlar və s. Haqqında söhbət etdiyimiz geyim məsələsi isə təhdid, təqib niyyətli daşımır, sadəcə, cəmiyyətdaxili münasibətlərin bir fərdi nümunəsidir.

Azərbaycan qadını tarixin bütün zamanlarında xalqına, millətinə xas əqlaqi keyfiyyətləin tərcümanı olub…Azərbaycan qadını heç vaxt biqbordlarda, divarlarda , plakat və panolardakı reklam stimulluğu yaradan vasitə olmayıb, maneken olmayıb.. Heç uzaq deyil ki, 30-40 il öncə kənddə müşahidə edərdim: toya, qonaqlığa, ata, qayınata/qayınana evinə , həkimə, hara-hara gedəndə ərlə qadın yanaşı getdiyini görmədim. Ən azından 1-2 m arxada gələrdi qadın. Bizim ağlımız indiki kimi kəsməsə də, xoşumuza gəlirdi. Gələcəyimizə bu hislərin yaratdığı təəssüratlarla gəlirdik. Üzübəri gəldikcə, yəni indi, “kayb oldu” bu gözəlliklər.. Bu gün onların yerlərini tutanlar nə qola girdilər, nə də heç arxasına salıb bir yerə aparmadılar. Zərrə-zərrə soyuqlaşmağa, Antaraktidaya doğru səmtləndilər guya bir-birlərini sevən bəzi indiki gənclər.O vaxtın ailələrində ən azından 5-6 uşaq olurdu, onlara necə geridə qalmış dümək olar: indikilər 2 uşağı böyümək iqtidarında deyillər. Amma o vaxt (hamımızın anaları, nənələri belə olub) ata evindən gəlin köçən qız ər evinə çatana kimi dua edib ki, Allahım, mənə xeyirli yol aç, isti ocağa qismət olum, yaxşı yoldaş, gəlin, ana olum, bu ailəyə bir ayrı canlılıq da mənim ayağımla düşsün.

İndi varmı bunlar: indikilər gələnin səhərisi gündən karyera, iş yeri haqqında danışmağa başlayır… Bu cür məsələlər çox həssas məsələlərdir. Auditoriya da fərqli baxışların daşıyıcıları ilə, yəqin ki, müxtəliflik yaradacaq. Amma səmimi olmalıyıq. Biz də sizin biriniz. Bütün dünyada belə baxışlar, fərqli baxışların qarşılaşması, müzakirəsi var. Biz fikirlərimizi hamıya aid etmirik. Biz fərdləri deyil, belə halları yaradan səbəbləri, belə halların özünü qınağa cəlb etmək istəyirik. Elə haqqında danışdığımız ilahiyyat alimi Osaman Çəkərin fikirlərindən də bu yanaşmada faydalana bilərik. Yaxşı bir inkişaf üçün, bir yaxşının doğru qiymətləndirilməsi üçün fikir müxtəlifliyi ancaq inkişafa, bu inkişafın davamlılığına xidmət edər.

Keçmişdə də bu qədər olmasa da, krimonegen hallar vardı, fəqət, harda br  hadisə baş versəydi,   ondan ancaq  baş verdiyi ətrafda xəbərdar olurdular. Amma indi  informasiya texnologiyaları elədir ki, bütün Azərbaycanı, dünyanı əhatə edən hadisələri gündəlik izləyirik. Fikir verirsinizmi, nə qədər intihar halları, insan həyatına edilən qəsdlər var. Elə iyrənc hadisələr olur ki, adam dəhşətə gəlir… Sevgi üçün kimsə intihar edirsə, necə başa düşmək olar bunu? Bütün müəllimlər, direktor sinif rəhbəri, yerli hakimiyyət nümayəndələri deyir ağıllı idi, yaxşı oxuyurdu, mehriban idi..  Adama elə gəlir ki, hamı məsuliyyətdən qurtarmaq üçün özünü qoruyur. Ay balam, bir gənc balanın hələ buta ikən sazağa tuş gəlməsini təsadüf, bir olacaq adlandırıb üstündən necə  keçmək olar? Həmin ailələrə mənəvi-psixoloji dəstək olmaq lazımdır. Baş verən bütün hadisələri isə regionlar, cinslər, yaşlar üzrə qruplaşdırıb söhbətlər, görüşlər  və s tədbirlər keçirmək  olar. Bu cür tədbirlərlə 1 adamı belə,  xilas edə bilsək, böyük iş görmüş olarıq.

kiminsə  sevgisinə qovuşmaq uğrunda mübarizə apardığını görmüşük. Müəllimə qoşulub qaçır, uşaq qoşulub qaçır, daha nələr. Bəs, bunlara nə ad verəsən, sevgidirmi bunlar?  Bunlar anomaliya deyil: mühitin, hardansa sirayət etmiş təsirlərin səbəbidir. 15, 16, 17, 18, 19 yaşlı uşaq hara tələsir evlənməyə, dünyanın axırıdır?

Bunların baş verməsində internetin, mobil telefonların, xarici filmlərin, internet-kafelərin və sair: kütləvi informasiya vasitələrinin, bir çox telekanalların proqramında gənclərin tərbiyəsinə əks təsir edən o qədər məqamlar var ki. Günümüzün uşaqları sanki yaşlarını qabaqlayıblar, artıq yaşlarının anlaya biləcəklərindən daha çox şeyləri bilirlər, daha çox şeylərə maraq göstərirlər, can atırlar. Bu cür  meyillər   başlanğıcını hələ keçən əsrin 80-ci illərindən hiss olunurdu.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı