,

Araya qılınc qoymaq

Etnoqrafiya

Azərbaycan xalqının ağız ədəbiyyatı zəngin və mükəmməl bir əxlaq dərsliyidir. Bu dərsliyi yaradan konkret şəxs və ya bir neçə məlum adam deyildi: bütövlükdə el-obaya əxlaq verməyə haqqı olan ağsaqqal və ağbirçəklər olmuşdur.  Onların xələflərinə , bizə tapşırmaları da  zamanın sınağından dəfələrlə çıxarıb təsdiq etdikləri hikmətlər idi. Bu qənaət, təfəkkür, düşüncə kortəbii yarana bilməzdi.

Hansısa ali dərəcəni, ixtisası almaq üçün xüsusi təhsil görmək lazım deyil, Kral Akademiyasını, Oksford Universitetini bitirmək də tələb olunmur. Hansısa dünyaşöhrətli bir fizika alimi, kimyaçı, hüquqşünas, müəllim, bəstəkar elmin, sənətin ən uca zivəsinə, təbii ki, adidən aliyə doğru inkişaf edir. Bizim ailə-əxlaq məcəlləmiz bax beləcə qaynar həyatın özündə yaranıb, cilalanıb, üzübəri gəldikcə də, nəsildən-nəsilə ötürüldükcə də daha kamilləşib, bəşəri məzmun və mahiyyət kəsb etmişdir. Əslində, sevginin, sədaqətin, Qu məhəbbətinin akademiyası yoxdur. İnsan yarananda heç məktəb nə gəzirdi, akademiya hardaydı, amma insan insana ehtiyac duyurdu. Bu ehtiyaclar başlanğıcda, mağara insanlarının ilkin yaşamaq vasitələri əldə etmək imkanlarından başqa bir şey deyidi. Kişilər günlərlə, bəzən həftələrlə-aylarda ov dalınca gedər, çöldə-bayırda qalardılar. Qadınlar ocağı-odu qoruyardılar. Onda uşaq doğulurdu, amma düşünülmüş ailə institutu yox idi. Uşaqlar atalarını belə tanımazdılar, heç ehtiyac hiss etməzdilər ki, indiki kimi ata işdən gələnə yaxın uşaq qapının yanını kəsdirib dursun, ata evə gəlincə üstünə atısın…Hamı sevinsin: ata da, uşaq da, ana da… Bax, əks cinsləri mağara münasibətlərindən bu səviyyə məhəbbət, dəruni eşq formalaşdırıb gətirib çıxardı. Eşq , sevgi yalnız rəsmi izdivac demək deyildir. Nikah kəsdirmədən də mağara münasibətləri mümkündür, lap bu gün də. Amma eşq hara, qadın hislərinə bu hərislik hara? Bu xalqın əxlaqi-etik normaları, ailə-əxlaq məcəlləsi keçən əsrdə yaranmadı. Əsrlərin o tayından Dədə Qorqud məsləhətlərindən özül tutub günümüzə gəlib çıxdı. Ailə institutu, sevgi, əxlaq, namus ölçüləri canlı həyatın özündə formalaşıb, cilalanıb, zənginləşib, belə deyək, ratifakasiya edilərək həyata status alıb.
Bizim zəngin folklorumuz indi də xalqımızın tükənməyən sərvətidir, babalarından qalan miras və bu miras , sadəcə, mənəvi varislik yolu ilə – südlə, qanla ötürülüb. Tarix boyu maddi sərvətlərini yağılar yamğalaya bilib, müəyyən qədər dəvələrə, atlara yükləyib apara bilib, amma nənəvi sərvətlərimiz hər zaman üzərinə əlavə olunaraq nəvələrinə, nəticələrinə, kötükcələrinə, güllücələrinə, unnicələrinə çəlib çatmışdır.
“Kitabi-Dədə Qorqud ” dastanlarına müraciət edək. Azərbaycan ailəsinin sarsılmaz özülü, birinci meyarı olan hər zaman Namus məsələsidir.  Ümumiyyətlə, nağıl və dastanlarımızda, “Kitabi-Dədə Qorqud ” boylarında qılınc namusun mühafizəçisi kimi diqqəti cəlb edir.

“Əgrəyin dustaq olduğu boy”maraqlı bir epizod var: el-obanın qəhrəman oğullarından olan Səgrək qardaşı Əgrəyin dustaq olması xəbəri bilincə, onu xilas etməyə can atır. Ata-anası onu bu qorxulu yoldan çəkindirmək üçün evləndirirlər: elin-ulusun söylədiyi kimi “əlin-ayağın bağlayırlar” ki, ailəsini, el-obasını tərk edib getməsin. Toy axşamı Səgrək gərdək otağında gəlinlə öz arasına qılınc qoyur:

İgidim, mәn sәni bir il gözlәrәm,
Bir ilә gәlmәsәn, iki il gözlәrəm.
İki ilə gәlmәsәn, uç-dörd il közlərәm.
Dörd il yox, beş-altı il gözlәrәm.
Altı yolun ayrıcında çadır quraram,

Gedәndәn gәlәndәn xәbәr
soruşaram.
Xeyir xәbər gәtirәnә at, don verәrәm, qaftanlar
geydirәrәm.
Şәr xəbәr gәtirәnin başını kәsәrәm.
Erkәk bir milçәk dә sinәmә qondurmaram.

Murad verib, murad al, sonra get, igidim!

 Səgrək isə inadından dönmür: “Qardaşımın başına and içmişәm, dediyimdәn dönmәrәm!”

Bir balaca epizodda varlığımız, mənəviyyatımızla bağlı necə böyük hikmətlər əks olunub.  

 Məsələnin  mahiyyəti həm müasir  düşüncə baxımından, həm də arxaik düşüncə baxımından   müxtəlif    cürə izah oluna bilər. Məsələn, folklor ünsürlərində  qılınc, ilan eyniləşdirməsinə əsaslansaq, nağıllarda guya  padşah qızları ilə evlənən oğlanlar elə toy gecəsi ölürmüş Guya nişanlı oğlan gərdəyə girib öz   halal yoldaşı ilə bir yastığa baş qoymaq istəyəndə gəlin ağzından bir ilan çıxıb onu sancıb öldürümüş. Səgrək demək istəyir ki,  qoy bu qılınc mənim sonum olsun,   mən qardaşımı azad etməyincə,  sevdiyimlə bir  yastığa baş qoysam.

“Dədə Qorqud” dastanından başlamış “Manas” dastanına qədər bir çox ədəbi-bədii mənbələrdə  qılıncın kult olduğuna işarə edilmişdir. Belə mənbələrdə  araya  qılınc qoyan şəxs and içmək  kimi  öhdəlik götürür:demək istəyir ki, mən vədimi yerinə yetirməyincə, mənə halal deyilsən.

Çoxdan maraqlı bir yumorvari əhvalat eşitmişdim. Olsun ki, qınayacaqsınız. Fəqət ironik bir gülüşdə olan açını önə çəkmək istəyirəm. Bu əhvalatda söylənili ki, ətraf 4-5 kəndin adamları hər həftənin bazar günü keçmiş üstüaçıq maşınlarda rayon mərkəzinə bazara gəlirlərmiş. Mallarını satar, sonra tələm-tələsik qəndddən-çaydan, gündəlik tələbat mallarından alıb həmin maşınla da qayıdırlarmış. Maşına çatmazdılarsa, getmələri nə vaxtsa maşın olana kimi qalırdı. Demək, bir oğlan, bir axşama malların satıb qyrtara bilmirlər. Digərləri isə mallarını satıb-qurtarır, bazarlıqlarını da edib nə qədər ki, axşam düşməyib, kəndlərinə çatmaq istəyirlər. Bu gecə qalan qız -oəlan da fikirləşirlər ki, həmişə getdikləri vaxta hələ var, bəlkə ona kimi satacaqlar. Amma bu biçarələr o vaxt satıb qurtarırlar ki, artıq öz maşınları yola düşmüş olur və bu vaxtdan sonra onların kəndinə maşın olması çox böyük təadüfdən asılı imiş. Bunlar piyada yola düşürlər ki, maşın harda rast düşərsə, minərlər. Maşınsa olmur. Yolu yarılayanda görürlər ki, qaranlıq düşüb, bu vaxtı meşədən keçməyə qorxurlar. Məcbur olub uzaqdan pəncəsindən lampa közərən bir evə yaxınlaşıb Allah qonağı olduqlarını bildirirlər. Ev sahibi bunları qəbul edib, yatacağı otağı göstərib gedirlər.
Bunlar yorulmuşdular, yatmalı idilər ki, obaşdan qalxıb yollarına davam etsinlər. Amma naməhrəm kişi ilə bir otaqda necə qalsın, bu nə işdir başına gəldi. İndi bu otağın divarlarına , yatmayıb onları gözləyən çırağa (!) necə cavab verəcək. Axırda oğlan sükutu pozur ki, yeri aç, yataq da. Qız soruşur ki, bəs sənin yanında necə yatım.. nanəcibliyin -zadın yoxdur ki. Oğlan and-aman edir ki, əşi, bu nə sözdür. Yerimizi sal, yataq. Xülasə, oğlanın yuxusu qaçmışdı. Yerində o tərəf-bu tərəfə qurcalanırdı. Nə illah edirdi gözünü qırpa bilmirdi. Özünü cəm edib dillənir ki, bəs mənim uşaqlığığımda bir az nanəcibliyim olub, yadımdan çıxıb deməmişəm.


İndi fikir verin. Dədə-babalarəməz nə qədər mərd, ciddi, sözü bütöv insanlar olub. Dilindən söz çıxıbsa, and veibsə, əlini çörəyə basıbsa, verdiyi sözü, vədi yerinə yetirəcək. Və araya qılınc qoymaq da, mənim fikrimcə, yəni, O vaxt hansısa bir çıxılmaz şəraitdə qadın nabələd kişinin yanında – onunla eyni otaqda yatmağa məcbur olurmuşsa, yaxud da xəyanət, hiylə-filan ola bilərmişsə, aralarına qılınc və yaxud bıçaq qoyub yatırmış, deyirlər. Bu, bir növ zəmanət idi: o qadını öldürmək olar, asmaq olar, amma kimsə vəhşilik edib onun heysiyyətinə toxuna bilməz; qadın-qız öldürüb-ölmək qərarından birini seçər, ya da elə ikisini də seçər. Kişinin qılınc qoyması isə əmanətə cavabdehlik, sonsuz məsuliyyət anlamını ifadə edir:ölümü qəbul edərəm, fəqət, bu şərəfsizliyi götürmərəm.
Çox təəssüf ki, zaman irəliyə doru addım atdıqca, qlobal dəyişikliklər mənfin təzahüründə mənəviyyatımıza da təsirsiz ötüşmədi. Söz, vəd bir çoxları üçün urvatdan düşdü. İndi çoxları var ki, cavabdehliyində notariusun, məhkəmənin möhürlü öhdəliyi və ya qərarı var, di gəl, bunların heç birinə əməl etmir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı