Nostalji

Uşaqlar göydən 3 alma gözləyir,  atalar-babalar  iki…

Uşaq dünyaya göz açanda beyni, dünyası tərtəmiz, ağ vərəq kimi olur. Ona görə də hər eşitdiyi , gördüyü nə var, xatirəsində silinməz iz buraxır, əbədilik həkk olunur. Məsələn, oyunlar, təbiətlə bağlı müşahidələr, kitab oxumaq, nağıla qulaq asmaq və s.

8-ci sinfə qədər, xüsusən, ibtidai siniflərdə bizə kitabları yay tətilindən alırdılar və dərs ilinin başlamasına qədər biz bu kitabları oxuyub başa çıxırdıq. Burası da var ki, dəsliklər də indiki kimi deyildi: həm məzmun, həm ideya, həm tərtibat, həm gigiyenik və baxımdan büsbütün uşaqların zövqünü oxşayacaq dərəcədə hazırlanırdı.

Mən , bütün nağılları, dastanları , demək olar ki, 8-ci sinfə qədər artıq oxumuşdum.

Nağılları çox sevirdim. Ən çöx da qaravəlli ilə başlayan hissə ləzzət edirdi. Məsələn, “Daş üzük” nağılı belə qaravəlli ilə (buna “pişrov” da deyilir)  başlayırdı: “Badi-badi giriftar, hamam-hamam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər, köhnə hamam içində. Qarışqa şıllaq atdı, dəvənin qıçı sındı. Hamamçının tası yox, baltaçının baltası yox. Orda bir tazı gördüm, onun da xaltası yox. Günlərin bir günündə, Məmmədnəsir tinində, göy imamın belində, biri varıdı, biri yoxudu, Allahdan başqa heç kim yoxudu. Mən çox şilaşı yemişəm, heç belə yalan deməmişəm.

Kimdən sizə deyim, əyyam qədimdə bir keçəl varıdı. Bu keçəlin də bir anası varıdı. Bunlar çox kasıb idilər. Keçəlin anası gündə bir yumaq əyirərdi, keçəl aparıb bazarda satardı, onun puluna çörək alıb, gətirib yeyərdilər. Belə-belə bunlar dolanardılar….” və sair.

Eləcə də nağıl sonlarının da özünün qəlibləri olurdu, məsələn :  “40 gün,  40 gecə toy eləyib, paccah qızını  Lalaya  aldılar. O gündən  gözəl günlər keçirməyə başladılar”.  Və yaxud:  “Göydən  üç alma düşüdü: biri mənim, biri özümün, biri dənağıl danışanın.”

Uşaqdıq da, hər nağıl bitəndə göydən alma gözləyirdik. İndi, gözüm dəyməsin, maşallah, özüm boyda olan böyük oğlum uşaqlığında çoxlu nağıl öyrənmişdi. Özünəməxsus çılğın səsi ilə elə söyləyirdi ki,  o vaxt yaşadığım duyğu indi də    məni tərk etməyib,  necə var, yaddaşımda elə də qalıb… Gəlib nağılın sonuna çatanda deyirdi ki, göydən 3 alma düşdü, biri mənim, biri qardaşımın, biri də anamın. Mən də deyirdim ki, o, pisdir, ona olmasın: biri sənin , biri qardaşının, biri də atanın. Oğlum da deyib dururdu ki, yox, olsun. Elə bilirdi ki, guya mən lap yemişdim, onun anası qalmışdı.

Uşaqdı da,  elə bilirdi ki,  həqiqətən, göydən 3 alma düşəcək…bir vaxt atası özü də uşaq olanda inanırdı ki, nə vaxtsa göydən alma düşəcək. 

 O vaxtdan  çox nağılları  başa vurdum,  müəyyən mənada  yaşadığım  nağıl ömrün  göydən 3 alma düşəcək məqamlarına  da gəlib çatmışam da, amma almalar düşmür ki-düşmür. 

 Düşməsin də… Düşdüsə, demək həyat nağılı da bitəcək, köç vədəsidir.

Lap ikisi düşsə də, 3-cü düşməsin, düşə bilməsin… Babalar bir qədər də çox yaşasın. Nəvəli  həyat yaşamaq çox şirin….

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı