Poeziya buketi, nəğmə çələngi

Azərbaycan

Od ürəkli , od nəfəsli diyarımsan

Ocağına canım qurban , Azərbaycan !

Əzilsən də , əyilməyən vüqarımsan

Bu çağına canım qurban , Azərbaycan !

***

Neçə gizli sərvət yatır qucağında ,

Neçə ölkə od aparır ocağından .

Azadlığın al rəmzi var bayrağında

Bayrağına canım qurban , Azərbaycan !

***

Hər uğurun gələcəyə bir yol açır ,

Hər dost elə xoş niyyətin işıq saçır .

Hər millətə , hər məzhəbə isti , açıq

Qucağına canım qurban , Azərbaycan !

***

Başım üstdə məğrur-məğrur dalğalanan

Bayrağına canım qurban , Azərbaycan !

Ruhuma büt , cismim üçün vətən olan

Torpağına canım qurban , Azərbaycan!

***

Savaşlardan alnıaçıq çıxan zaman

Tarixlərə bağışladın neçə qurban.

Hər qonşuda bir parçası əsir qalan

Torpağına canım qurban , Azərbaycan !

 Ayrı-ayrı  nümunə seçmələr

Kimsə deyirdi ki, kişi ağlamaz,

Hanı gülə-gülə ölən kişilər?

Arvadı itirən kişini duymaz,

Arvadı yanında olan kişilər.

 

******

Qumrular qoşa gəzir,

biz ayrı, sənə qurban!

Bir quşca da olmadı,-

o qan yox, o damar yox!

******

Dahilər təqib oldu,

Dahilər xalqa verdi

bütün istedadını.

Adilər xalqdan aldı

şöhrətini, adını.

*****

Yaşayaq, ömr edək dünyada bahəm,

 bizim bəxtimizə görək nə düşür?

Mənli günlərinə cavabdehəm mən,

Mənsiz

öz taleyin öhdənə düşür.

*****

Qələm olsam, varağım ol,

sususz olsam, bulağım ol,

Sən evim ol, otağım ol,

mən yanan çırağın olum!

*****

De, nədir səadət həyatda, gülüm,

bir  könül xoşluğu, bir az təbəssüm.

Onu da, bunu da sən bağışladın,

 dünyanı dünyada sən bağışladın.

*****

Vəzifəyə gələndə,

 baş əy, salam ver ona.

Vəzifədən gedəndə

atasının goruna…

*****

Nə  deyim, belədir dünya qədimdən,

səbri də böyükdü torpağın, daşın.

Ürəkdən gülməyə ehtiyat edən,

bircə qadın idi –

 həyat yoldaşın.

*****

Kənd qızının həyasını,

öz ağbirçək anasını,

bizim ellər dünyasını

qoydu lağa,

Özü boyda ləkə oldu bu torpağa.

******

Yox oldu o gülərüz,

o  ağ, bakirə bədən.

Evdə də gizlədərdin,

özünü  öz ərindən.

Sən həya saxlayırdın,-

arada abır, ismət.

Səni  mənim əlimdən

torpaq aldı, nəhayət.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı