Mövqe

Bu yazını isə indicə tanış olduğum bir yazıdan təsirlənərək yazdım. TeleradioŞurası hara baxır? İnsanlar bu qədər haray çəkir, TeleRadio Şurası öz strukturlarında ketyfiyyət dəyişiklikləri edə bilmir. Zaur, o biri Zaur, Sərxan, Elgiz, Əli Mirəliyev Elvira və daha neçə şou aparıcılarına auditoriyaya söz demək qadağan edilməlidir. Bunlar canlı veriliş aparmağa hazırlıqlı deyillər, buna təcrübələri, bilikləri yoxdur. Bu verilişdəki məsələ çox həssas mövzudur. Belə vəziyyətlərdə aparıcının tərəflərə ağsaqqallıq , verilş prinsipləri baxımından isə moderatorluq etməyə kifayət qədər həyat təcrübəsi, dərin müşahidə qabiliyyəti olmalıdır. Xalqının adət-ənənələrini, milli dəyərlərini, psixologiyasını bilməlidir.

Əkbər adlı oğul anasından məhkəmə qaydasında DNT analizi tələb etməyib? Sadəcə, Sənubər ananın öz doğma balasını, 20 günlük gəlinini evdən qovması , yaxud evdən çıxartması oğulun analıq sevgisini paramparça edib. Psixoloji məqamdır. Heç bir doğma valideyn belə etməz. Oğul da bunu belə qəbul edir. Doğma ana belə edə bilməz, etməməli idi.
Oğul ikili zərbə alır: həm çölə atılır, qarşıda onu ciddi çətinlikərə itələnir. Ata-ana yeni evlənənləri əlahiddə ev alıb və yaxud tikdirib ora köçürmür ki. Yəqin, deyirlər ki, gedin kirədə qalın, özünüzə gün ağlayın. 2-ci zərbə isə bu oğul üçün ana varlğı haqqında qanına, canına hopan müqəddəsliklər tamam məhv olmasıdır.
Mışhur fransız yazıçısı Onore de Balzak çox sərrast ifadə etmişdir ki, “Bir ana ürəyi, dibində həmişə əfv olan bir uçurumdur.” Bu oğul da bunu gerçək kimi qəbul edir.
Bəs Ana niyə belə etdi? Oğul depressiv vəziyyətdə düşünür ki, bəlkə, o heç Sənubərin doğmaca övladı deyilmiş . Doğma anası övladını, gəlinini bayıra atmaz axı. Dədə Qorqud cəmiyyətində qayınanalar gəlinlərini evdən çıxarmazdılar, evlərinə gəlin gəldiyi üçün sevinərdilər, deyərdilər :
- Yoluna qurban olayın, gəlinciyim!

Bu cəmiyyətdə qayınatalar da, qayınanalar da gəlinlərinə – “Anam kişi, qızım kişi!” deyə müraciət edərmişlər. Bəlkə Əkbər də toy gününə qədər sevdiyinə belə nəvazişlə qarşılanacağı ilə çox xəyallar söyləyibmiş. Bəs nədən belə oldu, niyə ana oğluna da, gəlininə də “Gedin!” dedi.
Bala dadı, bal dadı,
Bala adamı aldadır.
Şirini şirin olur,
Acısı da bal dadır.
Bəs bu nə şirinlik oldu?
Bir arı 1 kq bal toplamaq üçün 300 min km məsafəyə uçurlar, bu isə ekvator boyunca 7 dəfə fırlanmağa bəs edir. Arı bir gündə 200 hektardan çox sanəni gəzib dolanır. 100 qrqm bal üçün 1 milyon çiçəkdən şirə götürür. Elə isə dünyaya gələndə çəkisi 3-4 kq olan bir yavrunun ekranlarda gördüyümüz Əkbər səviyyəsinə gəlincəyə qədər Sənubər ananın çiçəyə, gülə qonmaq yox ey, keçirdiyi yuxusuz gecələrin, səksəkələrin sayını deyin. Mümkünmü bu gecələrin, səksəkəkərin ölçüsünü, çəkisini müəyyən etmək?! Onda Əkbər dilemma qarşısında qalıb bu seçimi edib: bəlkə mən heç doğma ana bildiyim Sənubərin dogma oğlu deyiləm. Əgər bu gümanım güman olmaqdan uzaq gedə bilməyəcəksə, onda Balzakı dediyi kimi, yenə də dibində əfv olan bir uçruma düşmüş olacaq.
Məncə, belə situasiyalar canlı tirajlanmamalıdır. Belə verilişlərin münsifləri daim dava salan, adları cürbəcürə qalmaqallarda hallanan ekspertlər deyil, müdriklər, 40-50 il evlilık həyatı yaşamış və əxz edilməli həyat yolu olan müdriklərimiz olmalıdır. Bizə status lazım deyil, müdrik lazımdır. Amma cəmiyyətəekranlardan dərs keçənlərin çoxsunun belə keyfiyyəti yoxdur. Bunun başlıca günahı kanal rəhərlərində, birbaşa bu layihəni idarə edən Zaur Baxşəliyevin maarifçilikdən uzaq moderator olmasıdır.
Belə kanallara, belə aparıcılara maarifçilik yox, reytinq, bunun müqabilində yüksək faiz almaq hədəfdir.
Səməd Vurğunun “Vaqif ” pyesində belə bir səhnə var (III pərdə, V şəkil ):
Qacar əsir aldığı gürcülərin: Şaliko və qardaşının bir-biri ilə vuruşdurulmasını istəyir. Şərti də bu olur ki, qalib gələni azad edəcək:
Qacar:
Əsir gürcülər!
Sabah bu dağlara gün doğan zaman
Asılacaqsınız dar ağacından.
Soyunun, vuruşun, şərtim var yalnız:
Soysun dərinizi dırnaqlarınız,
Görünsün gözümə qıpqırmızı ət…
Qoy alsın ürəyim yeni bir qüvvət!
Sabah hücum vardır…
Tez olun, döyüşdə sağ qalan nəfər
Azad olacaqdır!…
Qacarın bu qərarına səxavət demək olardımı ?
Bu zaman Şaliko adlı qardaş Qacara yalvarır:
Şahim, bizqardaşıq…birdir qanımız,
Birdir vicdanımız, birdir canımız.
Qacar:
Necə? Qardaşsınız?
Gürcülər:
Bəli!
Qacar:
Vəzir, bax!
Bu oyun doğrudan ləzzət olacaq!
Məşhur əsərdən bu epizodu ona görə diqqətə gətirdim ki, bugünün özəl telekanallarının əksəriyyətinin fəaliyyəti də ictimai məzmun kəsb etməyən şoulardır, dəyərlərimizə səlib yürüşüdür. “Bizimləsən” proqramında bu cür ailə çəkişmələri də “Vaqif” pyesindəki həmin səhnəni xatırladır. Əgər bu veriliş canlı olmasaydı və verilişə müdriklər, ağbirçəklər dəvət edilsəydi, belə ana-oğul qarşıdurması yaranmazdı. Yarandaydı da, verilişdə coşan, kükrəyən hisləri məcrasına qaytarıb, tərəflərə “Orta həddi” keçməyə qoymazdılar. “Bizimləsən” proqramının müəllifinin isə belə hədəfi olmayıb. Ana-bala qarşıdurması sou auditoriyası üçün çok olacaq deyə düşünülüb. Artıq bu xəbərə Youtubedə 200000-ə yaxın baxış sayı var. Bu isə o deməkdir ki, 200000-ə yaxın ailəyə bizim ailə dəyərlərinə xaç olmayan belə utanc vəziyyət nümayiş etdirilib. bu isə o deməkdir ki, ailə institumuzun başı üstündə bir badi-sərsər əsməkdədir.

Proqram müəllifi gərək bütün məsələlərə dərindən nüfuz edə. Elə edə ki, sözün, sənətin müdriklik səlahiyyətini tanıtım edə bilə. Verilişə dəvət edilənlər belə tanıtımı qəbul etmək halında deyillərsə, niyə belələrini ekrana çıxarıb cəmiyyətə zorla təqdim edirlər. Belələri problemlərini zəhmət çəkib məhkəmələrdə çözsünlər Televiziya, mətbuat o hadisələri, o şəxsləri gündəmə gətirsinlər ki, onlar məhkəməlik deyil, bir həssas münasibətin, ağsaqqal məsləhətinin ehtiyacında olmuş olsunlar.
Sonda isə ümid etdiyimi bildirərək Sənubər Anaya üz tuturam. Yuxarıda qeyd etdiyim kimi bir ananın övladı üşün çəkdiyi qayğıları çəkə bilən, ölçən tərəzi, hər hansı bir ölçü cihazı yoxdur və ola da bilməz.
Ömru coxdu yaşından,
Yazı kəmdi qışından.
Bizə beşik başınndan
Analar qurban olur.
Gözləri dola-dola,
Yanağı sola-sola,
Balası gələn yola
Analar qurban olur.
Mən yanıram, yan demir,
Yalandan can-can demir,
Analar qurban demir,
Analar qurban olur…
Ümid edirəm ki, balanıza və gəlininizə pasibanlığınızı yenidən canlandıracaqsınız.


Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.