Vətən sərhəddən başlayır

Neynim, bundan özgə yol tanımıram

İstər yeddi yerə böl, tanımıram.

Dəniz tanımıram, göl tanımıram,

Bir körpə gözünün yaşından böyük…..                                                                            

 Hüseyn Arif

      Torpaqlarını 20 faizi 30 ildən artıq işğal altında  olan, bir milyondan artıq insanı zorla öz ata-baba yurdundan didərgin salınıb vaqon evlərdə, yataqxanalarda, ilan mələşən düzlərdə çadırlarda yaşmağa məhkum edilmiş  bir ölkənin    böyükləri ilə bərabər  uşaqları da  bu məşəqqəti yaşadılar.  Ağcdan perik düşən quşlar kimi öz ata yurdlarında  isti, şirin oyun yerlərini, oyunlarını  tərk edib, sadəcə,   canlarını qurtardılar.   Yarımçıq qalan oyunlarını  xatirələrində  yaşatdılar. İndi hamısı böyük uşaqlardır, ata və ana olanları da var.   İndi özlərinin o vaxtkı yaşlarında  övladları ilə dönəcəklər  vətənlərinə. Ata və  analarnın yarımçıq qalmış oyunlarını onlar davam etdirəcəklər. Buna da min şükür…

 Amma müharibə dəhşətləri unudulmamalıdır. Uşaqları sevən,  bir gülü,  çiçəyi, arını,quşu sevən  uşaqdan tutmuş əli əsalı qocasınadək hər kəs  sülh arzuları ilə yaşamalı, hərbə, müharibələrə nifrət etməlidir.

İkinci Dünya müharibəsindən bəri silahlı münaqişələr zamanı təxminən iki milyon uşaq həlak olub, daha çoxu yaralanıb və əlil olub. Onlardan milyonlarla insan evlərini tərk etmək məcburiyyətində qalıb, qaçqın olub, ailələrini itiriblər. Münaqişələr zamanı tarlalar, infrastruktur, xəstəxanalar və məktəblər dağıdıldığından, sülh əldə edildikdən illər sonra da uşaqlar xəstəliklərdən, qidalanmadan və təhsildən əziyyət çəkirlər. Yüz minlərlə uşağa narkotik və silah verilərək orduya cəlb olunur.

Təkcə Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilmişdir.  8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir.  76-sı uşaq düşmən gülləsində yara almış, 1275 nəfər əsir götürülmüşdür. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. 

2011-ci il martın 8-də Ağdamın işğal olunmuş Şıxlar kəndi istiqamətində erməni snayperinin atəş açması nəticəsində, Orta Qərvənd kənd sakini 9 yaşlı Fariz Bədəlov həlak olmuşdur.  Yaşasaydı, indi bəy olmağa hazırlaşan balamız idi.

2016-cı ildə də Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində düşmənə məxsus partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak oldu. Müharibə olmasaydı,  bu balamız indi özü bəlkə də ana idi.

2017-ci ilin iyul ayının 4-də saat 20:40 radələrində isə bütün ölkəni sarsıdan  vəhşilik baş verdi:   Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində 2 yaşlı Zəhra və nənəsi həyatlarını itirdilər.

 2020 ci il 4 oktyabrında  ermənilərin qüvvələrinin Gəncəni artilleriya atəşinə tutması nəticəsində 1 nəfər ölüb, 32 nəfər yaralanmışdı. Xəsarət alanlardan biri də 8 yaşlı Banu İbrahimova idi….

Bu gün dünya çalxalanır.  Nə qədər qaynar nöqtəlr var.

Qəzzada hər 10 dəqiqədə bir uşaq öldürülür, daha 2 uşaq isə yaralanır…

Eyni ilə qarşı tərəfdən də uşaq itkiləri var.

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA)  mətbuat üçün verdiyi açıqlamalara görə,

qurbanların sayı 10 022 nəfərə çatıb, onlardan 4 104-ü uşaqdır. Hətta, bəzi məlumatlara görə isə,  qətlə yetirilmiş uşaqların sayı   5 minə yaxınlaşıb.

BMT-nin son illərdəki  hərb nəticələrinə aid  məlumatlara görə, 2022-ci ildə dünyanın 24 ölkəsində 2 985, 2021-ci ildə 2 515,  2020-ci ildə isə 22 ölkəsində 2674 uşaq silahlı münaqişələrdə həlak olub.  Bunları sağlam düşüncə ilə   nə başa, nə qəlbə yerləşdirmək olmur.

  Bu yazımı   Xətai rayonundakı 241 nömrəli Körpələr evi və uşaq bağçasının 44 günlük müharibədə  əsl qəhrəmanlıqlar göstərmiş,  noyabrın 9-da  Hadrutun azad edilməsi zamanı qəhrəmancasına həlak olmuş  kapitan Nəcəf Şikarovun abidəsini ziyarət edərkən ətrafa, o cümlədən mənə bəxş etdikləri emosional    təəssüratların diqtəsi ilə qələm alıram.  Bu südağızlı körpələrin olsun ki, hər birinin çoxlu sayda oyuncaq  tapançası, tankı, vertolyotları da  var. Hər birinin də hərbi geyimi və ya  hərbi aksessuarı var idi.

Bunlar öz evlərində və yaxud həyətlərində  “Dava-dava” da oynayıblar. Evə bir də sevimli anaları çağırandan sonra dönüblər,   sonrakı günlərdə də “dava” larinı beləcə davam etdiriblər. Onlar Milli Ordumuzun qəhrəman əsgərlərinin   erməni işğalçıları ilə döyüşdə göstərdikləri  hünər anlarını televiziyadan, internetdən izəyib onlara oxşamaq istəyiblər.  İndi də öz torpaqlarını qoruyan, yağılardan təmizləyən qəhrəman əmilərinin, dayılarının əsgər paytarını, furajkasını geyinib balaca çiyinlərini onların çiyinlərinə vermək istəyirlər.   Qorqud Dədəmizin and-amanı, tapşırması  var:

“Torpağı əkib-becərmirsənsə, qorumağa dəyməz, qorumursansa, əkib-becərməyə dəyməz.”

 Bu uşaqlar gələcəkdə öz torpaqlarının əsgərləri və sahibləri olacaq. Bu geyimlər də həmin niyyətlərdən xəbər verir.   

  Bu gün Zəfər bayramımızdır. Xankəndində hərbi poladımızın da olacağı gözlənilir. Müzəffər Sərkədrdəmizin, müzəffər ordumuzun addım səslərini Xanın şəhərindən eşidəcəyik. Bu parad əzə     arxamızca gələn nəsillərə təqdim edirik. lə nümayişi deyil, öz torpaqlarını işğal etmiş bir ölkənin sülh niyyətləridir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı