Əxlaq və mənəviyyat

.Amma, təəssüf ki, həyatda bunun əksini görürük. Qayıana-gəlin münasibətlərinə gəlincə, çox az ailə münasibətləri gördük və mətbuatdan, televiziyadan eşitdik ki, əminn-amanlıqdır: uzaqbaşı əmin-amanlıq 5-6 ay, bir il davam edir. Fərqi yoxdur qızmız haqqında deyilir bu sözlər , ya oğlumuz. Hər kəs bir nəfəri xoşbəxt etsə, necə gözəl olardı həyat. Bunun üçün sevgi xəzinəsinin üstünə zərrə qədər də olsa, hər gün sevgi əlavə etmək lazımdır. Qurulu-qoşulu, hazır şəkildə səadət yoxdur, ola bilməz də, arzulamayın da.
Arzulayın və ər evinə hələ köçməzdən əvvəl bir ailənin gəlini, bir ərin çiyinlərinə dəstək verəcək silahdaş, bir xanım olmağın incəliklərini öyrənin. Siz gender-menderlərə üz tutmayın. Qadının xoşbəxt günlərinin özülü ər evində qoyacağı guşədaşından başlanır və necə hörülürsə, sonra da o özül üzərində qurulmuş sarayda yaşamalı olur . Qızlarımız bilməlidir ki, hansı gəlin ki oğulla ana arasında soyuqluq yaradır, hansı gəlin ki ər evin qapısından girən günün səhərisi ayarılmaq istəyir, sərbəst yaşamaq istəyir, isti yerini soyuq edir. Gəlin əksinə, ailənin içərilərinə doğru getsə, qayınanası (anası) ilə işbirliyi, dilbirliyi yarada bilsə, vallah-billah, özü üçün elə öz anasına tən arxa-dayaq qaznar, dost qazanar. Ond ər də bunları dəyərləndirməyə borcludur.
Mən türk saytlarından oxuduğum və günümüz üçün nümunə ola biləcək iki hadisəni paylaşmağa ehtiyac duyuram:
1. Atatürk Təhsil və Araşdırma Xəstəxanasında 28 yaşlı iki uşaq anası Fövziyə Doğan öz böyrəyinin birini qayınanası 59 yaşlıYüksəl Doğana bağışlamaqla onun sağlamlığa qovuşmasını təmin etmişdir.
2. Zonguldakda isə xroniki böyrək çatışmazlığı xəstəsi olan 33 yaşlı Selin Ərdəmin narahatlığı reallaşdırdığı doğumdan sonra daha da kəskinləşəndə, onun həyatda qalması üçün yeganə ümid donor böyrəyə qalır. Belə vaxtda 56 yaşlı qayınanası Ümməxan Ərdəm düşünmədən, məsləhət etmədən cərrahiyyə stoluna uzanıbmış.


Eşq olsun, zaman-zaman yaranıb daşlaşmış utanc bir baxışa ağılın təntənəsi ilə yeni biçim, yeni ruh gətirdilər.
Çox ibrətamiz gerçəklərdir: birində gəlin, birində qayınana. Axı niyə də olmasın.
Sən yerini biləcəksənsə, sən ərinə hörmət edəcəksənsə, sən qayıananı, qayınatanı hörmətlə qarşılayıb hörmətlə saxlayacaqsansa, o oğul pis ola bilməz. Ata-anası onun dərsin verər.
Birdəfəlik bilmək lazımdır, ana hər zaman müqəddəsdir, o evin baş Xanımıdır. İndi gəlindən tələb olunur ki, ailənin şərafətini dəyərləndirməklə, özü də bu şərafətə öz payını əlavə etsin.
Bu ana , eləcə də, gəlin, sənin anan sizi bu səviyyəyə çatdırmaq üçün çəkdiləri fiziki yükü bəlkə də əvəzləmək olar, amma ki, üstünüzdə yarpaq kimi əsən, hər səksəndiyinizdə hövlnak yerlərindən qalxan, sizə ziyanı ol bilər deyə, nəfsinə hər zaman qadağalan qoyan, üşüyərsiniz deyə yazın, yayın istisində də qalın geyinən , amma heç daralmayan mərhəmətli, möhtərəm ananın haqqı deyil gəlin qədirsizliyi, forsu, tənəsi. O cümlədən qız ata-anası da kürəkənindən bu ədaları nəinki görməməli, heç hiss etməməlidir. Kürəkən də, gəlin də hər iki tərəfin valideynləri qarşısında borclarından , ilk növbədə, ağıllı, mehriban yaşmaları ilə çıxmalııdr. Bunu bacarsalar, valideynlərə hörmər etməyi də bacaracaqlar.
Mən əsl gəlin o gəlinə deyərəm ki, özü ən azından 2-3 il qayınanasının yanında qalmaq istəyir. Hansı yana çevirsək, hansı yandan baxsaq, bu, gəlinlər üçün çox lazımdır, evdar , ailəcanlı ola bilmək üçün, ailə özəlliklərinin sirlərinə bələd olmaq üçün. Burada pis olan heç nə yoxdur. Əksinə büsbütün başqa mühitdən yeni mühitə düşmüş bir qız üçün ilk vaxtlar çətin olur. Burada ünsiyyət, müraciət forması belə fərqli olur. Əlbəttə ki, elə şadlıq evindən birbaşa ayrıca mülkə gedən çətin hələ uzun zaman bu ailəyə adaptasiya oluna bilməyəcək. Əgər o gəlin 2-3 il qaynana-qaunata evində qalıb bu səviyyəyə kimi gətirdiyi övlaının uşaqlarını yanında, böyür-başında görməyəcəksə, gəlini çayını-mürəbbəsini əksik etməyəcəkdisə, elə göydən 3 alma bir qədər də tez düşəydi. Ki, ana övlad dünyaya gələndən tədarük görür, özündən əvvəl bu ocaqda gəlin olmuş və onlardan yadigar qalmış qızıl-zinət əşyalarını gəlini üçün əzizləyib saxlayır.

İndi isə gəlin onu bəyənmir. Belə gəlinin nə gəlinliyi olacaq, nə analığı olacaq? Sərt oldusa da, çəkinə bilmədim.
Bunu da deyəcəyəm: əgər bu gün qayınanalar olmasa, indiki gəlinlər uşaq saxlamağı, böyütməyi bacarmazlar. Bacaran da, saxlayan da elə bacarar, elə saxlayar: çığırda -çığırda. Özü yuxuya qalar, uşaq qatbaqat gedər.
Elə isə bəs niyə onda gənclər valideynlərdən ayrı yaşamağa can atırlar, niyə özlərini həyati dayaqdan məhrum edirlər? Belə hallar da olur ki, analar gördüklərindən, eşitdiklərindən özləri belə seçim edirlər ki, əgər onlar öz əlləri-öz başları xoşbəxt, sakit yaşayacaqsa, neynək, qoy ayrı yaşasın. Amma mən heç gprmədim çadləq evindən ayrı malikanəyə köçən gənc ailə sakit-salamat yaşamaqda davam etsinlər: 3 aydan sonra görürlər ki, yox, bunlar ayrı təsərrüfat ola bilmirlər. Nə vaxt gəlirsən çirkli paltarlar yığılıb qalıb, qab-qaşıqlar qalaq-qalaq, yataq yerləri yığılmayıb və.. Hələ gəlin də və yaxud oğul da gözə birtəhər gəlirdi.
Deməli, onları birdən-birə müstəqil buraxmaq hələ tez idi. Bir müddət ata-ana yanında qalıb “relsə düşənə qədər gözləməli” idilər. Hələ çox şeyi qayınanadan
tamam-kamal öyrənmək lazım idi. Gəlin – yeni ailə münasibətləri, gəlin – qaynana münasibətləri bir məcraya yönəlməli idi. Halbuki əksər ailələrdə bu var və indi də davam edir. Tək bir ailədə deyil, ümumiyyətlə, baxşılarda bu mənfi yanaşmaya son qoymaq mlazımdır artıq. Analar əziyyət çəkib dünyaya övlad gətirir, böyüdüb ərsəyə yetirirlər və sonda üstlərinə “qayınana-qayınata” yarlığı yapışdırıb yumor, bəzən də istehza obyektinə çevirirlər.
Ört-basdır etməyək ki, u gün Azərbaycan mühiti üçün ailə problemləri var və bu problemlər daha çox qadınlar arasında – qayınana, baldız və elti üçbucağında cərəyan edir..
Əvvəlcə qayınanalarınızın yaxşı olmasını gözləməyin, əvvəlcə özünüz yaxşı olun, sonra xoşbəxt olarsınız. Bir gəlin qayınanasının xarakterini dəyişdirmək fikrinə düşürsə, bu, baş tutmayacaq və doğru olmayacaq bir yanaşma, ən ağıllı olanı qayınanasını tanıyıb, ona doğru addımlar atmaq, sevmək və bu sevginin işığında öz sevgisini yaşamaqdır.
Qayınananızı tanıyıb, qəbul edib və ona görə addım atsanız, işiniz asan olar.
Yeni evliliklərdə bir-birlərinə gedib-gəlmək problemləri olur. Qayınana buyurur ki, nə gedin, nə də onlar gəlsin. Səni “qonaq-qonaq” oynamağa almamışıq.
Halbuki, bu ünsiyyət çox vacib. Əlbəttə, birmənalı olaraq qayınana evin Birinci xanımıdır. Belə məsələlərin qədərini və formalarını o müəyyən eməlidir. Bu cürə ünsiyyət yeni evlənənləri çox xoşbəxt edər. Bəzən qayınanalar övladları yeni evliykən çox getsə,həmişə elə alışırlar, elə istəyərlər deyə qorxurlar. Gəlinə qadağalar da buradan qaynaqlanlr. Amma bunun çox bir səmimi formasını etmək olar və gəlin də düşdüyü ailənin qayda-qanunlarına əməl etməklə elə mühüt yaranar ki, heç vaxt söhbət mövzusu olmaz. Bütün hallarda gəlin düşdüyü ailənin qayda-qanunlarıa hörmət etməlidir.
Belə hallar olur ki, bəzən analar elə fikirləşirlər ki, oğlu xanımınına qayğı, nəvaziş bəslədikdə ana qısqanır, elə bilir ki, oğulları arvadının sözünə baxıb anasını sevməkdən imtina edə bilər. Buna görə oğlu və gəlininin çox yaxşı müqavilələrində, məhəbbət etmələrindən narahat olurlar. Lakin gəlinlərin zənn etdiyi kimi ayrılsınlar da istəməzlər.

Burada da gəlinlər təmkinli olmalı, bir çox davranışları və ya münasibətləri dəyişdirməlidir. Məsələn, onun yanında müəyyən təmas bağlılıqlarındn uzaq olmalı, girməyin, bir-birlərinə ə “eşqim, canım” kimi nəvazişli məhəbbət xitapları etməməli, qayınananın qısqanclıq damarlarını çahə qaldırmamaq lazımdır. Bəzən olur ki, hələ oturuşmamış gəlinlər ərləri hər yeni şey aldıqda , bilərəıkdən qayınanalarını çatlatmaq üçün qəsdən onun gözünün qabağında edərlər, o eşidə-eşidə kiməsə telefon edərklər. Bu cür addımlar zərərdən başqa bir şey gətirməz.
Davamı var…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.