İbrət

Bir gün gənc bir qadın qucağında körpə uşaqla küçənin küncündə oturub yemək və pul üçün gəlib gedənlərə əl açır, yalvarırdı. Nimdaş paltar geyinmişdi. Üzü çirkli idi və yazıq görünürdü.
Bu qadın küçədən keçənlərə yalvararkən qarşısından gənc və yaraşıqlı bir kişi keçirmiş. O, qadına fikir verdi, amma bunu sezdirməmək üçün ona tərəf təkrar dönüb baxmadı. Qarçıda onu böyük və dəbdəbəli evində gözəl hazırlanmış nahar süfrəsi gözləyirdi. Amma o, yenidən həmin yazıq qadını və körpəsini təsəvvürünə gətirdi. İçində hissləri nəyəsə etiraz edirdi.
Gənc etirazlarını bildirmək üçün Allaha xitab etdi ki, niyə o qadına yazığınız gəlmirr? Niyə o uşaqlı qadına kömək etmirsiniz, İlahi?
Bu zaman ruhunun dərinliklərindən gələn bir cavab eşitdi:
-Mən etdim. Mən səni yaratdım!


Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.