Mövqe
Uşaqlığında, gəncliyində gələcək haqqında pək gözəl duyğuları olur adamın. Bu duyğulara yetmək üçün illər gözləmək zərurəti olsa da, özümüz onları xəyalımızda yaradırdıq. Elə ki, həmin məqama çatıb bir az da qabağa gedəndə məlum olurdu ki, sən demə, elə ən yaxşı həyatımız elə o arxada qoyub gəldiklərimiz imiş.
Bir cəmiyyətdə böyük-kiçiklik itib-batarsa, azad seks tərəfdarları ailə dəyərlərini, sevgini qara qəpikdə dəyərsiz edəcəksə, bu, birmənalı olaraq ailə institunun dağıdılmasına, yox edilməsinə hədəflənmiş niyyətlərdir.

İdeoloji mübarizəmizi təntitdilər, ədəbiyyatımızı, publisistikamızı, televiziyamızı atdan saldılar: artıq onlar zamanın, buna uyğun formalaşan yeni nəslin intellektindən geri qaldı və bu gün də belədir. Deməli, ideyalı ədəbiyyat, ideyalı sənət, ideyalı publisistika elə sovet dövründə qalıb.
Elə bir vaxt mövcud olmuş ağsaqqallara ehtiram, qadınlara hörmət, uşaqlara qayğı, ailə üçün cavabdehlik və məsuliyyət kimi əxlaqi dəyərlər də o dövrlərdə qaldı.
Mən bunun birinci səbəbini gözümü açıb gördyüm əmək və zəhmət nümunələrinin getdikcə qəhətə çıxması ilə bağlı görürəm. Onda hər səhərimiz analarımızın qayğıları ilə açılardı. Səhər biz oyananda artıq mal-qara sağılmış olardı.Toyuq-cücə yemlənərdi. Samovar həyətdəki stolun başında pakka-pak qaynayaraq hamını ətrafına cəm edərdi.



Qayınata-qayınana vardısa, əvvəlcə onlar gələrdi, sonra bir-bir əl-üzlərini yuyub uşaqlar gələrdi. Analar da başlayardı hər dəcəlinin ayrılıqda bir nazını çəkməyə. O cümlədən qayınatasının, qayınanasının. Ər bunların birini diqqətdən qaçırmazdı və canına yağ kimi yayılardı ki, qadını uşaqlarının atasına xidmət edir: bundan sonra isə həyat yoldaşına. Bunu görən, səmimiyyətdən ləzzət alan ailə başçısı beləcə ağlı başında, rahat və kefi çağ işinə yollanardı. Ana da Allahına şükr edərdi ki, deyəsən, analıq, qadınlıq borcunu, qayğılarını yerinə yetirə bilir axı. Kimin valideynləri sağdır, gəlinləri bu borclarını onların sağlığında mütləq versinlər. Eləcə də ər həyatını onun üçün həsr etmiş qadınının valideynlərinə eyni dərəcədə ehtiram bəsləməlidir. Sonra geç olar. İl də ildən pis gəlir. Yaraşıqlı, ucamərtəbəli monolit binalar gegtdikcə çoxalır, amma ailə-əxlaq binası bu tərəfdən hər gün bir kərpic itirir.
Bir filosof çox doğru deyib ki, əxlaqın çoxaldığı yerdə dövlətin xərci azalır. Bəs bu azalmaq əxlaqa aiddirsə?
…80-ci illərin əvvəllərindən dədə-babaların müəyyən etdiyi həyat tərzi, ailə, cəmiyyət davranışları, indiyə qədər mövcud olmuş dəyərlər hiss olynmayacaq dərəcədə aşınmağa başlanılmışdı, artıq bəlirtiləri hiss edilirdi. Bir toplumu yadlaşdırmaq, öz kökünə özgələşdirmək üçün onun etnoqrafiyasını – mənşəyini və mədəniyyətini unutdurmaq lazım idi. Deyəsən, onlar bunu bacardılar axı. Məhz şüurları zəhərləmək üşün ilk addım olaraq informasiya müstəvisindən başladılar: sistemli şəkildə informasiya məkanlarına insanı zövq dünyasına deyil, həzz dünyasına çəkən bayağı musiqilər, əxlaqımızla daban-dabana zidd olan seriallar gətirildi. Sonra isə inteqrasiya dalğasında şaxələnərək mənəviyyatımızın eninə və dərininə də nüfuz etməyə başladılar. Gənclər bunu təbii olaraq yaşanmışların həyatdakı nümunəsi kimi deyil, məhz həmin musiqilərdən, seriallardan əxz etdilər. Onlara örnək bu musiqi və serillardakı həyat tərzi və sərhədsiz yaşamaq istəyən gənclər oldu. Belə gənc qayınana-qayınata olmasını istəyərmi? Biz ailə qurduğumuz illərin ailə , evlilik borcunun birinci şərafəti bu idi ki, gəlin gərək qayınata-qayınana yuxudan durana kimi qalxıb samovarı odlayaydı… İndi belə gəlinlərin sayı ən azından yarıbayarı azalıb. İndiki gəlinlər qayınana adı gələndə cin atına minirlər. Dilə gətirə bilməsələr də, istəyirlər ki, qayınana-qayınata ilə bir evdə yaşamasınlar. KAülo oğulun başına ki, sevdiyi önun anası ilə bir damın altında yaşamaq istəməsin və yaxuddilə gətirməsə də ürəyincə olsun ki, onların evliiyinəcən qayınana dünyasını dəyişsin.
İnannın keçən əsrin 80-90-cı illərdə artıq zarafatla bu fikri dilə də gətirirdilər ki, elə hamısından yaxşısı qayınanalı evə gəlin getməməkdir. Kim bilir, bəlkə də neçə sevgi elə buna görə baş tutmayıb.

Təbii ki, bu cür meyil tək qızlara/gəlinlərə aid deyildi, həmin qızlara/ gəlinlərə bab oğullar var idi və bu gün də var. Hələ düz əməlli bir yeməyə nə qədər du, istiot, başqa ədviyyələr qatmaq lazımdır bilmir; sabah dünyaya körpə gələcək, körpəsinin göbəyinə, ağzına, bələyinə qulluq etməyi bilmir, amma evliliyə tələsir: 1-2-ci kursda nişanlanır. Uşaq gecə ağlaya-ağlaya qalır, onun mamaşası başını yastığa qoydumu, bir də səhər ayılır. Axı belə qızlarımız hələ qadın, ana olmağa hazır deyil,hara gəlin köçürürsünüz onları? Oğullarımız da onların beş betər. Elə bilirlər ki, qadın elə yatmaq üçündür. Bunu daha çox imkanları olan ailələrin övladları edir. Aldığı maaşları güclə yeməklərinə yetən ailələrdə müəyyən qədər iqtisadi çətinlik problem yarada bilər, amma ortada həqiqisevgi varsa, bu da ayrılıq üçün səbəb ola bilməz.
Bugünkü ailələrin say tərkibi də çox narahatedicidir: ən yaxşı halda, o da çox az sayda ailələrdə, 3-4 uşaq olur. Belə ailə tərəfləri (qız da, oğlan da) hələ toy olmamışdan əvvəl qayınana-qayınatadan ayrı evdə yaşamağı qət edirlər. Tez-bazar 2 uşaq dünyaya gətirib, qalan ömrü də subay-sağlıq kimi yaşamaq istəyirlər. Bu isə o deməkdir ki, belə gənclərimiz ailə, ata, ana qayğıları daşımaq istəmirlər.
Feminist qızlardan biri ilə müsahibə tirajlanmışdı. Bu qızımız deyir ki, biz siqaret, içki azad seks istəyirik. Ağıla sığışdırmaq mümkün deyil. 40-50 il bundan əvvəlki cəmiyyətin kişi üzvü bunu demirdi, deyə bilməzdi.
Nə azadlıqdır bu, kimə, nəyə lazımdır belə azadlıq?
” Qayınana” tamaşasını da, filmini də dəfələrlə ekranlardan izləmişik. Məqamı düşdü deyə, bir epizoda birlikdə dqqət edək:
İlqar(İlham Namiq Kamal) qurduğu ssenari üzrə 5-6 nəfərlə Cənnət xalaya tapdığı yeni gəlinin “cehiz”ini gətirir. Cənnət xala sevincəkdir. Yeni gəlinin yeni “cehizləri” evin bir kümcünə yığıldlqdan sonra bunlar şadyanalıq edirlər, bir-birlərinə qoşulub evin ortasında rəqs edirlər. Ayrılmazdan öncə İlqar deyir ki, Cənnət xala, bu əziz gündə icazə ver səni bir dəfə öpüm. Yadınızdamı Cənnət xanım (Nəsibə Zeynalova) oğlunun dostuna necə cavab vermişdi: Məşədi Kazımın divardan asılmış portretinə çevrilərək demişdi ki, bu rəhmətliklə 30 il yastığa baş qoyduq, 1-cə dəfə maç eləmədi məni.

Film yumor, gülüşlə müşayiət olunsa da, çox dərin tərbiyəvi-əxlaqi məsələlərlə zəngindir. Burada baş verən hadisələr, təsvir olunan həyat tərsi hansısa uzaq əsrlərdə baş verməyib: 50-60 il əvvəlin ictimai həyatımızın panoramısını əks etdirir.
Məşədi Kazımın dövrünə qədər bəli, belə olub: kişi öz halal arvadına belə, çox usdufca yanaşıb, ağayana yanaşıb. Bu 50-60 ildə akselrasiya bu qədər şahə qalxdımı? Olsun ki, akselrasiyanı da danmaq olmaz. Bəs preventiv addımlar, bəs maarifləndirmə, ideoloji profilaktika? Televiziya, mətbuat maarifləndirmə aparmaq əvəsinə bunları körükləyir. Kütləvi informasiya vasitələrində ailə xəyanətləri barədə çoxlu sayda yazılar var, hələ bir o qədər də dilə-düşməkdən qorxub, sadəcə, səssiz-küysüz ayrılmaqla bu xəyanətdən uzaqlaşanlar var. Elə hadisələr var ki, bunların arasında heç fantast yazıçı baş verən bu xəyanət, bu qətl hadisəsini təsvir edə bilməz. Qadın 2-3 uşağını evdə qoyub, başqa bir kişiyə qoşulub aradan çıxır. Qadın gizli görüşdüyü kəslə birləşərək 2-3 övladının atasını öldürür və hələ bu da azmış kimi, qətlin izini itirmək üçün ərinin cansız bərdənini şaqqalara bölüb, politlen torbalarla evindən çıxarmaqda ona kömək edir. Bu faciə təkcə bir evin qadını, uşaqları üçün çörək qazanan, lazım gələrdisə, düşünmədən həyatını qurban verəcək bir atanın, ərin faciəsimi? Yox, bu faciə həmin ailənin, həmin nəslin faciəsindən daha çox cəmiyyətin faciəsidir. Çünki bunlar ən sonda ellik dəyərləri sarsıdacaqdır.

Daha başqa bir faciə. Bir ailənin körpə uşağı xəstələnir, vəziyyəti çox pis imiş.Uşağı ərin həkim olan bir dostunun yanına aparırlar. Müəyyən və davamlı prosedurlardan sonra uşağın vəziyyəti normallaşır. Hətta, bir dəfə həkim bu uşağı ölümdən də qaytarıbmış. Beləcə, xəyanətkara çevriləcək dost bu ailədə, uşağın anasının yanında daha xilaskar həkim kimi rəğbət qazana bilib. Bundan sonra qadın telefonla həkimdən bir neçə dəfə profilaktik tövsiyələr də alıb. Sonra necə olubsa, ailədə yaranan narazılıqdan ana acıq edib atası evinə gedib. Bu ərəfədə uşağın səhhətində yenə problem yaranır və qadın həmin həkimə sms-lə müraciət eədərək bundan sonra müalicəni hansı şəkildə davam etdirmək lazım gəldiyini soruşub. Həkim də görüş təyin edib ki, bunları şəxsən izah etməliyəm. Görüş baş tutduqda isə qadını kafe içmək adı ilə qapalı məkana aparıb və zorla çirkin məqsədini həyata keçirib. Mən burada zor motivi görmürəm. Qadın buna povod verib və bu həkim, əgər ona şəfqət adamı demək mümkünsə, bu ailənin, iki nəslin şərafətini ayaqlar altına salıb, hörmətsiz edib. Rəzalətdir bu.
Allah qəni-qəni rəhmət etsin gözəl şairimiz Əli Kərimə. Çox təsirli belə bir bəndi var:
Ölümdən–xəyanət pis,
Ölümdən–rəzalət pis!
Bəzən necə gözəlsən,
Ölüm, sən ey səadət!

Fikir verirsinizmi, xəyanət bütün pisliklərdən öndə gəlir. Ölüm də ondan ona görə “gözəldir” ki, xəyanəti ancaq o, yox edə bilr. Amma kaş bu ölüm xəyanətdən qabağa düşə biləydi.
Davamı var…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.