Göygölü bu gözəlliklə, bu həzinliklə əzizləyə-əzizləyə vəsf edən olmadı … Rövşən Behcətin əziz xatirəsinə ( II xatirə yazı)

Baş redaktordan

Rövşən Behcətin xatirəsinə həsr olunmuş 1-ci paylaşmamızı aşağıdakı link vasitəsilə izləyə bilərsiniz:

Tofiq Bayram – Göygöl

Elllər gözəlisən, ellər sərvəti,

Hüsnünün Kəpəzində qaşı sənin Göygöl.

Göllər gözəlisən, ellər sərvəti,

Hüsnünün Kəpəzində qaşı sənin Göygöl.

Sənə könül verib, anam Məhsəti,

Süzülüb, sıyrılan göz yaşı Göygöl.

Göygöl, Göygöl,

Göygöl Göygöl göllər tacı.

Sən də coşan eşqin səsi,

Qəlbim, canım, nəfəsim Göygöl.

Üzündə şəfəq var, gözündə vüqar,

Ay dolar qoynuna, günəş yuyular Göygöl.

Tellərini darıyar bəzəkli çinar,

Maral göl, Maral göl qəlbinin sirdaşı Göygöl.

Göygöl, Göygöl,

Göygöl Göygöl göllər tacı.

Sən də coşan eşqin səsi,

Qəlbim, canım, nəfəsim Göygöl.

Üzündə Şəfəq var, gözündə vüqar,

Ay dolar qoynuna, günəş yuyular Göygöl.

Yaranışı 7-ci əsrlərə gedib çıxan qədim və müqəddəs Gəncənin dağlar qoynunda uyuyan “ yorğun maralı”nın — Göygölün də yaşı az deyil. Bu il onun yaranmasının 885-ci ildönümümüdür.

Gəncə şəhərinin Azərbaycanın ictimai-siyası və mədəni həyatında çox böyük rolu var. Gəncə Azərbaycan tarixinin şərəfli bir salnaməsidir, bizim fəxrimizdir. Göygöl də əvvəlcə Gəncənin , sonra bizim fəxrimizdir. Amma inanın, Göygölün füsunkarlığını mənəvi həyətımıza bəlyən bir ciddi amil də “Göygöl” ansanblıdır, onun heç zaman unudulmayacaq müğənnisi Rövşən Behcətdir.

O vaxtıar radio dalğalarının musiqi proqramlarında tez-tez eşidərdik : “Göygöl” mahnısı, sözləri Tofiq Bayramın, musiqisi Cahangir Cahangirovun, ifa edir Rövşən Behcət”. İnanın , çox sevinərdik. Rövşən Behcət həm cavan , həm də yaraşıqlı müğənni idi. Məlahətli səsi də bu cəhətləri ilə üst-üstə düşərək dinləyicisini heyran edirdi. Üç böyük sənət adamının birgə səyləri ilə ərsəyə gətirdikləri bu lirik mahnı doğurduğu audiovizual panorama ilə yanaşı, sanki müqəddəs Göygölün lətafət və sərinliyini, lacivərd sularını da ovuclyıb ruhumuza çiləyirdi …

Hər üç sənətkarın qarşısında ehtiramla baş əyirik… Rövşən Behcəti də şəxsən tanıyırdım, bir neçə dəfə görüşümüz olmuşdu. Bu gün onun Xatirə günüdür. Kim ki zövq əhli deyi, kim ki əhli-bəsərdir, onları demirəm, musiqi ilə gözəl düşünən , gözəlləşən və insanlıq şərafətinə bu gözəlliklərlə xidmət edən həmcinslərimizi deyirəm, onlar belə sənətkarları unutmaz.