Məlalə Yusəfzay – 17 yaşında Nobel mükafatına layiq görülmüş

Məşhur qadınlar

İnsana münasibət onun cinsindən asılı olmayaraq olmalıdır. Cinsiniz heç vaxt məqsədlərinizə çatmaq üçün maneə olmamalıdır. Biz hamımız insanıq!

Məlalə

Məlalə 1997-ci il 12 iyulda Pakistanda doğulub. Atası Ziauddin Yusəfzayın qurduğu məktəbdə oxuyub. Taliban Svatdakı qız məktəblərinə hücum etməyə başladıqdan sonra Məlalə 2008-ci ilin sentyabr ayında Pakistanın Peşavar şəhərində bu barədə bir cıxış edir.
Çıxışın adı:
“Taliban mənim haqqım olan təhsil hüququmu əlimdən almağa necə cəsarət etdi?”
2009-cu ilin əvvələrində hələ Məlalə 12 yaşındaykən BBC-də Talibanın təhsili rədd etməsi ilə bağlı bloq yaratmağa başladı. O, kimliyini gizlətmək üçün “Gul Makai” adı ilə yazsa da, həmən ilin dekabr ayında BBC-də bloq yazdığı ortaya çıxdı. Getdikcə genişlənən ictimai ətrafı ilə birgə Məlalə özünün və bütün qadınların təhsil hüququ haqqında danışmağa davam etdi.
Fəaliyyəti nəticəsində Məlalə 2011-ci ildə Beynəlxalq Uşaq Sülh Mükafatına namizəd göstərildi. Elə həmin il Pakistanın Milli Gənclər Sülh Mükafatına layiq görüldü.
Taliban Məlaləni ölümlə təhdid etsə də, Yusifzai ailəsi Talibanın bir uşaga zərər verməyəcəyini düşündülər. 2012-ci il 9 oktyabrda 15 yaşlı Məlalə dostları ilə məktəb avtobusunda məktəbdən evə qayıdarkən maskalı və silahlı bir adam avtobusa mindi və uşaqlardan hansının Məlalə olduğunu soruşdu. Dostları Məlalə tərəf baxdı. Silahlı adam Məlaləni başından vurdu. Güllə başının sol tərəfindən girib boynuna keçdi. Həmin hücumda başqa 2 qız da yaralanmışdı. Məlalə ilk öncə Pişəvardəki bir xəstəxanaya aparıldı. Komada olan Malalanın kəllə sümüyünün bir hissəsi cıxarıldıqdan sonra İngiltərənin Birmingen şəhərinə gətirildi. İngiltərəyə gətiriləndən sonra komadan ayıldı. Üzünün sol tərəfinin iflic qalması ilə bağlı bir neçə əməliyyat kecirtsə də, beyində ciddi heç bir problem qalmadı.
Nəhayət, 2013-cü ilin mart ayında Birminghamda məktəbə başlaya bildi. Təəssüff ki, Taliban Məlaləni hələ də bir hədəf olaraq görür, Məlalə isə təhsilin gücünün sadiq bir vəkili olaraq qalmağa davam edir.
Məlalənin 2013-cü ildə Birləşmiş Millətlər Təşkilatındakı çıxışında baş katib Pan Gi Mun bütün uşaqların təhsil almasının təmin edilməsi şərəfinə 12 İyul Malalanın doğum gününü “Məlalə Günü” elan etdi.
Mükafatları:
13 oktyabr Avropa Parlamenti tərəfindən Sakharov Fikir Azadlığı mükafatına layiq görülüb.
2014-cu ildə hələ 17 yaşında Nobel mükafatı alan ən gənc adam oldu.
2017-ci ilin aprel ayında Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Guterres Məlaləni qızların təhsilini inkişaf etdirmək üçün ABŞ-ın Sülh Elçisi olaraq təyin etdi. Məlalə həmçinin 2017-ci ildə fəxri Kanada vətəndaşı oldu. O, bu şərəfə layiq görülən 6-cı və ən gənc şəxsdir.
2013-ci ildə Məlalə və atası dünyadakı bütün qız usaqlarının 12 illik pulsuz, təhlükəsiz və keyfiyyətli təhsil almasını təmin etmək üçün “Məlalə” Fondunu təsis ediblər.
2015-ci ilin iyul ayında Məlalə Livanda suriyalı qaçqın qızlar üçün bir məktəb açaraq qlobal təhsil mövzusunda fəaliyyətinə davam edir.
Kitabları:
1. Im Malala – Mən Məlaləyəm
2. Malala’s Magıc Pəncil – Məlalənin sehrli qələmi
3. We are displaced – Biz köçkünük (qaçqın)


Mənbə: Hamı üçün açıq internet mənbələri