Heç olmazsa, özü 2 milyona sahib olacağını zənn etsə də

Maraqlı məlumatlar



Avstraliya və bir çox Afrika ölkələrində timsah ən təhlükəli heyvan hesab olunur. Mərkəzi Afrikadakı Ubanqi çayında uzunluğu 4,5 m, çəkisi 420 kq olan nəhəng timsahlar mövcuddur. Ən iri timsahın kütləsi 600 kq-a çatır.

Tailanddakı timsah fermasında həmişə izdiham olur. Turistlər təbiətin bu nəhəng heyvanına uzaqdan da olsa, baxmağa çox maraq göstərirlər. Timsah fermalarının birində fermanın sahib belə maraqları canlandırmaq üçün müsabiqə təşkil edir və qalib üçün böyük məbləqdə mükafat təyin edir. Şərt belə olur ki, kim timsahlar olan çaya baş vurub sağ-salamat o biri sahilə çıxacaqsa, 5 milyonun sahibi olacaqdı. Mükafat fondu üçün belə bir əlavə bənd də artırılmışdı ki, əgər kimsə bu pula sahib çıxmaq üçün çaya atılarsa, amma çayın o biri üzünə qədər timsahlara yem olardısa, buraya gəldiyi yaxınına 2 milyon manar təqdim ediləcək.
Hamı ferma sahibkarının zarafat etdiyini düşünərək gülürdülər.
Təbii ki, buna heç kim cürət etməzdi. Heç kim lap nə qədər olursa-olsun, pula görə həyatını riskə atmazdı.
Çünki bu təhlükəli heyvan haqqında hamı kifayət qədər məlimatlı idi. Səyahətə gələnlər bilirlər ki, timsahlar 2 metr hündürlüyə qədər tullana bilir. Onların arasında nəinki üzmək, heç yaxınlaşmaq da olmazdı.
Elə bu anda görürlər ki, kimsə çevik hərəkətlərlə timsahların arasında o biri sahilə üzməyə can atır.
Xoşbəxtlikdən o, sağ qalır, timsahlar ona çata bilmir. Bu adam cəsarəti ilə orada olanların hamısını şoka saldı…
Elə bu an təsərrüfat sahibinin səsi eşidilir…
“Cəsur qalibimiz var…! Söz verdiyim kimi səni mükafatlandıracağam.”
Sahibkar mükafatı təqdim etdikdən sonra çaşqın bir ifadə ilə soruşur ki, doğrudan da, sən çox cəsarətlisən! Hardandır səndə bu cəsarət?”
Həmin adam da hələ özünə gələ bilməmişdi. Udquna-udquna qalsa da, sili söz tutmurdu. Sən demə, bu kişi onunla səyahətə gəlmiş qadını arxadan itələyibmiş. O, heç olmazsa, özü 2 milyona sahib olacağını zənn etsə də, son anda ərinə 5 milyon qazandırmışdı. Əri onu bağışlamalıdırmı?

P.S: Proletarlar səyahətə çıxarkən bütün nüansları hesaba almalıdır.

Mənbə: İnternet