Maraqlı məlumatlar

Dünya Ürək Günü Dünya Ürək Federasiyası tərəfindən təşkil edilən bir gündür. İlk dəfə 29 Sentyabr 2000-ci ildə qeyd olunmuşdur. Məqsəd də hər il bütün dünyada 17.1 milyon adamın həyatını itirməsinə səbəb olan ürək xəstəliklərinə insanların diqqətini cəlb etmək, bu yönümdə maarifləndirmə işləri aparmaqdır.

Dünya Ürək Federasiyası üzvlərinin araşdırmalarına görə, tütün istifadəsi, qeyri-sağlam qidalanma və fiziki fəaliyyət məhdudluğu kimi başlıca risk faktorları aradan qaldırılarsa, ürək xəstəliklərinin 80 faizini aradan qaldırmaq olar.
Uşaqlarımızı da elə indidən ürək dostu olmağa alışdırın, bunu bir həyat vərdişi kimi qazanmalarını və bunu ömür boyu davam etdirmələrini təmin edin.
Bu gün dünyada yaşanan ölümlərin 6 %- i hərəkəttsizlikdən qaynaqlanmaqdadır. Piylənmə, diabet və fəaliyyət qeyri-kafiliyi kimi risk faktorlarının uşaqlıq çağlarından müşahidə edilməsi, yaşa dolanda ürək xəstəliyinin inkişaf riskini böyük nisbətdə artırmaqdadır.
Həftədə beş dəfə, həm də hər dəfə 30 dəqiqə olmaqla göstərəcəyiniz fəaliyyətlər ürək xəstəliyi və “stroke” riskini azaldır.
Fiziki fəaliyyət mütləq məşq etməyi tələb etmir! Məsələn, bağçada məşğul olarkən, yemək bişirərkən, ya da evi təmizləyərkən uşağınızdan kömək etməsini istəyə bilərsiniz!
Həqiqi hədəflər qoyun!
Fəaliyyət səviyyəsini yavaş- yavaş artırın, ona heç nəyi məcbur etməyin.
Ürək sağlamlığına müsbət təsir göstərən qidalar qəbul edin.
Hal-hazırda daha çox insan, şəkər, duz, doymuş yağ, ya da yağ keyfiyyəti daha yüksək olan işlənmiş qidalar istifadə etməkdədir. Ona görə də bu gün dünyada xüsusilə yer alan 10 ölüm hadisəsinin 4-ü sağlam olmayan qidalanma vərdişləri birbaşa əlaqəlidir!
Zəngi olan meyvə və tərəvəzlərlə sağlam qidalanma ürək sağlamlığının dostudur. Sevdiyiniz qidalardan imtina etməniz çətin ola bilər. Şəkərli qidaları birdən kəsməktənsə, məsələn, şokolad, ya da şirniyyat yerinə müxtəlif meyvələri seçim edə bilərsiniz.
Sağlam qidaları uşaq üçün maraqlı hala gətirin. Rəngarənk qidaları seçin və yemək bişirərkən bunlardan istifadə edin.
Duz qəbulunu gündə beş qramla (bir şirin qaşığı) məhdudlaşdırın.
Boşqablarınızı gözdən keçirin, daha kiçik qablar istifadə edin, meyvə və tərəvəz məhsullarını ət, ya da karbohidratlı qidalardan daha çox olmasını təmin edin.

Tütünə “Yox” deyin!
Dövrümüzdə siqaret çəkən hər iki adamdan biri, tütünlə əlaqəli xəstəliklərdən ölməkdədir. Hal-hazırda siqaret çəkən uşaqların və gənclərin sayı, çox təəssüf ki, getdikcə artmaqdadır. Hər il aralarında uşaqların da olduğu 600.000-dən çox insan, tütün istifadə etmədikləri halda, passiv qəbul etmək səbəbindən (siqaret çəkilən yerdə nəfəs almaq) həyatlarını itirməkdədir. Evinizdə siqaret çəkilməsinə qadağan, ailənizin gələcəyi baxımından çox əhəmiyyətlidir. Uşaqlarınıza siqaret istifadə təhlükələrini izah edin, onların bu zərərli vərdişdən uzaq daynmaları üçün köməkçi olun. Əgər siqareti tərk etməkdə çətinlik çəkirsinizsə, həkimə müraciət edin. Siqareti atmanıza köməkçi ola biləcək dəstək xidmətlərindən faydalanın.
Qan dəyərlərinizi və çəkinizi öyrənin!

Dünyanın harasında olursunuzsa- olun, bu təklifləri tətbiq etdiyiniz halda, həm özünüzün, həm də ailənizin ürək xəstəliyi və “stroke” yükünü çox minimuma endirə bilirsiniz. Ancaq nizamlı və sitemli olaraq profilaktik müayinələrdən keçmək ən az bu addımlar qədər əhəmiyyətlidir. Həkimə müraciət edin; qan təzyiqi, xolesterol və qlükoza səviyyələrinizi, çəki və bədən kütlə indeksinizi (BMI) ölçdürün. Toplam KVH riskinizi öyrəndikdən sonra, ürək sağlamlığınızı yaxşılaşdırmaq istiqamətində daha etibarlı bir müdafiə planı edə bilərsiniz. Bu planı evdə asanca görə biləcəyiniz bir yerə qoyun! Əgər müalicə almanız lazımdırsa, həkiminizin bu mövzuda da sizə tövsiyələri olacaq. Əksəriyyətlə yüksək qan təzyiqi, yüksək xolesterol, artıq çəki və piylənmə, tütün istifadəsi, ya da diabet kimi risk faktorlarının həssas etdiyi ürək xəstəliyi və “stroke” qarşısı alına bilən bir xəstəliklərdir. Sağlam qidalanma vərdişləri qazanaraq, nizamlı məşq edərək və tütün istifadə etməyərək bu xəstəliklərdən böyük ölçüdə qoruna bilərsiniz. Son illər ürək , eləcə də ürək-damar xəstəliklərinə görə (KVH) milyonlarla insan həyatı vaxtından əvvəl sona yetməkdədir. Bu xəstəliklər səbəbiylə hər il dünya daxilində , qeyd etdiyimiz kimi, 17.3 milyon adam həyatını itirirsə, 2030-ci ildə bu rəqəmin 23 milyon olması gözlənilir. Bütün bunlar məsələnin ciddiliyindən xəbər verir : insanları ürəklərinin qayğısına qalmağa, onu qorumağa, sevindirməyə həssas olmağa səsləyir.





Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.