Tarixdə bu gün
İlin 272-ci günü
İlin sonuna 93 gün qalır.
Mühüm hadisələr:
1954 — CERN (Avropa Nüvə Tədqiqatları Təşkilatı) yaradılması haqqında konvensiya imzalanıb.

Doğum günləri:

1833 – Məşhur şair, rəssam, xəttat Mir Möhsün Nəvvab anadan olmuşdur.
İndi Mir Möhsün Nəvvabı ilk öncə musiqişünas, Azərbaycan dilində yazılmış “Vüzuhül-ərqam” (“Rəqəmlərin izahı”) risaləsinin müəllifi kimi tanıyırlar. Ən yaxşı klassik ənənələr ruhunda qələmə alınmış həmin əsər Şərqdə bu qəbildən yaradılmış son Tarixdə bu gün – 29 sentyabrrisalələrdən biridir. Azərbaycanda isə, Nəvvab sonuncu kimyagərlərdən, münəccimlərdən və köhnə məktəbə mənsub rəssamlardandır. O 1833-cü ildə Şuşada Hacı Seyid Əhmədin ailəsində doğulmuş və bütün ömrü boyu doğma şəhərindən kənara çıxmamışdır. İlk təhsilini ruhani məktəbində alan Nəvvab ərəb, fars, türk dillərini mükəmməl mənimsəmiş, sonra isə Abbas Sarıcalı mədrəsəsində astronomiya, kimya, riyaziyyat və digər elmlərin əsaslarına yiyələnmişdir. Uzun ömrü boyunca Nəvvab Şuşanın mədəni və ictimai həyatında fəal iştirak edib. Şerlər yazmış, özünün açdığı mətbəədə kitablar nəşr etmiş, məktəblərdə dərs demiş, elm və incəsənətin müxtəlif sahələrinə həsr olunmuş iyirmidən artıq kitab yazmış, “Məclisi-fəramuşan” adlı ədəbi, “Məclisi-xanəndə” adlı musiqi məclisləri qurmuşdur. Şairlərdən Abdulla bəy Asi, Fatma xanım Kəminə, Məşədi Eyyub Baqi, Xan Qarabaği, Abdulla Həsən Şahid, ifaçı və müğənnilərdən Hacı Hüsü, Məşədi Cəmil Əmirov, İslam Abdullayev, Seyid Şuşinski və başqaları həmin məclislərin üzvləri idilər. Bu cəmiyyətlər Azərbaycandakı digər eyni məqsədli məclislər Şuşadakı “Məclisi-üns”, Şamaxıdakı “Beytüs-Səfa”, Bakıdakı “Məcməüş-şüəra” ilə sıx əlaqələr saxlayırdı.
Mir Möhsün Nəvvab 1918-ci ildə vəfat etmişdir.

1904 – Ukrayna yazıçısı Nikolay Alekseyeviç Ostrovski 1Ukraynanın Rovno vilayətində fəhlə ailəsində anadan olmuşdur. Uşaqlıq illərində təhsil almaq ona nəsib olmamış, 11 yaşından işləməyə başlamışdır.
1927-ci ildə ağır iflic Nikolayı yatağa salmış, 1928-ci ildə isə gözləri tutulmuşdur. Lakin yenilməz iradəyə malik Ostrovski təslim olmamış, bütün mənəvi qüvvəsini toplayaraq yaşamaq uğrunda mübarizə aparmış, təhsilini artırmışdır.
1930-cu ilin payızında “Polad necə bərkidi” romanını yazmışdır. O, 1934–1936-cı illərdə Qərbi Ukrayna zəhmətkeşlərinin inqilabi mübarizəsindən bəhs edən 3 cildlik “Fırtınadan doğulmuşlar” romanı üzərində işləmişdir.
Yazıçının əsərləri 100-dən çox dildə, o cümlədən Azərbaycan dilində dəfələrlə nəşr olunmuş, ekranlaşdırılmışdır.
1935-ci ildə yazıçı Lenin ordeni ilə təltif olunmuşdur.
22 dekabr 1936-cı ildə vəfat etmişdir.
1928–1936-cı illərdə yaşadığı Soçidə, Moskvada və vətənində N.A.Ostrovskinin ev-muzeyi yaradılmışdır.
1979-cu ildə Xmelnitski vilayətinin Şepetovka şəhərində Ostrovskinin şərəfinə xatirə kompleksi yaradılmışdır.

1928 – Azərbaycan alimi, texniki elmlər doktoru, akademik Azad Xəlil oğlu Mirzəcanzadə Bakıda anadan olmuşdur.
Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1944-1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun Neft-mədən fakültəsində almış və dağ mühəndisi ixtisasına yiyələnmişdir. 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1959-cu ildə professor adını almış, 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmişdir.
Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan Azad Mirzəcanzadə ölkəmizdə tətbiqi mexanika və neft-mədən işləri sahəsində qiymətli araşdırmaları ilə böyük şöhrət qazanmışdır. Neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının neft sahəsində tətbiqi ilə bağlı problemlər onun tərəfindən fundamental elmin nəzəri məsələləri səviyyəsində araşdırılmışdır.
17 iyul 2006- cı ildə Bakıda vəfat etmişdir.

1956 – Azərbaycanın Milli Qəhrəmanı Zakir Tofiq oğlu Yusifov Laçın rayonunda anadan olmuşdur.
1974-cü ildə 194 saylı məktəbi bitirib, Mülki Təyyarəçilik məktəbinə daxil olub. 1977-ci ildə təhsilini başa vurub, Yevlaxda işə başlamışdır. Onu AN-2 təyyarəsinə komandir təyin edirlər.
Zakir Yusifov Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin qiyabi şöbəsini bitiriB. Respublika ilk hərbi vertalyot eskadrilyasının yaradılması olduqca çətin bir iş idi. Zakir Azərbaycanın Milli Qəhrəmanı Yavər Əliyevlə birlikdə bu işin öhtəsindən gəldi. Hərbi təlimlər və ardınca Qarabağa uçuşlar.
Bu uçuşlardan ən uğurlusu 11 aprel oldu. İlk dəfə hərbi vertolyotla havaya qalxan Zakir Yusifov Füzuli-Xocavənd istiqamətində uğurlu uçuş edə bildi. O, döyüş tapşırığını müvəffəqiyyətlə başa vuraraq geri dönür. Zakir Yusifov yüzdən artıq uçuşlar etmiş, erməni yaraqlılarının canlı qüvvələrini və xeyli zirehli texnikasını məhv etmişdir. O, Füzuli, Xocavənd, Tərtər, Ağdərə, Şuşakənd səmalarında əsl qəhrəmanlıq səhifələri yazmışdır.
11 oktyabr 1992-ci il növbəti uçuş zamanı onun vertolyotu ermənilər tərəfindən vuruldu. Vertolyotun bütün heyəti həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Yusifov Zakir Tofiq oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Vaxtilə oxuduğu 194 saylı məktəb və Bakının küçələrindən biri qəhrəmanın adını daşıyır.
Vəfat etmişdir:

1943 – Tokio məhkəməsi sovet kəşfiyyatçısı Rixard Zorge haqqında ölüm hökmü çıxarmışdır. Rixard Zorge — Sovet Baş Kəşfiyyat İdarəsinin əməkdaşı, İkinci dünya müharibəsindən əvvəl və müharibə dönəmində Almaniya və Yaponiyada jurnalist kimi fəaliyyət göstərmiş xəfiyyədir.
Zorge “Ramzay” ləqəbindən istifadə etmişdir. Rixard Zorgenin ən mühüm fəaliyyətlərindən biri 1940-1941-ci illərdə Yaponiyada əməliyyat xidmətində olarkən SSRİ mənbələrini Adolf Hitler tərəfindən başladıla biləcək hücum barədə məlumat verməsidir.
Hücumun konkret tarixi barədə məlumat verə bilməyən Zorge Barbarossa əməliyyatından əvvəl SSRİ-ni xəbərdar etmişdir. 1941-ci ilin əvvəllərində Sovet mənbələri xəfiyyə tərəfindən Yapon birliklərinin yaxın zamanlarda hücuma keçməyəcəkləri ilə bağlı məlumatlandırılır. Göndərilən məlumat şərqdən hücum təhlükəsinin olmaması və bütün diqqətin qərb cəbhələrinə yönləndirilməsi ilə nəticələnir. 18 diviziya, 1.700 tank, 1.500 dən çox döyüş təyyarəsi Sibir və Uzaq Şərqdən Üçüncü Reyxə qarşı həlledici döyüşlərin aparıldığı Moskva ətrafına cəmləşir.
Həmin texnikanın xidmətindən Moskva uğrunda döyüşdə geniş formada istifadə olunur. Sovet Sosialist Respublikaları İttifaqı qarşısında olan xidmətlərinə görə Rixard Zorge ölümündən sonra 1964-cü ildə Sovet İttifaqı Qəhrəmanı fəxri adı ilə təltif edilmişdir. Təhlükəsizlik və kəşfiyyat sahəsində fəaliyyət göstərən mütəxəssislərin böyük əksəriyyəti Rixard Zorgeni dünya tarixinin ən böyük xəfiyyələrindən biri olaraq xarakterizə edirlər.

60
1965 – Azərbaycan respublikasıın Xalq artisti, musiqiçi, tarzən Qurban Baxşəli oğlu Primov Bakıda vəfat etmişdir.
Qurban Pirimov 1880-ci ilin oktyabrında Şuşa qəzasının Abdal Gülablı kəndində dünyaya gəlib. XVIII əsr Qarabağın məşhur aşıqı olan Valehin nəticəsidir. 15 yaşında ikən müəllimi Sadıqcanın xeyir-duasını alan Qurban Qarabağ toylarında seçilən məşhur xanəndələri müşaiyət edir. Belə toyların birində xanəndə İslam Abdullayev Qurbanın tar çalmasını görüb onu özünə tarzən götürür. 1905-ci ildə Qurbanın taleyində uğurlu tarix olur. Çünki Gəncə toylarının birində Cabbar Qaryağdıoğlu onun tar çalmağını bəyənir və İslam Abdullayevin razılığı ilə gənci özü ilə Bakıya gətirir.
Qurban Primov müasir Azərbaycan tarının yaradıcısı olan Sadıqcandan dərs almışdır. 1905-ci ildən Cabbar Qaryağdıoğlu və S. Oqanezaşvili ilə birlikdə musiqi üçlüyü yaratmışdır. Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasının ilk tamaşasında (1908) orkestrin solisti olmuşdur. Q. Primovun ifa etdiyi muğamlar 1912-ci ildə Varşavada “Sport-rekord” firması tərəfindən qrammofon valına yazılmışdır.
Qurban Primov Nabat xanım Ağalar qızı ilə ailə həyatı qurub və Əsgər, Sara, Tamara, Ədilə adında dörd övlad atası olub.
Məzarı Fəxri Xiyabandadır.

2003 – Azərbaycan şairi, tənqidçi, publisist, filologiya elmləri doktoru , professor Mehdiyev Famil Ağalar oğlu (Famil Mehdi) Bakıda vəfat etmişdir.
Famil Mehdi 1934-cü il dekabrın 25-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olmuşdur. Əhmədvar kənd yeddiillik məktəbini bitirib Ağdam Pedaqoji məktəbində təhsil almışdır. Sonra ADU-nun Filologiya fakültəsinin jurnalistika şöbəsində təhsilini davam etdirmişdir (1953-1958). Əmək fəaliyyətinə “Bakı” axşam qəzetində ədəbi işçi kimi başlamışdır (1958). ADU-nun Filologiya fakültəsində aspirant (1961-1964), müəllim, baş müəllim olmuş, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində işləmişdir (1973-cü ildən). “Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Bədii yaradıcılığa 1951-ci ildə “Lenin yolu” adlı Ağdam rayon qəzetində çıxan ilk şeri ilə başlamışdır. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının və bəzi xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir. Fəal pedaqoji, elmi və ictimai işlə məşğul olmuşdur. “Jurnalistika məsələləri” adlı ali məktəb tələbələri üçün dərsliyin müəlliflərindən biridir. “Alovlu publisist Səməd Vurğun”, “Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri”, “Mətbuatda publisistika”, “Bədii publisistika” kimi monoqrafik kitablar və dərs vəsaitləri onun qələminin məhsuludur.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.