Maraqlı məlumatlar

Tomas Sankara (1949–1987) “Afrikanın Çe Gevarası” kimi tanınan Burkina-Fasolu inqilabçı, hərbi lider və ölkənin keçmiş prezidentidir. Britannica Ensiklopediyasında qeyd olunduğu kimi, o, müasir Afrika tarixində ən dürüst və xarizmatik liderlərdən biri hesab olunur. Tomas Sankara 15 oktyabr 1987-ci ildə yaxın silahdaşı Blez Kompaore tərəfindən təşkil edilən hərbi çevriliş zamanı qətlə yetirilmişdir. Onun irsi bu gün də bütün Afrikada anti-imperializm və pan-afrikanizmin simvolu olaraq qalır.

Onun fəaliyyətinin əsas məqamları:
1.1984-cü ildə müstəmləkə adı olan Yuxarı Voltanı “Dürüst adamlar ölkəsi” mənasını verən Burkina-Faso ilə əvəz etmişdir.
2.Xarici yardımlardan imtina edərək ölkənin özünü təmin etməsinə çalışmış, yerli pambıq istehsalını və sənayeni təşviq etmişdir.
3. Qısa müddətdə 2 milyondan çox uşağı peyvənd etdirmiş, kütləvi savadlılıq kampaniyaları keçirmiş və səhralaşmaya qarşı 10 milyondan çox ağac əkdirmişdir.
4. Qadın sünnətini və çoxarvadlılığı qadağan etmiş, qadınları yüksək dövlət vəzifələrinə təyin etmişdir.
5.Prezident kimi maaşını minimuma endirmiş, dövlət məmurlarının dəbdəbəli maşınlarını ucuz avtomobillərlə əvəz etmiş və kondisionerdən istifadəni qadağan etmişdir. Bunu o, belə izah etmişdi: “Mən dəbdəbəli həyat sürə bilməyən insanların qarşısında utanıram”.
6. Cəmi 3 il ərzində korupsiyanın kokunu kəsmişdi. Prezident kimi cəmi 450 dollar alırdı. O pul da zabit kimi pensiyası idi. Öz prezident maaşını – 3 min dolları uşaq evlərinə köçürürdü.
7. Onun keçirdiyi islahatlardan biri bütün dövlət məmurlarının gəlirlərinin və hesablarının açıqlanması olmuşdu.
8. Sankara öz portretlərini ictimai yerlərdən, ofislərdən asmağa da icazə verməmişdi.
9. O, “Mersedes” markalı avtomobillərdən ibarət olan hökumət avtoparkını satmışdı. Onun əvəzinə nazirləri o dönəmdə ölkədə ən ucuz marka olan “Reno” avtomobilləri ilə təmin etmişdi.
10. Sankara dövlət məmurlarının maaşlarını kəsirdi, onlara şəxsi sürücüdən istifadə etməyə və VİP salonlarından istifadəni, ödənişsiz aviabiletlərlə uçmağı qadağan etmişdi. Həmçinin məmurlara bahalı qərb kostyumları deyil, yerli əhalinin tikdiyi pambıqdan olan tuniklər geyinmələrini tapşırmışdı.
11. Yeni il qabağı Sankara administratorlara kimsəsizlər fonduna bir aylıq əmək haqqlarını bağışlamaları haqqında göstəriş vermişdi.
12. Sankaranın hakimiyyətə gəlməyindən (1986) üç il ötdükdən sonra Dünya Bankı Burkina-Fasoda korrupsiyanın olmadığını qeyd etmişdi.
13. 1987-ci ildə sui-qəsd nəticəsində öldürülüb. Sankaranın vəfatından sonra onun sərvətinin hakimiyyətə gəlməmişdən əvvəl aldığı “Pejo” markalı avtomobildən, buzxanası sınıq olan soyuducudan, üç gitaradan və dörd velosipeddən ibarət olduğu aşkar olunmuşdu…
Mənbə: İnternet