Tarixdə bu gün

Mühüm hadisələr:

:1920 — Azərbaycanın müstəqilliyi Versal Sülh Konfransının Ali Şurasında de-fakto olaraq tanınmışdır.
1994 —Azərbaycan Respublikası Latviya ilə diplomatik əlaqələr qurmuşdur.
1995 —Azərbaycan Respublikası Uruqvay ilə diplomatik əlaqələr qurmuşdur.

Doğum günləri:

1906 — Akademik Əbdülkərim Əli oğlu Əlizadə Bakının Bilgəh kəndində anadan olmuşdur.
Əbdülkərim Əlizadə 1941-1963 illərdə SSRİ EA Azərbaycan filialının Tarix İnstitutunda baş elmi işçi, direktor, Tarix və Fəlsəfə İnstitutunun qədim və Orta əsrlər tarixi şöbəsinin rəhbəri, Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) İctima elmlər bölməsinin akademik katibi vəzifələrində çalışmışdır. O, 1958-1963 illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Şərqşünaslıq İnstitutunun ilk direktoru olmuşdur. 1963-cü ildən ömrünün sonuna kimi Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Şərqşünaslıq İnstitutunun Mətnşünaslıq və məxəzləri çapahazırlama şöbəsinə rəhbərlik etmişdir.
Əbdülkərim Əlizadə 1954-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) akademiki seçilmişdir.
Əbdülkərim Əlizadə 3 dekabr 1979-cu ildə Bakıda vəfat etmişdir.

1939 – Görkəmli şair İsmayılov Məmməd Mürşüd oğlu Tovuz rayonunda anadan olmuşdur.
M.İsmayılov 1957-ci ildə kənd orta məktəbini, 1964-cü ildə Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki 2 illik Ali Ədəbiyyat kursunu bitirmişdir. 1998-ci ildə filologiya elmləri namizədi elmi dərəcəsini almışdır.
14 yaşından bədii yaradıcılıqla məşğuldur.
1975-1976-cı illərdə “Ədəbiyyat və incəsənət” qəzetində müxbir, 1976-1980-ci illərdə C.Cabbarlı adına Azərbaycanfilm studiyasının elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor, 1980-1983-cü illərdə “Yazıçı” nəşriyyatında şöbə müdiri və baş redaktorun müavini, 1983-1987-ci illərdə “İşıq” nəşriyyatının direktoru, 1983-1992-ci illərdə Respublika Komsomolu Mərkəzi Komitəsi nəzdində gənc yazıçıların Respublika “Gənclik ədəbi birliyi”nin rəhbəri, 1988-1992-ci illərdə Respublika Komsomolu Mərkəzi Komitəsinin orqanı olan, azərbaycan və rus dillərində çap olunan “Gənclik-Molodost” jurnallarının baş redaktoru, 1992-1993-cü illərdə Azərbaycan Televiziya və Radio verilişləri şirkətinin sədri vəzifələrində çalışmışdır. Hazırda Türkiyənin Çanaqqala universitetində müəllim kimi fəaliyyət göstərməkdədir.

1974— Azərbaycanın Milli Qəhrəmanı Mirzə Məcid oğlu Quliyev Bərdə rayonunun Saatlı kəndində anadan olmuşdur.
1980-1991-ci illərdə Saatlı kənd orta məktəbində orta təhsil almışdır. Elə həmin il Mingəçevir şəhərindəki 39 saylı texniki-peşə məktəbində təhsilini davam etdirmiş və qaynaqçı peşəsinə yiyələnmişdir.
1992-ci il avqustun 25-də Bərdə rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. O, döyüşlərə Sədərək rayonu ərazisində PDM-də tuşlayıcı -atıcı kimi atılmışdır. Batabat ərazisində gedən döyüşlərdə mərdlik nümunələri göstərmişdir.
1993-cü il iyulundan Ağdam bölgəsində döyüşmüşdür. Sonra Füzuli bölgəsinə göndərilmiş, Füzuli, Tərtər və Ağdərə rayonları uğrunda gedən qanlı döyüşlərdə iştirak etmişdir. Mirzə Quliyev bu döyüşlərdə düşmənin çoxlu sayda tankını və xeyli canlı qüvvəsini məhv etmişdir.
Azərbaycan Resbublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Mirzə Məcid oğlu döyüşlərdə göstərdiyi rəşadətə görə , Azərabaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
M. Quliyev 1995-ci ildə qiyabi yolla Polis Akademiyasına qəbul olunmuşdur. 1996-cı ilin oktyabr ayında çavuş rütbəsi ilə Milli Ordu sıralarından azad edilərək, Daxili İşlər Orqanlarına işə göndərilmişdir.
Hazırda kapitan rütbəsindədir, 20-ci polis bölməsində Cinayət axtarışı üzrə baş əməliyyat müvəkkilidir.

Vəfat etmişdir:

1998 — Azərbaycanın Xalq artisti, tarzən Əliağa Eyvaz oğlu Quliyev vəfat etmişdir.
Əliağa Quliyev 1917-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1934-cü ildə isə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul edilmişdir.
1936-cı ildə opera teatrında və radionun orkestrində daimi olaraq işləməyə başlaməşdır.
1937-ci ildə “Koroğlu” operasının böyük uğurla keçən ilk premyerasında simfonik orkestrin tərkibində Əliağa Quliyev tar çalırdı.
1939-cu ildə Əliağa Quliyev Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijorluq fakültəsinə qəbul olunur. Lakin ali təhsilini heç yarıya çatdırmamış İkinci Dünya müharibəsi başlanır və Əliağa cəbhəyə yola düşür. Döyüşlərin birində ağır qəlpə yarası alaraq ordudan tərxis olunur.
1946-cı ildə həyat və sənət yolları Əliağa Quliyevi böyük sənətkar Əhməd Bakıxanovla rastlaşdırır. O, Əhməd Bakıxanovun rəhbərlik etdiyi ansamblda beş ildən artıq çalışır. Burada konsertmeyster olur. Ansambl Əliağa Quliyevin sənətində əsl məktəb rolunu oynayır. O, burada elə püxtələşir ki, 1951-ci ildə artıq özü xalq çalğı alətləri ansamblı yaradır. Görkəmli tarzən Əliağa Quliyev müxtəlif təşkilatlarda çalışmışdır. 1951-1955-ci illərdə Azərbaycan radiosunda baş redaktor və xalq çalğı alətləri ansambllarının rəhbəri olmuşdur. Sonrakı beş ildə Opera və Balet Teatrında solist-tarzən kimi fəaliyyət göstərmişdir.
1960-cı ildən 1966-cı ilədək isə filarmoniyada Xalq çalğı alətləri ansamblının rəhbəri işləmişdir. Bundan sonra bir neçə il Rəşid Behbudovun rəhbərlik etdiyi “Mahnı teatrı”nda solist-tarzən kimi fəaliyyət göstərmişdir.
“Dağlar”, “Alyanaq”, “Vüsal nəğməsi”, “Əmək mahnısı”, “Pambıqçı qızlar” və digər şirin nəğmələrin müəllifidir.

2014 — Şahmat üzrə üçqat Azərbaycan çempionu (1995, 1996, 1998), qrossmeyster Vüqar Həşimov Almaniyanın Heydelberq klinikasında beyin xərçəngindən dünyasını dəyişib.
27 yaşlı Vüqar II Fəxri Xiyabanda dəfn edilib.
Vüqar Həşimov FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə qərarlaşıb.
2002, 2004, 2006 və 2008-ci illərin Şahmat Olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış edib.
2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanıb.
Azərbaycan Şahmat Federasiyası ilə arasında yaranmış münaqişəyə görə 2010-cu il Şahmat Olimpiadasında yığma komandanın heyətinə dəvət edilməyib.
2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub.

Bayramlar və xüsusi günlər:

11 yanvar Dünya Qoruqlar və Milli Parklar Günüdür.
Hazırda Azərbaycanda ümumi sahəsi 890 min hektaradək Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri, o cümlədən 8 Milli Park, 12 Dövlət Təbiət Qoruğu və 23 Dövlət Təbiət Yasaqlığı mövcuddur.
Təbiətin ən yaxşı mühafizə formalarından biri olan qoruqlarda müxtəlif təbii zonaların xarakterik landşaftları, kökü kəsilməkdə olan, yaxud nadir hallarda rastlaşdığımız bitki və heyvan növləri, məhv olmaq təhlükəsinə məruz qalan təbii komplekslər və onların komponentləri, mağaralar, şəlalələr, buzlaqlar və s. qorunur. Qoruqlar həm də elmi əhəmiyyət daşıyır.
Milli parkda isə ayrı – ayrı növlər yox, bütün təbiət qorunur.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!