Haqqımızda

“Ana və Uşaq” saytı ailə, valideynlik və uşaqların sağlam inkişafı mövzusunda maarifləndirici və düşündürücü yazılar təqdim edən bir platformadır. “Ana və Uşaq” 2005-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmış mətbu nəşrdir. Bir müddət ənənəvi çap formasında, 2012-ci ildən nəşr formasını dəyişərək sayt kimi, 2022-ci ilin aprel ayından isə WordPress üzərində bloq kimi yayımlanmaqla fəaliyyət göstərməyə başlayıb. Saytın əsas məqsədi anaların, valideynlərin və cəmiyyətin diqqətini uşaqlarla bağlı aktual məsələlərə yönəltmək, gündəlik həyatda rast gəlinən problemləri işıqlandırmaq və faydalı tövsiyələr paylaşmaqdır. Burada yer alan yazılar real müşahidələrə, həyat təcrübəsinə və sosial problemlərə əsaslanır. Parklarda, məhəllələrdə, ailə mühitində və cəmiyyətdə baş verən hadisələr sadə və səmimi dillə oxuculara çatdırılır. Biz inanırıq ki, sağlam və diqqətli yanaşma ilə böyüyən hər bir uşaq gələcəyin daha yaxşı qurulmasına töhfə verir.

Sitatlar

Başlamağın yolu, danışmağı bir kənara qoyub, bunu etməyə başlamaqdır.

V.Disney

“Bitdi”- deyə ağlama, “Oldu “,-deyə gülümsə.

D.Seuss

Yaxşı adamlara keşikçi qoyun,

Dağılar, çürüyər yoxsa cəmiyyət.

Nəriman Həsnzadə



Ana və Uşaq.com – sadəcə, bir sayt deyil, cəmiyyət üçün kiçik də olsa, fayda vermək istəyən bir təşəbbüsdür.

Bağlantı