Təbriklər

Hüseynlə tanışlığımız təsadüfi deyil, Allahın qismətidir. Böyük oğlum Dəyanətlə bir təşkilatda işləyirdi. Təşkilatlarının sosial fəaliyyətləri olanda məni də asaqqal kimi dəvət edirdilər. Orada çalışanları hamısının eyni əxlaq və tərbiyədə olması bu da təsadüfi deyil. Bu da Allahın qismətidir.
Ailə Allah qismətinə qarşı belə şükranlıq edir. Belə övladlar böyüdür. Hüseyn bala da belə başına dönəsi balalrımızdan biridir.
Gördüyüm ilk gündən xoşum gəlmişdi. Evimizdə də bir neçə dəfə olub, toyunda iştirak etmişik. Allah bütün ailələrimizə ağıllı övladlar qismət etsin.
Bir qızı var – Elif. Bu gün Elifin 4 yaşı tamam olacaq. Babaları-nənələri necə sevinir, biz də ailəlikcə elə sevinirik.
Bu yaxında zəng vurmuşdu. Dedi ki, 2-ci övladım oldu, sevincimi ilk olaraq səninlə bölüşürəm.Qızı olmuşdu.
Çoxxxxx sevindim, əlbəttə.Ehtiram həm yüksək hissdir, həm də məsuliyyətdir. Ehtiram göstərənlər də, ehtiram göstərilənlər də bu anlamın qarşısında gözəl-gözəl duyğuları qoruyub davam etdirirlər. Allahın qüdrəti ilə ruzili edirlər. Bir də ona görə sevndim ki, 2-ci övladı da qız olsa da, Hüseyn bala Fərqində deyildi, sevinirdi. Çox doğru edir. Əgər bir insan oğlu öz yvasındakı, ocağındakı öz canından, qanından olan iki övladının birini o birindən fərqləndirir, nə həyat oldu bu? Onun sənə bəxtəvərlik gətirəcəyinə bel bağlama.
Elif islami əlifbanın ilk hərfidir. Əbcəd hesabında da dəyərlərin birincisidir. Musiqidə “la” notunuı ifadə üçün istifadə edilir. “Ülfət edən, dost, tanış” anlamlarını da ifadə edir. Bu anlam, Hüseyn, qadan alım, sənin babandan, atandan sənəötürülür, Allah tərəfindən.
Ailəmiz adından Adil müəllimi, ananı təbrik edirik. Elif balanın ana baba-nənəsini təbrik edirik.
Mənim də 4 qız nəvəm var…Eyni hissləri mən də keçirirəm. Ocağımızn , nəslimizin ağıllı, qeyrətli oğulları olduğu kimi, ədəb-ərkanlı, ləyaqətli qız övladları da olmalıdır. Qızlar doğulan evlərə Allah daha lütfkarlıq bəxş edir.
Qızlar ata-analarını qardaşlarından bir qədər artıq sevir, nəvazişləyir, qoruyur, qeydinə qalır. Bu baxımdan gələcək bəxtəvər günlərinin zəmanətini qazanmısan.
Dünyalarca məhur yazıçı Viktor Hüqo deyib ki, “Övladlarını sevməyən atalar ola bilər, amma, nəvəsini dəli kimi sevməyən baba ola bilməz”.
Bu sevgini dərin sirri, böyük də izahı var.
Məsələn, uşaqlar körpə vaxtlarında sevgiyə, qayğıya daha çox ehtiyac duyurlar. Elə bil imdad diləyirlər. Kimsə ata olanda öz övladlarında bunun kövrək anlamlarla fərqində ola bilmir. 23-25 yaşlı ata ilə 1-2 yaşlı övlad arasındakı fərq o qədər də böyük deyil. Onda ata özü də hələ dəliqanlı kimi olur. Amma yaşı 60 –ı keçmiş babanın 1-2 yaşlı nəvəsinə meyil etməsi ruhladır, qanladır, canladır.
Digər tərəfdən, atalar öz övladlarında görmədikləri, görə bilmədikləri ruhsal duyğuları baba yaşına çatanda nəvələrində görürlər, xüsusən, qız nəvələrindən. Qızlar həm də şeytan olurlar.
Düşünürəm ki, babaların ömrünü elə iki qismə ayırmaq olar: 1-ci mərhələdə özü üçün yaşayır, sevir, ailə qurur, övladları olur, onları oxudur və evləndirir . Buradan 2-ci mərhələ başlayır. Ata indi baba kimi sevgili övladları və ən çox da nəvələri üçün yaşayır.
Nəvələr həyatı dəyişir. Nəvələr həyatı mənalandırır. Əlin həmişə gölərə ucalır: Allahdan əmin-amanlıq, sağlamlıq, firavanlıq arzulayırsan.
Çox təəssüf edirəm ki, müasir dövrümüzdə ailələr azuşaqlıdır. Kaş babalar ömürlərinin sonlarına kimi körpə nəvələrin əhatəsində olsunlar. 15-20 yaşında olan nəvə də nəvədir. Amma körpələr daha şirin olur. Köksümüzə sığınanda özümüz də iksirlənirik elə bil. Sanki çəkisizlik şəraitindəyik…Sanki başqa bir hava uçuruq.
Bütün evlərimizə bu müqəddəsliyi arzulayırıq. Bəlkə uşaqlar qarşısında duyduqlarımızla biz insanlığı, həyatı qoruya biləcəyik. Bir mütəfəkkir deyib ki, dünyaya gələn hər bir uşaq Allahın hələ insanlardan əlini üzmədiyinə işarədir.
Elif balanın babaları hörmətli Adil bəyi, ana babası Həsən bəyi, nənələri Gülçöhrə xanımı, Xanım müəlliməni təbrik edirik.
Hələ daha çox “Nəvəniz olub” müjdəsi eşidəsiniz.
Hüseyn , səni və xanımını təbrik edirik. Elif balanın fərəhli günləri ömrünüzü daim mənalandırsın. Sağlam böyüsün, xoşbəxt böyüsün. Gözəl təhsil alsın, elinə-obasına, mənsub olduğu şəcərəyə hər zaman şöhrət gətirsin.






Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.