Əxlaq və mənəviyyat

Çox “Avropa”, “İsveç” deyirik. “London”, “Fransa, “Brüssel”, “Bern” aqrzulayırıq. Bizim Bakı onlardan pisdirmi, yaraşıqsızdırmı, a tövbə. Sadəcə, özümüz məmləkətimizdəki, mənəviyyatımızdakı zaman-zaman mövcud olmuş gözəlliklərin, mədəniyyətin üstündən saymazyana keçib, Avropada yaşamağa can atırıq… Və gedənlər də az olmur, amma Avropa cəmiyyətinin bir hissəsi ola bilmirik.

Avropalılar liftə tüpürmürlər, küçəyə tüpürmürlər, qulaqlarını təmizlədikləri pambıqlı çöpü hara gəldi atmırlar. Mətbəx tullantılarını paketlərdə pəncərədən atmırlar, blokun ağzına qoyub getmirlər. Avtobuslara yer oldu-olmadı doluşmurlar, salonda siqaret çəkmirlər. İctimai nəqliyyatı harada gəldi saxlatmırlar, oturacaqları kəsmirlər, uğursuz sevgilərini  hara gəldi  yazmırlar.

Avropanın  şəhərlərində görməzsən ki, ictimai yerdə kimsə siqaret çəksin və s. Ətrafdakı  insanların  rahatlığını bu  və ya digər şəkildə pozsun.  Avropalılar şəxsi minik avtomobillərini blok ağzında, piyada səkilərində saxlamırlar. Avropalılar rüşvət vermirlər, rüşvət almırlar. Avropalılar öz tarixlərinə və mədəniyyətlərinə çox ehtiramla yanaşırlar. Bu, onların həyat- tərzidir.

Mətbuatda keçmiş Sovet  İttifaqından işləmək üçün Amerikaya getmiş  mühacirlərlə bağlı  maraqlı bir yazı oxumuşdum.  Amerikanın hansı ştatlarındasa vətəndaş aldığı avtomobili alıb müəyyən edilmiş bir vaxta kimi işlədir, xoşu gəlməzsə, qaytarıb əvəzinə, həmin dəyərdə yenisini ala bilər və yaxud üstünə əlavə ödəniş  edib daha bahalısını ala bilər. Bu, Amerika vətəndaşlarına bir etimaddır, eyni zamanda bu etimadı özlərinin xidmətinə qazandırmaqdır. Amma nadir hallarda olurmuş ki, əsl amerikalı aldığı avtomobili bu şəkildə dəyişsin. Belə dəyişmələr getdikcə kütləviləşir və araşdırma nəticəsində məlum olur ki,  həmin alıcıların say dinamikası  keçmiş sovetlər ölkəsindən gələn mühacirlərin hesabınadır. Sən demə, bu “çoxbilmişlər” hansısa bir avtosalondan istədiyi avtomobili alır, həmin qarantiya müddəti üçün sürür, sonra gedib yenisi ilə dəyişir, daha sonra başqa salondan daha başqasını alır və sonda isə pulunu geri götürür. Deməli, 2-3 il müftə avtomobil idarə edir. Əlbəttə, amerikalılar bunu yaxşı qəbul etmir və bu kimi hallara görə sovetlər ölkəsindən mühacirət edən vətəndşlar Amerika üçün heç də arzyolunan “qonaqlar” deyil.Bu, amerikanlını döyməkdən, söyməkdən betərdir.                                                                                                  Mən keçən əsrin 80-ci illərində tələbə olduğum Bakını və bakılıları günümüzdəki Bakı və bakılılrla müqayisə edəndə elə təəsüflənirəm ki. Doğrudur, bu gün Azərbaycanda və Bakıda gedən quruculuq işləri, müasir binalar fəxr ediləsidir. Amma bu şəhərdə yaşayan insanların diqqətsizliyi, qayğısızlığı , çox vaxt da məsuliyyətsizliyi  nəzərdən yayına  bilməz.  Bakı yeni libasa bürünüb, amma  keçmiş Bakının ləzzəti qalmayıb  daha. Çox səbəbləri var. Hər kəsin bu səbəblrdə payı var, xidmət təşkilatlarının  da  bir ayrı. Xidmət təşkilatları çox laqeyddirlər. Onlar təmsil olunduqları sahənin öz maraqlarını təmin edən tərəfindən faydalanırlar, amma bu sahənin mövcud olması və davam etməsi üçün heç nə etmirlər. Məsələn, hər birimizin yolu bu qədər idarə və təşkilatlara, tərbiyə və sağlamlıq ocaqlarına düşür. Nümunəvi əraziləri olan idarə və təşkilat, tərbiyə müəssisəsi ya yoxdur, ya da barmaqla sayılacaq qədər azdır.  Ərazilərdə adda-budda gözə dəyən qazonlar,  iri-iri gövdəli ağaclar  susuzluqdan, qayğısızlıqdan   eybəcər hala düşmüş, onu seyr edənlərə  heç bir estetik zövq  bəxş edə  bilmir, əksinə, hər vaxt  təhlükə mənbəyidir. Yerli qurum və təkilatları arasında   əməkdaşlıq, qarşılıqlı etimad olardısa, belə problemlərin heç biri də olmazdı.  Yaşıllıq və kommunal işçiləri, əsasən,mərkəzi yerlərdəki ərazilər xidmət edirlər. Şəhərətrafı rayonlara müəyyən hallarda  yolları düşər, onda da  biyara işləyən kimi dümələnib  gedərlər.

Yaşıllaşdırma idarəsində işləyənlər əksəriyyəti bu yeri dolanışıq çarəsizliyindən şeçib. Belə idarə, belə adamlar “Yaşıl cənnət” yarada bilməz.

Şəhərin mərkəzindən  aralı ərazilərə nəzr salmaq kifayətdir ki, ətraf mühitə, yaşıllığa, xüsusən, ağaclara laqeyd münasibət  özünü  büruzə versin. Nə qədər desəniz  qurumuş, estetik cəhətdən  ölkənin baş şəhərinin  görkəminə yaraşmayan  ağaclar var.Sanki  bunları heç kim görmür. Ətraf mühitin qayğılarına  məsul olan  xidmət sahələri  belə yerlərə  nadir hallarda  gəlirlər.Onda da  yol qırağında  diqqəti cəlb edən  qurumuç 1-2 ağacın   qol-budağını  kəsib,  kəsdiklərini də ətrafa atıb gedəcəklər. İş yeri bunlar üçün  sanki “приключения”kimi bir məşğuliyyətdir.  Onlar elə bilirlər ki,  ağıl zəifliyi və ya ruhi xəstəliyi olan insanlar yaşayan  ərazidə işləyirlər.  Axı sizə göz qoyurlar. Belə nizam və ya nizamsızlıqla  heç nəyi qorumaq olmaz. Hər hansı  bir ərazidə ətraf mühitə laqeyd münasibətilə   bağlı  respublika təyinatlı demirəm, rayonun özündə nə qədər məsul  idarə və təşkilatlar var. Mənzil-Komunal Təsrrüfatı Birliyi və ərazi şöbələri,   polis sahə müvəkkilləri,  Gigiyena və Epidemiologiya Mərkəzlərinin  sahə nəzarətçiləri,  Fövqəlada  Hallar Nazirliyinin  müvafiq strukturları, Səhiyyə şöbəsi  və  poliklinikalar, Ekologiya Nazirliyinin  müvafiq  xidmətləri, Bələdiyyələrin ekologiya komissiyası və sair.  Bu qədər  təşkilatlar mövcud olan yerdə  ətraf   mühitin  sağlamlığı , qorunması, genişləndirilməsi ilə bağlı gərək  heç bir problem  olmasın. Belə yanaşma ilə bu təşkilatlar Vətəndaş cəmiyyətini də  bu  vacib sahəyə   daha qırılmaz tellərlə bağlaya bilərlər. Amma insanlar görürlər ki,  qulluq edib  abıra saldıqları  həyət –bacanı, vedrə ilə su daşıyıb qurumağa qoymadıqları  ağacları  çox asanca  yox edib, özlərinə obyekt yaradırlar. Hələ bir,  obyektlərinin qarşısına da yazıdırıb lövhə də yapışdırtdırırlar ki,  “Müvəqqəti narahatçılığa görə üzr istəyirik.”  Nə vaxtdan belə  etikalı oldun?  Sən   burada yaşayan  çoxlu sayda insanların evinin qarşısında özünə obyekt tikdirirsən, onun pəncərəsinin qarşısını tutdurursan, ömürlük   həyət-baca imkanlarını məhdudlaşdırısan, evinin əhatı gözəlliyi  heçə enir. Bu lövhələri dövlət təyinatlı müəssisələr  tikiləndə, yol çəkiləndə  dövlət qurumları və  bu qurumların rəhbərləri edər, işbazlar yox. Onda görünür ki,  bu üsulu də onlara  icazə verən qurumlar öyrədir.

  Bunları görəndən sonra  heç kimin bir ağaca  su verməyə əli  getmir. Bu laqeydlik getdikcə özü qəsdə çevrilir.

Paytaxt ərazisində tikinti məsələləri ilə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi məşğul olur.  Hər rayonun İcra hakimiyyətlərindəki təsərrüfat şöbələri məşğul olur. Yaşayış binaları, həyət-baca, burada yaşayacaq insanlara xidmət edəcək infrastrukur ölçülüb-biçilməlidir. Ərazidə yaşayan insanları  mənafe və arzuları nəzrə alınmaqla həll edilməlidir. Sovet dövründə bu massivlər salınarkən, binalar tikilərkən, memar və arxitektorlar inşaatçılarla bunları elə bu cür də nəzərə alıblar. Amma indi insanların deyil, həmin ərazidə xidmət və yaxud ticarət obyektləri yaratmaq istəyənlərin mənafeləri nəzərə alınır. İnsanlara məxsus ümumi istifadə yerləri elə  ustalıqla ümumi istifadə statusundan uzaqlaşdırlır ki.

Dövlət Şəhərsalma Norma və Qaydaları mövcuddur. Bu qaydalar özündə yaşayış məskənlərinin planlaşdırlması və tikilib abadlaşdırılmasının prinsiplərini özündə ehtiva edir. Həmin prinsiplər insanlar üçün əlverişli, sağlam və təhlükəsiz yaşayış, iş və istirahət mühitinin yaradılması ilə bağlı ümumi tələblərin təmin olunmasını tam olaraq əhatə edir.

Amma di gəl ki, xidmət təşkilatları və yerlli strukturlar onun nümunəvi həllini həyata keçirmirlər: ya bacarmırlar, ya da istəmirlər.

Xətai rayonundakı 96 nömrəli MİS-nin   xidmət etdiyi ərazİdə    həyət-baca bərbad vəziyyətdə idi. Bütün ərazi zəbt edilmiş,   insanların gəzintisi , uşaqların oyun növləri ilə məşğul olmasına  yer qalmamışdı. Arxitektura baxımından da  bu ərazi  eybəcək bir məkanı andırırdı. İllərlə sakinlər  bu barədə  aidiyyəti qurumlara  ayaq açdı, müraciət etdi.

Nəhayət,  49 nömrəli çoxbloklu  yaşayış binasının həyətində qanunsuz zəbt edilmiş,  bəzi hissələri yöndəmsiz daşlarla,  bəzi hissələri  metal torla hasarlanmış ərazi sökülərək  Heydər Əliyev Fondunun vitse-prezidenti, “İDEA” Beynəlxalq İctimai Birliyinin rəhbəri  Leyla xanım Əliyevanın    “Abad Həyət”  devizi ilə  salınan yaraşıqlı məhəllə kimi olmasa da, əvvəlki görkəmindən qat-qat yaxşı hala gətirildi.

Onda hər səhər evdən çıxıb işə  gedəndə  blokun ağzından dayanacağa qədər  qət etdiyin ərazidə özünü, sanki,  kənddə gedirmiş kimi hiss edirdin.  Bu gün isə    həyətimiz simasını əməlli-başlı dəyişib: blokdan çıxdınmı, səliqə-sahmanlı əhatəyə düşürsən,  cisminə, duyğularına bir sərinlik və məmnunluq qonur.  Genişlik, yeni salınmış yaşıllıqlar, müxtəlif idman avadanlıqları sakinlərin ürəyincədir.  

 Amma get-gedə  sakinlərin  xəyallarına gətirmədikləri problemlər də özünü göstərməyə başlayıb.  Elə ki, saat 10-u keçir ətraf binalardan əlinə top keçən, iti olan topunu, itini götürüb axışırlar bura. Haray-həşirdən nəinki meydançanın böyür-başında oturub sakitlik tapmaq olur, heç evində də  səs-küydən  dinclik tapa bilmirsən, bir çalım yata bilmirsən.Ta gecə saat 10-a kimi. Əgər belə məhəllələr orada yaşayan insanların asudə vaxtlarını rəngarəng, məzmunlu, stressiz keçirmək üçündürsə, bu layihəni gerçəkləşdirən yerli qurumlar onları sakinlərə bəxş edə bilmədi.  Və yaxud inşaatçılar bunu etdilər, bundan sonrakı  məsələlərin  mütləq   bir   doğru, ədalətli həllini tapmaq lazımdır.

Hansısa bir abad  məhəllə yaratmaq,  uşaqlara bir ayrı, yaşlı adamlara  bir ayrı  idman avadanlıqları  quraşdırmaq,  əlbəttə, çox böyük sosial layihədir. Amma hələ  insanların asudə vaxtlarının  səmərəli keçirilməsi qayğılarının  tam  həll edilməsi demək deyildir.

 Bu layihədə bəzi unudulmuş  məqamlar da oldu. Onu da    qeyd edim ki,   bu unudulmalar təsadüfi  deyildi.   Televiziyadan  Leyla xanım Əliyevanın   təşəbbüsü  və təşkilatçılığı ilə abadlaşdırılmış həyətləri  görmüşük, bəzilərinə  yolumuz da düşüb. Bizim abad məhəllə  həmin abad məhəllələrdən olmadı.   Doğrudur, köklü dəyişikliklər  oldu, amma  dadım-duzum  yerinə yetirildi bu layihə.

Bir çox işlər var ki,  keyfiyyətli görülməmişdir, yarımçıqlıqlar da qalmaqdadır.  Küçəyə   döşənmiş asfalt   örtüyü çox zaydır,  bu asfaltın  heç bir il də ömrü olmayacaq və artıq  bu şübhə  yəqinə çevrilməkdədir:    cəmi 5-6 aydır ki,  döşənmiş asfalt  dağılmağa başlayıb.  Asfalt döşənəndən bir yağış, qar görmədi, görsəydi,  çoxdan  dağılmışdı.

Çünki  asfaltın hazırlanma  texnologiyasına  barmaq ediblər:  ya asfaltın  tərkibindəki komponentlər hamısı olmayıb, ya da keyfiyyətsiz, işlənmiş neft məhsulları  əlavə edilib.  Sovet  dövründən qalma  asfaltları  külünglə parçalamaq olmur.

12 blokun qarsında işıq dirəklərini  basdırmaq  üçün özüllər hazırlandı, elə də qoyub getdilər.Nə gəlib dirək qoymadılar,  nə də  səkidə  insanların gəliş-gedişinə əngəl olan dirək özüllərini  ləğv etmədilər.  Gecə saatlarında səkidə  insanların ayağına ilişir.

 Bir  ədəd  söhbətgah  quraşdırılmadı. Başlanğıcda   açıq havada şahmat meydançası quraşdırılacağını  demişdilər, bu da olmadı. Ərazidəki  yararsız kollar, qurumuş ağac və budaqlar təmizlənmədi.

51-ci binanın    arxasındakı   meydança  ümumi  istifadə  halına  gətirilmədi,  bura həyətin bir hissəsi olsa da,  orada heç  bir iş görülmədi. Halbuki, abadlaşdırıb burada da  futbol və ya basketbol meydançası salmaqla  sıxlığı  seyrəltmək , narazılıqların qarşısını xeyli önləmək  olardı.  

  Görülən işlərə görə də  təşəkkür edirik. 

Amma bizə paytaxt şəhər statusunda Abad məhəllə, onun yaradacağı rahatlıqlar verilmədi. Bu yerlərdə insanların fəaliyyət dairəsini müəyyən etmədən, onu bələdiyyəyə, MİS-ə, polisə tapşırmadan, istifadəyə verilmiş parkın nümunəvi sosial-mədəni məkan olduğuna inanmaq olmazdı. Gec də deyil, əgər bu problemin doğru-düzgün, ədalətli həlli tapılmazsa, bu yer iraq-iraq, neqativ təzahürlərin baş qaldıracağı yerə də çevrilə bilər, bunun əlamətləri də artıq var.

Davamı var…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı