Günümüz-güzəranımız

 Bu ağaclar  ümumi  şəhər təbiətinin   bir hissəsi deyil, Xətai  təbiətinin     96  nömrəli MİS-nin ərazisində hər  gün qarşımıza çıxan, yanından keçdiyimiz ağaclardır.   İnsanlara çox sədaqətli ağaclardır.Heç kəsə fərq qoymadan, heç kimdən təmənna  güdmədən, yerlibazlıq etmədən insanların hamısına   qəlbərinin, ürəklərinin sevgisini, məlhəmini yetirməkdə davam edirlər. Su verənləri yox,  ildə bircə dəfə diblərini yumşaldan,   qol-budaqlarını  arıtlayan yox. Allahın ümidinə yaşayıb  insanlara   xidmət etməkdədirlər.

  Təbiəti qoruyan  Nazirlik var, Ətraf mühitin mühafizəsinə  cavabdeh olan, ona  qulluq  etməli olan   çoxlu sayda qurumlar var, bu qurumlarda   macəra həyatı kimi işə gedib-gələn,   hərdən 2-3  yıxılmış ağacı  yığışdıran   işçilər var.İşlərinin keyfiyyətini, həcmini  isə yoxlayan  yoxdur. Ona  görə də   Ətraf mühitun müfizəsi    bərbad gündədir. Onsuz  da ermənilər də br təərfdən 30 il torpaqlarımıza, suyumuza, ağaclarımıza qənim kəsilmişdilər. Eləcə də hər rayonun  yaşıllığını da mühafizə edən, qulluq göstərən  2  ayrı təşkilat var,  bələdiyyələr var. Amma onlar süni iqlim yaratdıqları kabinetlərində əyləşib görülmüş işlərdən cəmiyyətə gerçək olmayan arayışlar paylaşmaqdadırlar.

Ərazı üzrə Xətai Rayon Bələdiyyəsi, Bakı Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Xətai rayon yaşllıq sahəsi, 96 nömrəli Mənzil İstismar sahəsinin məsullarının bir tükü də tərpənmir.

Əslində tək Xətai rayonunda deyil, hər yerdə vəziyyət belədir.

Ölkənin paytaxt şəhərinin mərkəzindən və magistral yol kənarlarından uzaq olan yaşayış məhəllələrindəki ağaclar, çəmənlər, gül və kollar vaxtlı-vaxtında su verilmədiyindən günü-gündən güdülləşir və sonra quruyurlar.

Ağaclar bir tərəfdən  anomal istilərə tab gətirə bilməyib sıradan çıxır, bir tərəfdən də  ömürlərini ucaldıqları yerdə obyekt tikmiş sahibkarlara və onlara bu haqqı verənlərə bağışlayır.

Ərazilər kol-kosdan , qurumuş otlardan heç vaxt təmizlənmir. Dəfələrlə olub ki, bu ərazilərdə yanğın hadisəsi baş verib. Halbuki, Mənzil İstismar Sahələridə otbiçən aqreqatlar var, bu yaşıllıqlar vaxtaşırı biçilməlidir.

20 ilə yaxın mən bu ərazidə oluram. Hələ bir dəfə rast gəlməmişəm ki, bu ərazilərdəki ərazilərə, ağac və kollara su verilsin, yaşıllıqlara mövsümü aqrotexniki qulluq göstərilsin. Şəhər yaşıllığının qorunması üzərində ətraf mühitin, insan sağlamlığının mühafizəsi qayğısını çəkənlərə deyil, sadəcə, özünə məvacib, dolannışıq yeri əldə etmək istəyənlərə tapşırılıb. Onlar da ancaq magistral yol kənarlarında, park və xiyabanlarda gözə dəyirlər. Mərkəzdən uzaq yerlərdə, daxili məhəllələrdə isə ağaclar,yaşıllıq, ekoloji sipər hər gün fiziki təsirlərə məruz qalır: bələdiyyələrin, Mənziıl İstismar Sahələrinin, ərazi üzrə yaşıllaşdırma idarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Fövqəladə Hallar Nazirliklərinin müvafiq qurumlarının gözü qarşısında. Ətraf mühitin mühafizəsində Sanitariya-Epidemioloji Mərkəzlərin də ciddi payı vardır. Amma bu təşkilatların arasında heç bir etimad, qarşılıqlı fəaliyyət marağı, korrdinasiya yoxdur. İnsanlar bilmirlər ki, onların həyət-bacasındakı torpaqlar hansı statusdadır, bu ərazilərə kim xidmət etməlidir, yaşıllıqlara aqrotexniki xidmət, qurumuş, eləcə də yöndəmsiz ağacları kəsilməsi, sahələrin təmizlənməsi, qurumuş ağacların yeni ağaclarla əvəz edilməsi hansı qurumun tabeçiliyindədir.

Ekollogiya Nazirliyi bütün bunlarla əlaqəli Mərkəzi İcra orqanıdır. Bu orqan bunlardan 100 faiz xəbərdardır, xəbərdar ola-ola özlərində məsuliyyət, cavabdehlik hiss etmirlər. Əgər xəbərdar deyillərsə, daha da pis. Tam məsuliyyətimlə bildirirəm ki,Xətai rayonunun daxili məhəllələrindəki ağacların, torpaqların yaşıl örtüyünün acınacaqlı gerçək  taleyi belədir.

Ağacları, yaşıllıqları suvarmaq istəyirik su yox.

 Bələdiyyələr çox passiv. Sadəcə, yığılan vergilər hesabına   dolanışıqlarını  təmin edən bələdiyyə  bu ərazidə bir iş gördümü?

Gəlin, bir ictimai qrup yaradıb ətraf aləmə ictimai baxış keçirək. Mən çox kiçik bir ərazidə 96 nömrəli MİS-nin ərazisində  ətraf mühitin mühafizəsi, belə ərazilərə xidmət səviyyəsinin nə yerdə olduğunu şəkillərlə qeydə almışam.

  Adda-budda  qurumuş bir neçə budaq  kəsmək ekoloji  fəaliyyət deyil.  Bir ağac quruyub,  bunlar hansıa bir neçə budağını kəsirlər, qurumuş  gövdəyə isə dəymirlər. Deyəcəklər ki, bizim kəsməyə ixtiyarımız yoxdur. Bunu özləri qəsdən belə dolaşığa salıblar.  Nəyə lazımdır bu  baryerlər: hər rayonun Mənzil Kommunal Təsrrüfat birliyi öz ərazisindəki  qurumuş ağacları aktlaşdıraraq, şəkillərini çəkərək  kəsə bilər. Əgər   qurumuş ağacları  Ekspertiza İdarəsinin rəyindən sonra kəsə bilərlərsə, bəs onda bu ağaclara,  çəmən ərazilərə, yaşıllıqlara su vermək, aqrotexniki  xidməti təşkil etməyə kim  manifest verməlidir? Bu qurumlar  ictimai qüvvələri   təbiətə xidmət etməyə həvəsləndirə bilməzlər.

 Bütün binalarda könüllü əsaslarla Məhəllə  komitəsi yaradılmalı, bu ərazidəki torpaqların təyinatı üzrə bölgüsü rəsmi olaraq elan edilməli, ərazidəki ağaclar, yaşıllıqlar pasportlaşdırılmalı və bunlara  nəzarət hər binanın  Məhəllə komitələrinə həvalə edilməlidir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı