Əxlaq və mənəviyyat

  İt gəzdirənlərin, it boğuşduranların bu parka girişi  qadağan olunmalı idi, Bura it parkı deyil.  Heç bir görəv sahibi ərazini  gəzib, müşahidə kameralarını  analiz edib kiməsə   bunun  yolverilməz olduğunu  deməyib. Onlar da elə blirlər ki,  haqlıdırlar, etdiklərində qəbahət yoxdur və getdikcə  şitənirlər. Biz, 49 nömrəli binanın  sakinləri öz evimizin, qarşısında, öz həyətimizdə  rahatlıq tapa bilmirik.  Özü də bu park  polis bölməsinin  100-200 metrliyində.

  Küçəyə, səkiyə   çıxmaq  üçün  yaşıllıqların arasından çoxlu keçidlər qoyublar.  Amma  böyüklü-kiçikli əksəriyyət yenə yaşıllığın üstü ilə hərəkət edir.  

Parkın  müəyyən yerlərində   davranış  qaydaları  ilə bağlı lövhələr vurulmalı idi.

Lövhələrdə bir neçə yerdə  diqqətə çatdırmaq lazım idi ki, yaşıllığı tapdalamasınlar,  oturacaqları korlamasınlar, kolların, ağacların budaq və yarpaqlarını qırmasınlar. Evlərinin zibillərini  gətirib parkın daxilindəki  zibil qablarına atmasınlar və  sair.

 Əgər bu yer şəhidin xatirəsini əbədiuləşdirmək  məramlıdırsa, burada it boğuşdurmağa, itə təlim keçməyə necə yol verilə  bilər?

  Parkda  davranış  qaydalarını  pozanlar  başqa  binalardan gələnlərdir, onlara da  söz demək olmur, adamın üzünə qayıdırlar.  Əraziyə  binalardan da əlavə  kameralar  mütləq qoyulmalıdır.  Polis  profilkatik və preventive  məqsədlərlə  müəyyən işlər aparmalı, belə nadinclər müəyyən edilib, tədbirlər görülməlidir. İnsanlar tərəfindən edilən narazılıqlara dərhal reaksiya verməlidirlər. Bəs polis-patrul xidməti nə üçündür?

  Bəs  qızmar  və uzun yay  gecələrində necə olacaq. Özündən başqa ətrafda  başqalarının da olduğunu dərk edə bilməyən və yaxud  dərk etsələr də,  məhəl qoymaq  istəməyən insanlar saat 11-dən sonra  bu məhəllədə yaşayan insanların sakitliyi üçün problem yaradacaq, bu problemlər qarşıdurmalarla müşayiət olunacaq.

Axı bu ərazi   yalnız  49-cu binanın  sakinləri üçün məhdud istifadə statusuna malikdir, bura ümumi statuslu park deyil:  “Heydər Əliyev” adına  park kimi,  Ukrayna dairəsindəki park kimi, Sahil parkı kimi. 25 yerlik  avtobusa  40-50 sərnişin  dolduranda  o 25 sərnişinin  rahatlığı necə olar, bax, 49 nömrəli binanın sakinlərinin vəziyyəti hal-hazırda belədir. Biz paytaxt şəhərdə yaşamırıq ki. Biz öz vəzifələrinə məsuliyyətsiz yanaşan    məmurların  yerlərdə   uyğunlaşdırdıqları  məhəllələrdə yaşayırıq.

  Biz   heç də  o fikirdə deyilik ki,  kənar massivdən kimsə bura gəlməsin.  Əraziyə təsadüfi  şəxslər də gələ bilər, qonaq da.  Bunlar heç vaxt sıxlıq yaratmaz. Sosial ünsiyyət, kommunikasiya  bizə çox lazımdır,  amma  belə yox.   Yaxın ətrafdakı binaların   uşaqları  səhər yerlərindən duran kimi bura doluşacaqsa, ta gecə saat 10-a 11-ə kimi  burada  səs-küy  insanları evində də narahat edəcəksə,   bəs 12 bloklu 49 nömrəli binada yaşayan sakinlərin mənaeyi, ictimai təhlükəsizliyi  hesabdan deyilmi?

Quraşdırlmış  avadanlıqlara qarşı  çox kobud və amansız münasibət var.  Mini futbol meydançası 5-12 yaşlı uşaqlar üçün nəzrdə  tutulsa da,  hər vaxt  kənar ərazidən gəlmiş  daha böyük  yaş qruna   aid  uşaqlar, hətta, böyüklə məşğul olur, balacaları    heç yaxına buraxmırlar. Həm də  meydançada  səhər açılandan  gecədən keçmişə qədər      bunların ixtiyarında olur.  Bunu mütləq qrafikləşdirmək  və üstündə nəzarət qoymaq  lazımdır. Meydança günün müəyyən saatlarında , özü də     məhəllənin öz uşaqlarının sərəncamında  olmalıdır.

 Davam  edən   xoşagəlməz   vəziyyətlərə görə, 49-cu binanın   ahıl adamları, ağbirçəkləri  həyət-bacaya çıxmaq istəmirlər.  Çünki     səs-küydən ağız deyəni qulaq eşitmir,      meydança darlıq edir, uşalar kiçik dəstələrlə   harda gəldi oynamağa, qaçışmağa  başlayırlar. Meydançanın  ətrafı   dəmir torla   hasarlanıb, meydança kiçik olduğundan və uşaqlar da nisbətən böyük olduğundan,  yaxın  məsafədən  vurulan zərbələr  bu tor hasara toxunaraq  sinirlərə toxunacaq səs yayır.

 Bu uşaqlara  bəs ailədə, məktəbdə nə öyrədirlər, söz demək mümkün deyil, adamın üzünə qayıdırlar. Bunlar şəhid haqqı nədir bilmir, şəhid xatirəsinə necə hörmət etməlidirlər, bilmirlər? Şəhid adına olan parka it gətirmək, abidənin  önündə it gəzdirmək, iti abidənin 1-2 metrliyində  dirəyə bağlamaq hansı mənəviyyatladır?

 Bəs  binanın   girəcəklərində az sayda olsa da quraşdırılmış kameralar nə üçündür?  Bu kameralar nə üçün izlənilib belə hallar müşahidə edilmir, tədbir görülmür? Sakinlər, əlbəttə,  narazılıqlarını bildirirlər, amma uşaqlar bildiklərindən də əl çəkmirlər. Deyirlər ki,  hər yerdə bizim adamımız var, kimə istəyirsinizsə deyin. Baxın, bu sözləri deyənlər məhz  digər  binalardan  gələn uşaqlardır.

 Bunlar həmin uşaqlardır ki, oxuduqları məktəbin, onların əllərini ayaq olmaqdan qurtatmış və ya qurtarmaqda davam edən  təhsil ocağının  əmlakına qəsd edirlər.

İnanmıram ki,  yetkin adam, hansısa yaşlı bir sakin məktəb hasarının  dəmir  barmaqlıqlarını  bu hala salsın.   

…5 –  12 yaşlılar üçün nəzərdə tutulmuş  bu mini futbol   meydançası  hələ  tam quraşdrılmamışdı. Ona görə qapısı qıfıllı saxlanırdı. Bir  axşam   həmin uşaqlardan  biri və yaxud  ikisimi, üçümü   qapını qırıb meydançanın tən ortasına  bir qadın mankeni qoymuşdu.

Bunu edənlər   Abşeron rayonundan , Qaradağ  rayonundan  olmayıblar,  elə  bu parka  ən yaxın  binalarda yaşayan yeniyetmələrdən olublar.   Düz   24 və 63 nömrəli  tam orta məktəblərə gedən yolun üstündədr. Şəhid abidəsinin 10-15  metrliyində – yaşayış binasının önündədir. Həmin yerdə bir çox idman avadanlıqları olduğu üçün  insanların,  özü də  uşaq və yeniyetmələrin  sıx olduğu məkandır.   Nədir bu  həərkətin   yarada  biləcəyi təhlükə. 40-45 il bundan əvvəl  ən adi dərəcədə    bir məzəmmətedici  sözdən   qızlarımız da, oğlanlarımız da pul kimi qızarardılar. Amma  əsrin sonlarına yaxınlaşdıqca,   Qərbin   mənəviyyatımıza basqısı ilə bu utancaqlıq pərdəsi götürüldü.  Bir vaxt  həyadan küz alması kimi qızaran  gənclərimizi   indi seriallarla, reklam   nümunələri ilə,  selofan  torbaların  üzərinə yapışdırılmış  yarıçılpaq  qadın  şəkilləri və yaxud   digər vasitələrlə   macəra mühitinə  səmtləndirə bildilər.  Bu mankenin  belə ictimai yerə qoyulması   həmin  məqsədə çox yaxındır. Artıq nə oğlanımız, nə qızımız belə mənzərəni görəndə qızarmır.

  Məsələ  ilə bağlı   96  nömrəli MİS rəisi polisə zəng vurmuşdi. Həmin yerə  gəlmiş Post-patrul  əməkdaşları görüntünü  telefolarına qeyd edərək bölməyə təqdim edəcəklərini bildirdilər. Amma heç bir nəticəsi olmadı.

Əgər həmin vaxt polis əməkdaşları  bura gəlib aydınlaşdırma işləri aparsaydılar, qanunun imkan vverdiyi  hüdudlarda müəyyən addımlar  atsaydılar, qapını sındıranı,  həmin  mankeni ora  qoyanı, sonra da götürəni  yaxınlıqdakı kameralarla müəyyən edib üzə çıxartsaydılar,  həm   bu uşaqlara, həm də bu barədə  kənardan  baxanlara çox ciddi görk olacaqdı.Etmədilər…

 Binanın qarşısındakı yaşıl kolları  və  parkın  bəzi     yerlərindəki yaşıllıqların  böyük qismi  sakinlərin   öz vəsaiti hesabına alınıb, blokların qarşısında əkdikləri kollardır.  Sonra abadlaşma aparanda bunları  seyrəldib  həyətə səpələdik. İndi  həmin    it oynadan,   ictimai yerə qadın mankeni  gətirən  yeniyetmələr , onlar çox pis meyillərdən xəbər verirlər- hansı ki ətrafdan gəlirlər, yaşıllıqlara bilərəkdən divan tuturlar.  Baxın, mən öz əlimlə əkdiyim yaşıl kollardan birinə tutulan divanı  sonadək izlədim. Bunları gecə saat 2-dən, 3-dən sonra gəlib etməyiblər. Bunları elə adamların əhatəsində ediblər, nümayişkaranə ediblər.

 Bu ağacın yanından hər keçən  bir yarpaq, bir budaq qırdı. Bir gün də gördük ki, gövdəsi də  yoxdur. Əgər  bu gün istər ailələrin, istərsə də  məktəbin tərbiyə edib  yetişdirdiyi  gənc  yaşıllığın, konkret olaraq ağacın  insana faydasını dərk edə bilmirsə,  biz gələcək  ekoloji  problemlərimizin taleyini kimə tapşıracağıq?

Bu yerlər 2011-ci ilin   noyabrına qədər, sadəcə, əksər hissəsi hasarlanmış ərazi, müəyyən hissəsi xidmət və ticarət obyektləri üçün pay-pürüş edilmiş yerlər, üçdən    bir hissəsi isə   bərbad vəziyyətdə olan uşaq meydançası idi.  Yazımızın əvvəllərində qeyd etdiyimiz kimi,  ərazi  abadlaşdırılaraq  kiçik park halına gətirildi və  Vətən müharibəsində  qəhrəmancasına həlak olmuş  Nəcəf  Şikarovun  adı verildi. Bir sıra mətbu  vasitələrdə  cəmiyyətə bu barədə  məlumat verildi və mən də   məhəlləmizin qarşısındakı ərazini  park  kimi təqdim edərkən  həmin məumatlara istinad etdim.

Vətənimizin, Zəfərimizin tarixinə adları da, hünərləri də  əbədi həkk olunmuş  qəhrəmanlarımıza  canlarını qurban verdikləri torpağın hər guşəsində möhtərəm  abidə halaldır. Bu torpağın  üzərində gəzən hər bir kəs bir belə abidəni də qəlbində uçaltmalıdır. Torpaqlarımızın müqəddəs olduğunu, Vətən olduğunu  ülvilik kateqoriyasına  şəhidlərimiz   ölçü, meyar etdilər.

 Biz də heç olmazsa,  şəhidlərimizə, onların adları ilə bağlı müqəddəs yerlərə ehtiram göstərməyi  bacarmalıyıq. Şəhidlərimizin ideallarını  bu gün də davam etdirən  əsgər və zabitlərimizə ehtiram  etmək qədirşünaslığını öyrənməliyik və   gənc  nəslə öyrətməliyik.

 Bunu bacarmırıq, amma   bu əxlaqı tapdalayıb keçənlərə qarşı      dözümlülük göstərməyi  bacarırıq.  Bu  məkanı   nəzarətsiz  uşaqların  macəra yeri üçün yaratmayıblar.  İt    gəzintisi üçün deyil bu yerlər. Bu abidənin önündən keçən    həmvətənimiz pəncələrini  torpağa ehmalca basmalıdır.                                 

Bizdə isə tam əksinədir.   5-10 uşaq  bu yerləri İt seyrangahına çevirib.   Bunlar  2 itdir. Biri son vaxtlar gətirilmir, amma  biri  çox tez-tez  gətirilir,  şəhid  abidəsinin önündə gəzdirilir,   eybəcər, ikrah doğuran  hallar baş verir. Şəhid abidəsinin  düz 1-2 metrliyində dirəyə bağlanmış it   abidənin  önündə təbii ehtiyacını  yerinə yetirir.  Bu park   mövcud olandan bu  biabırçılıq davam edir. Sakinlər etiraz edir,  amma  həmin   nəzarətsiz , həm də bu məhəllənin  sakinləri olmayan uşaqlar  deyirlər ki, kimə deyirsiniz deyin, hamısı öz adamımızdır.

Təbii ki, ictimai nəzarət, qınaq olmalıdır.  Amma bu, o vaxt səmərəli olur ki, insident yarananda  dövlət strukturlarının nümayəndələri  vətəndaşları müdafiə etsin…. Belə  hallara dərhal reaksiya  verilsin. 

Belə parklarda insan fəaliyyətlərinin növləri, ərazilərində davranış qaydaları müəyyən edilməli və lövhələrlə diqqətə çatdırılmalıdır.  Bu lövhələrdə   qaydaları pozanların məsuliyyəti barədə  qeydlər də mütləq  qeydlər olmalı,  hər kəsə məsuliyyət dairəsi aydın olmalıdır. Bələdiyyə, polis əməkdaşları  bunları ciddi şəkildə müşahidə və nəzarətdə saxlamalıdır. Binadakı kameralar nəyə lazımmış onda.  Hələ parkın bu hissəsinin özündə yeni kameralar quraşdırılmalı, vaxtaşırı bu kameralar  analiz edilməlidir. Əhalinin gur vaxtlarında  bu məkana   polis əməkdaşları gəlməli, müşahidə edib, müəyyən  tövsiyələrini  verməlidir.

Bu boyda ərazini  başlı-başına qoymaq olmaz axı.

Bu qədər sakinlərin üz tutduğu bir məkanda mövcud idman qurğularını  qorumaq, istifadə qaydalarını nizamlamaq üçün  ayrıca bir şəxs  təyin etmək lazımdır.

 Bu parkın  status hüquqidirmi,  hökumət tərəfindən rəsmi şəkildə   təsdiq olunubmu, olunubsa, nə üçün  mətbuatda elan olunmadı? Əgər  rəsmidirsə,  nə üçün   bu parkın   Şəhid  Nəcəf Şikar oğlu Şikarov adına   Park olduğu  ərazidə 1-cə yerdə olsa belə,    əksini tapmayıb. Nə üçün şəhid haqqında  məlumat yoxdur? Əgər bura gələnlərin  diqqətini   bu  lövhə,  istərsə də  “Olmaz”larla bağlı  lövhələr   cəlb etsə,   bunların da  müəyyən təsiri olar.

Şəhid  adına park  Mədəniyyəıt və İstirahət parkı deyil, Sənaye parkı deyil, İt parkı deyil.  59- cu  binada yaşayan sakin öz  binasının qarşısını, arxa tərəfini qoyub, gəlib 49-cu binanın qarşısında – şəhid abidəsinin önündə itinə təmrin etdirməməlidir. Şəhid adına parkdırsa, abidənin ən yaxın məsafəsində  bu qədər idman qurğuları  yerləşdirmək olmazdı. Ərazidə  bunun üçün o qədər    yerlər var ki… İdman qurğuları şəhid abidəsinin önündən götürlülməli  və ərazinin    digər hissəsinə – ATS olan  hissəsinə köçürülməli, şəhid abidəsinin ətrafı insanların  ehtiramlarını ifadə etmək üçün gəldikləri  yer olmalıdır.

Bir ciddi narahatedici məqam da budur ki,  yaxınlıqdakı 24 və 63  nömrəli  məktəbin şagirdləri  dərs vaxtı ya dərsdən yayınıb, yaxud idman dərslərində       bu ərazilərdə axışıb gəlir, hay-küy salır,  ətrafdakı insanların  istirahətini pozur, idman avadanlıqlarından kobud istifadə edirlər.

  Hər kəs bu barədə düşünməlidir. Şou  mətbuatı, şou televiziyaları gərəksiz-gərəksiz layihələrindənsə, belə məsələləri   gündəmə gətirməli,  paytraxt şəhərinin, burada yaşayan  insanların qayğılarını incələməli,  insanlara əxlaq və davranış normaları, etiket nümunələri təlqin edilməlidir.  Bizim ictimai, ədəbi fikir   meydanında vətənpərvərlik mövzusu həmişə olub.   Birinci Qarabağ müharibəsindən on illər keçsə də,  poeziyamızın, ədəbiyyatımızın  bu mövzuda  yazıları  az da olsa ,   olub.    Bu,  ədəbiyyatın da , sənətin də  təməl  vəzifələrindəndir.  Amma insanlar da bu nümunələrdən əxz etdiklərinin  real həyatda daşıyıcıları olmalıdır.

Doğma  Bakımızın,  demək olar ki, hər  guşəsində şəhidlərimizlə bağlı  yerlər var. Küçələr, məktəblər, parklar  var. Şəhidlərin yaşadıqları binaların  önüdə barelyefləri vurulub,   Şəhid bulaqları  var.          Bəs bunlara  münasibət necədir. Şəhid   kapitan Nəcəf Şikarovun  adına   olan parkda  cərəyan edənlər  barəsində yuxarıda qeyd etdik.  Ayrı-ayrı  vaxtlarda şəhərin  müxtəlif bucaqlarında    belə  abidə nümunələri ilə qarşılaşanda ürək ağrısı ilə   göz yetirdiyim mənzərələrdən bəzilərini  telefonumun yaddaşına köçürmüşəm.     Bəs o binada yaşayan insanlar, bəs o  o abidələrin  yaxınlığındakı məktəb və bağçalar,  təşkilat və idarələr…  Gərək  belə yerlər hər zaman  gül-çiçəyə qərq  olsun. Kimsə avtomobilinin ayaqaltısı kimi istifadə etdiyi rezini suya çəkib abidənin ətrafındakı  “reşotka”nın üstünə sərməməlidir. Məktəb və bağçaların siniflərini  və  qruplarını  həftədə bir dəfə belə yerlərə xidmətə gətirmək olar.Bu, həm də belə ehtiramın bir borc olduğunu  nümayiş etdirər. Gözü belə mənzərələri görməyə adət etmiş uşaq da, böyük də  hər yerdə şəhid adına, şəhid abidəsinə hörmət edər.

Son

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı