Mövqe

Üç  gün öncə telejurnalist  Turan İbrahimlinin intenetdə bir  yazısına rast gəldim(Bax: https://aqreqator.az/az/medeniyyet/2015941).  

Turanı  heç vaxt görməmişəm. Amma   vizual olaraq  güləş adamdır.  İş burasındadır ki,  bu cür  adamlar  ciddi   yazanda belə,  o ovqatın yaratdığı assosiativlikdə  yazısı da ciddilikdən uzaqlaşır.Ciddi yazan adamın  bədən dili   onun  fikirlərini  təsdiqləyə bilməyəndə, ideya da, məzmun da təsirsiz olur, öz rolunu oynaya bilmir.    Bu baxımdan  televiziyada, mətbuatda da aləm qarışdı  bir-birinə.   Qəzetlərdə ciddi, analitik mövzuda  yazan   jurnalistlər  meydana doluşan şou aparıcılarının əlindən məcbur oldular hərəsi bir nazirliyin, komitənin  Mətbuat xidmətlərinə  keçdilər,  televiziyzalar qaldı    şou verilişləri  aparanların ixtiyarında. Ona görə də  bu gün kütləvi informasiya vasitələrində çox nadir hallarda  oxucunu idraka  bağlayan  yazılar olur. Hamı dolanışığa  qaçır, kiməsə  xoş gəlməyə qaçır,  reputasiyası “0” olan kimisə qorumağa çalışır, həm də  arxasızı yox, arxalını.

  Artıq cəmiyyətdə  hansı mətbu vasitələri  hansı məmurların maliyyələşdirdiyi  haqqında  müəyyən   söhbətlər  də dolaşmaqdadır.

  “Əkinçi” dən, “Molla  Nəsrəddin”dən artıq əsər- əlamət yox.  Xaricdən  ölkəmizə, ideoloji  güvənliyimizə olan basqılar  var, amma  şou qələmi ilə  yazanlar da onların  yedəyində gedir.

Mətbu vasitələrmiz papaqlarını qabağına qoyub fikirləşməlidir, eləcə də jurnalistlərimiz.

Nə olsun savadlı olmaqla, əgər bu savad  ağıla, məntiqə, səmimiyyətə  əsaslanmayacaqsa, cəmiyyətə,  sadə adamlara onun nə xeyri.  

Mən  Azərbaycan Jurnalistlər Birliyinin üzvü olsam da,  bu  fikirlərimi  adi bir vətəndaş,  dinləyici və yaxud oxucu kimi  ifadə edirəm.

Gənc jurnalistləri çox buraxdılar  qabağa.

 Mən  həmişə belə  məqamlarda  gənc    jurnalistlərin tərəfini saxlamışlardan biri olmuşam. Demişik ki, onları ciddi   verilişlərə və yaxud  qəzet səhifələrinə çıxarıb   tənqid etmək  bizə heç nə  verməz. Onları bir qədər sərbəst buraxmaq lazımdır, yəni, boy vermək lazımdır ki, görək nə demək istəyirlər. Son 20-25 ilin  demokratiyanın verdiyi  imkanlarla    qəzetə, radioya, televiziyaya yol tapa bilmiş yeni  jurnalistlər müəyyən istisnalarla gözləntilərimizi  heç də  doğrulmadılar.   Bir şagird vərəqi inşa yaza bilməyən kəs gedib Ədliyyə Nazirliyindən buraxmaq istədiyi mətbu nəşri qeydiyyatdan   keçirib olur təsisçi, baş redaktor. Bəzilərinə    heç Ədliyyə Nazirliyindən  qeydiyyatdan keçmək də lazım   gəlmir: özü  internetdə sayt, informasiya agentliyi, internet televiziya kanalı yaradır,  lokal da olsa, çəkilişlər aparır, intervü alır və sair.  Özəl kanallara yol tapa bilmiş “zorən jurnalistlər” və yaxud özəl kanalların rəml atdırıb tapdıqları   şou/qalmaqal  yaratmaqda  mahir olan  məzhəkəçilər nə  cəmiyyətin, əxlaqi dəyərlərimizin  hədəflərini    müəyyən edə, nə də  bunlara xidmət edə bilərdi. Bunlar şou yaradır,   kondinsionerli otaqlarda, çal-çağırlı,  rəqqasəli, musiqili  məclislərdə xumar olur,  hörmət sahibi olur,   cəmiyyətə   təqdir olunurlar. Bir vaxt Nobel prospektinin yanından keçəndə “Xəzər” TV yerləşən  binanın  yan tinini Zaur Kamalın panosu bəzəyirdi.Laaaaaaap uzaqlardan diqqətə  çatdırılırdı…..

 Amma hündürmətbəli binaların   ən yuxarı mərtəbələrində  heç bir təhlükəsizlik tədbirləri olmasa da, həyatlarını təhlükə  qarşısında qoyaraq, bəzən yıxıldıqları 12-ci mərtəbədən birbaşa yerə gələrək  həyatını itirən günəmüzd fəhlələrin, nə  gecə-gündüz paytaxt şəhərin küçələrini təmizləyən, başqaları görməsin  deə qış-yay üz-gözlərini bərk-bərk bağlayan, təkcə görmə oyuğu saxlayan kommunal xidmət əməkdaşlarının  bunlarla müqayisədə yeri elə nəsib olduqlarıdır.

Çoxlarının bəyənmədiyi sovet dövründə  kütləvi informasiya vasitələri arasında  əlaqələndirilmə, varislik,  vahid hədəflər vardı. O vaxt mən heç bir qəzetdən,  radio və yaxud televiziyadan  narazılıq edən insana  rast gəlməmişdim.

Turan İbrahimlini istər guya məşhurlaşdırdığı “Günəbaxan” verilişini aparanda , istər keçmiş V.İ. Lenin  adına Muzeyin əhatəsində küçədən  veriliş aparanda şou aparıcısı ampulasında qəbul etmişəm . Bu cür belə veriliş aparanlar  şou layihələrinin  jurnalistliyindən savayı,   heç bir əlavə təsir bağışlaya bilmirlər. Hay-küyçülük lazım deyil. İdraka yol açmaq  lazımdır.

 Heç   15-16 gün keçməyib üstündən. Turanın kütləvi informasiya vasitələrinə  verdiyi  bir açıqlamaya diqqət edin: “Televiziyalarda əvvəllər olduğu kimi indi də peşəkar kadrlar, jurnalistlər, reportyorlar, aparıcılar var. Təbii ki, bu baxımdan bunu da demək düzgün olar ki, hazırda qeyri-peşəkarlar daha çox meydandadırlar. Bunun da obyektiv və subyektiv səbəbləri var…”

T.İbrahimov  özünün də televiziyaya vaxt sərf etməyə həvəsinin olmadığını da qeyd edib: “O ki, qaldı mənim qayıtmağıma, ənənəvi, özəl televiziyalardan təkliflər gəlir. Mənim üçün televiziya artıq maraqlı deyil. Hazırda əhvali-ruhiyyəm elədir ki, televiziyaya vaxt sərf etməyə həvəsim yoxdur. Gələcəkdə necə olar, bilmirəm. Mənim üçün ciddi iş yeri deyil. İstər ənənəvi, istərsə də intenet televiziyaları.”

Özəl televiziyaları ciddi iş yeri hesab etməyən  bu adam indi deyir ki,  aparıcılar günahkar deyil,  televiziyalar deyil,  auditoriyadır,  cəmiyyətdir.

Milli Mətbuatımızın  banisi Həsən bəy Zərdabi  həyatının son anlarında  nə vəsiyyət edib, vəsiyyət  edib ki, təntənəli dəfn mərasimi düzəltməyin. Dəfn mərasimi üçün lazım olan  vəsaiti müsəlmanlar üçün elm, təhsil öyrədən cəmiyyətlərə ayırın. Bu, mənim başı bəlalar çəkmiş xaqım üçün daha faydalı olar.

Çox təəssüfedici hal olsa da,  bu gün   kütləvi informasiya vasitələrinin mandatı ilə (televiziya və   mətbuat) evlərimizə, ideologiyamıza  şou psixologiyası ilə    dürtülən  yazarlar qismi yetişib.

  Əgər  sən özünü  əsl jurnalist hesab edirsənsə, xalqının maarifləndirilməsinə həsr etmək istəyirsənsə, şou verilişi aparma, elmlə, təhsillə, mədəniyyətlə bağlı veriliş  apar. Turan İbrahimliyə  ona edilən iş təkliflərinə münasibətlə bağlı sual verəndə, ilk olaraq  maliyyə, yaradıcılıq imkanları və mühit faktorunu  vacib saymışdı. Birincisi,  maliyyə marağı gəlir. Bunun  yolu da Zaur Kamal,  Tolik,  Zaur Baxşəliyev kimi  layihələr aparmaqdan  keçir. Bu layihələrin sovet  dövründəki  mənəvi tərbiyənin aktual problemləri ilə  heç bir   bağlılığı yoxdur.  Təkrarçılıq  bir yana,  ağılları  gələn  yanaşmaları doldurublar  ekrana. Belə olmaz.

Mətbuat  məlumatlandırmalı və tərbiyə  etməlidir.  Bunlar mətbuatın  bütün dəyərli tərəflərini atıb,  yapışıblar onun şou budağından. Nə qədər    təəccüblü olsa da,   meydan  onlarındır. Bu gün  kiçik istisnalarla bütün kütləvi informasiya  vasitələrini bir yerə cəm etsələr,  sovet dövrünün  “Azərbaycan Pioneri” qəzetinin, “Araz” radiosinun heç  10 verstliyinə yaxınlaşa bilməzlər.

 Turan İbrahimli deyir ki, “Günahkar aparıcılar deyil, tamaşaçılardır!“ Turan sonra daha coşaraq “ bunun cəmiyyətin tələbi olduğunu bildirib”. Bu,  cəmiyyətin tələbi deyil, bu, belə   jurnalistlərin,  kütləvi informasiya  vasitələrinə  doluşmuş  “jurnalistlər”in    dolanışıq     maraqlarıdır.  Axı, Tolik, Elgiz,  Sərxan, Zaurlar, Yusif,  Könül  və sair   aparıcılar  nə qədər səy göstərsələr də, heç vaxt sovet  dövründəki  jurnalistlərin  apardığı verilişlərin  0, 1 faizini apara bilməzlər.

Hələ bir neçə ay bundan əvvəl   bir təhsil ekspertimiz  təklif edirdi ki, Toliki Təhsil Nazirliyinin  İctimai Şurasına üzv qəbul  etmək yaxşı olardı. Tolik öz layihəsində təhsil məsələlərini  əhatə  etsin və sair. Ona görə də təhsilimiz bu  gündədir. Doğru-düzgün, elmi həllini tapmasa,  həmişə də belə olacaq, eləcə mətbuatımız da, televiziyamız da.

 Turan İbrahimlinin ardınca  da    Xalq artisti  verilmiş  Faiq Ağayevlə bağlı bir yazı tirajlandı. Mütləq cavab yazmaq qərarına gəldim. Yəqin ki, Xalq artisti titulu daşyan  sənət  adamın əndirbani mövqeyi, eləcə də bu əndirbaniliyi tirajlayan  mətbu vasitənin  doğru olmayan hədəfi  Turan  İbrahimlinin də diqqətinə tuş  gəlmiş olsun.  Niyə belə mövqelərə münasibət bildirmir Turan.  Heç kim belə mövqelərə qarşı  susmamalıdır. Faiq Ağzyev nə deyib, bir diqqət edin: “Nəyə görə yarıçılpaq şəkillər çəkdirdim? Göstərmək istəyirəm ki, adam 50 yaşında da bədənli ola bilər…”

Yarıçılpaq fotosessiya etdirən sənətçi “Maqazin Plus” proqramına danışaraq bunu nə üçün etdirdiyini açıqlayıb:

“Yaş hökm deyil, sadəcə rəqəmdir. Fikirləşdim ki, bir də nə vaxt bu görünüşdə belə fotosessiya etdirəcəm.

80 yaşımda baxıb deyəcəm ki, necə gözəl olmuşam. Başqa ölkənin sənətçisi olsa, hamı bəh-bəh deyəcəkdi ki, necə bədəni var.

Mənim fotosessiyamı hamı bəyəndi və bəraət qazandırdı. Hətta buna qarşı çıxan insanlar da dedi ki, Faiq Ağayevə olar”.

Həmin görüntüləri təqdim edirik:”

   Birincisi, onda   elə bədən də yoxdur: cantaraq, ucaboy,  gülərüz sima. İkincisi də,  hansı  axmaq özgəsinin şəkillərinə, özü də kişi qisminin,   baxıb  deyə bilər ki, necə bədəni var. Yenə  necə “dərrakəli başı” yazsa idi, bir  yönə yozmaq olardı.

 Digər tərəfdən kimə lazımdır  Faiqin  “adam 50 yaşında da bədənli ola bilər” sübut etmək istəyi?

Faiq Ağayev  80 yaşında bu yarıçılpaq  şəklinə baxıb feyziyab olacağını düşünür: “onda deyəcəyəm ki,  necə gözəl olmuşam”.  Hələ bir insanlara  irad tutur ki, başqa ölkənin sənətçisi olsa, hamı bəh-bəh deyəcəkdi ki, necə bədəni var…

 Mən  belə sənətçilərin televiziyada, yaxud hardasa şəkilləri ilə rastlaşanda, ikrahla rədd edirəm.  Sənət artıq  urvatından uzaqlaşıb.

Turan İbrahimov, bax, faciə budur…  Günahkarlar da cəmiyyəti şou psixologiyasına sürükləyən   belə yazılarla jurnalist adını daşyanlar, onların təmsil olunduğu mətbu vasitələrdir.

 Turan  deyir ki, “ekranlarda “şoumen”ə çevrilən aparıcıların günahkarı məhz cəmiyyətdir” . Yox, ay Turan. Günahkar  cəmiyyət deyil,   hədəfi şou psixologiyası olan televiziyalar və  buna   xidmət edən “zorən jurnalist”lərin özləridir. Sizin dediyiniz auditoriya  böyük deyil, olsun lap  200 min, 300 min, lap 500  min.  Qabilin gözəl bir şeiri var:

 Yaxşılığın, yamanlığın sayı yoxdur,

Donu növ-növ, donu rəng-rəng, donu çoxdur.

Yaxşılığın yüzü, mini, milyonu az,

Yamanlığın beşi, üçü, biri  çoxdur.

 Bax, bu  mizan tərəzidə  şou auditoriyasının böyüməsindən  narahat olmağa  dəyər.

  Təbii ki, Azərbaycan  cəmiyyətini  onlar təşkil etmir. Şou televiziyaları, şou  mətbuatı “əllərinə dəmir əsa alıb, ayaqlarına dəmir çarlq geyib” intenetdən ,  ya da hardansa  yöndəmsiz  bir  davranış tərzi, kriminal hadisə,  şəkil, adət-ənənə var, onu tapıb  bizim cəmiyyətə   çatdırırlar.  Bu, təbiidir, “cəvahir, gövhərə tən tutulanlar dənizin dərinliklərində olur. Onu  ancaq mərifət dənizinin üzgüçüləri tapıb üzə çıxara bilərlər”,  şou yazanlar yox.  Belə yazıların, verilişlərin  auditoriyası da  elə şou auditoriyası olacaq da .  Yüksək savada malik, müdrik insanların orada nə işi var. Orada olanların  Qabilin sözü olmasın: “beşi, üçü, biri çoxdur”.    

Ona görə də, cəmiyyəti belə dəyərləndirmək olmaz. Bunlar mənim düşündüklərimdir. 

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı